vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 3 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
REGİON  
23:08 | 30 aprel 2024 | Çərşənbə axşamı Məqaləyə 887 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Aİ-dən “Dəmir Pərdə” xəbərdarlığı...

Çarlz Mişelin Türkiyə ilə bağlı açıqlaması dünyanın gündəminə damğa vurdu

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel birliyin genişlənməsi ilə bağlı diqqətçəkən açıqlamalar verib. Mişelin Türkiyə ilə bağlı açıqlaması qitə ölkələrinin gündəmində olub.

Aİ Şurasının rəsmisi blokun indiyə qədərki ən böyük genişlənməsinin 20 illiyini qeyd edərkən deyib ki, Avropa İttifaqı böyüməli olacağını, əks halda şərq cinahında “yeni Dəmir Pərdə” ilə üzləşmək riski ilə qarşılaşacağını bildirib.

“Genişlənmə AB-nin gələcəyi üçün həyati əhəmiyyət kəsb edir, çünki genişlənmədən yeni dəmir pərdə riski var”, – Mişel deyib. Aİ rəsmisi sözlərinə belə davam edib: “Rifahın və iqtisadi inkişafın olmadığı yerdə qeyri-sabit qonşunun olması son dərəcə təhlükəlidir. Bunlar irəliləyiş əldə etmək və sürətləndirmək üçün bizim və namizəd ölkələrin ümumi maraqlarımızdır”.

“Euronews” bu bəyanatı “Onun sərt xəbərdarlığı 2004-cü ildə, yeddi keçmiş SSRİ respublikası və sosialist dövlətlə birlikdə on ölkənin Aİ üzvlüyünə qəbul olduğu böyük partlayışın ildönümünə təsadüf edir” kimi şərh edib.

Mişel açıqlamasında Türkiyənin Aİ üçün əhəmiyyətini də vurğulayıb. O deyib ki, “Biz Türkiyə ilə konstruktiv işləmək istəyirik, çünki Şərqi Aralıq dənizində sabit mühitin təmin edilməsində ortaq marağımız var”.

Mişel açıqlamasında “Bizim mesajımız son dərəcə aydındır. İki həftə əvvəl biz strateji müzakirə apardıq və sizi nəticələrlə tanış edirəm. İlk növbədə Türkiyə ilə konstruktiv işləmək istəyirik, çünki Şərqi Aralıq dənizində sabit mühitin təmin edilməsində ortaq marağımız var. Buna görə də biz BMT-nin Kiprlə bağlı prosesinin bu sahəsində daha da irəliləyiş əldə etməyi vacib hesab edirik”, – deyib.

Mişelin bu açıqlaması Türkiyənin Avropa İttifaqına qoşulmasında qəti narazı olan  Yunanıstan gündəmində birinci olub. Bu ölkənin CNN kanalı “Şarl Mişeldən Türkiyəyə mesaj: Şərqi Aralıq dənizində ortaq maraq və sabitlik” başlığı ilə oxucularının qarşısına çıxıb.

Xəbərdə “Avropa Şurası prezidenti Şarl Mişel Brüsseldən Türkiyəyə mesaj göndərməklə yanaşı, 2030-cu ilə qədər Aİ-ni genişləndirmək məqsədini də dilə gətirib”.

“Proto Thema” bu inkişafı “Mişel: Şərqi Aralıq dənizində sabit bir mühit üçün Türkiyə ilə konstruktiv işləmək istəyirik” başlığı ilə oxucularına çatdırıb.

Xəbərdə Mişelin “İlk növbədə Türkiyə ilə konstruktiv işləmək istəyirik, çünki Şərqi Aralıq dənizində sabit mühit təmin etməkdə ortaq marağımız var. Buna görə də biz BMT-nin Kiprlə bağlı prosesinin bu sahəsində daha da irəliləyiş əldə etməyi vacib hesab edirik” sözlərinə yer verilib.

“İnsider.gr” “Mişel: Cənubi Aralıq dənizində sabitlik mövzusunda Türkiyə ilə ortaq marağımız var” başlığı ilə dərc olunub.

Mişelin xəbərlərdəki sözlərinə görə aşağıdakı qiymətləndirmə aparılıb: “O xatırladıb ki, sammitin yekununda Şərqi Aralıq dənizində sabit və təhlükəsiz mühitin təmin edilməsi, Türkiyə ilə əməkdaşlıq və qarşılıqlı faydalı münasibətlərin inkişaf etdirilməsi Avropa İttifaqının strateji maraqlarından biridir”.