“Bəzi vəzifələr yenidən bölüşdürülə bilməz!”
Elmar Məmmədyarov bəyanat verdi
MÖVZU İLƏ ƏLAQƏLİ
-
İƏT ittiham edilir
“Uyğurların vəziyyətinə məhəl qoymamaq düzgündürmü?”
-
Məkkə bəyannaməsi
Azərbaycana böyük dəstək...
-
Bəs deyirdilər müsəlmanları sevmirlər?
Səmimi etiraf edək ki, belə vəziyyəti gözləmirdik…
-
ABŞ Yaxın Şərqdə çaşdı, yoxsa başqa səbəb var?
Biz «ərəblərdən daha artıq ərəb olmağa» can atmamalıyıq və ...
-
İƏT niyə dünya səhnəsində sayılan güc deyil?
Robert Fisk: «Həqiqət budur ki, müsəlman liderlərin daha etibarlılığı yoxdur»
-
«ABŞ bu qərara yenidən baxmalıdır»
İlham Əliyev: «Bu Yaxın Şərqdə təhlükəli fəsadlara gətirib çıxara bilər»
-
Müsəlmanların Qüds fiaskosu
İstanbul sammitində 16 prezident iştirak edir
-
«Ermənistan BTQ-yə qoşulmaq istəyirsə, ...»
Elmar Məmmədyarov: «Rəsmi Bakının mövqeyi aydındır»
-
«Onlar bizim dostumuz ola bilməz»
İlham Əliyevin bəyanatı İslam dünyasında geniş əks-səda yaratdı
-
«Müəyyən ediləcək və yoxlanılacaq»
Baş prokuror siyasi partiyaların qanunsuz maliyyələşməsindən və casus şəbəkəsindən danışıb
-
Bakıda növbəti islam həmrəyliyi
Bu dəfə müsəlman ölkələrinin prokurorları və ombudsmanları görüşür
-
İƏT-dən Azərbaycanı qürurlandırıcı qərar
Bakı və Təbriz İslam dünyasının turizm paytaxtı olacaq
-
Çox sərfəli səfər
İlham Əliyev hərbi ittifaq üçün Pakistana gedir
-
İƏT-in baş katibi istefa verib
Sabiq mədəniyyət nazirinin səhhətində problemlər var
-
...İƏT Əmək Mərkəzinin mənzil-qərargahı Bakıda olacaq
Nizamnaməyə əsasən...
-
«Kaş ki, Gülən Amerikanı seçməzdi...»
FETÖ ilə mübarizənin ikinci mərhələsi başlayır
İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Nazirlər Şurasının qeyri-rəsmi görüşündə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bəyanatla çıxış edib. Azərbaycan XİN rəhbərinin bəyanatını olduğu kimi təqdim edirik.
“- Hörmətli cənab Sədr,
Hörmətli cənab Baş katib,
Zati-aliləri, hörmətli nümayəndə heyətləri,
Öncə, Nazirlər Şurasının qeyri-rəsmi görüşünün bütün iştirakçılarına salamlarımı və bu tədbirin təşkil edilməsində səylərinə görə İƏT Katibliyinə və Şuramızın hazırkı sədri Tacikistana minnətdarlığımı bildirmək istərdim. Həqiqətən də təqdirəlayiq haldır ki, gərgin iş qrafikimiz arasında burada Nyu-Yorkda bir araya gəlmək üçün vaxt tapdıq. Bu bir daha təşkilatımız çərçivəsində ortaq perspektivlərimizin vacibliyini göstərir.
Görüşümüz təbiətcə qeyri-rəsmi olduğundan, mən bəyanatdan daha çox bir sıra vacib qeydlər bildirmək istərdim.
İlk növbədə, ümumi mənzərə haqqında. Regionumuzda və onun ətrafında son hadisələr xalqlarımız arasında daha sıx regional əməkdaşlığı inkişaf etdirmənin vacibliyini bir daha sübut etdi. Bu xüsusda İƏT-in unikal rolu danılmazdır. İƏT-in fəal üzv dövlətlərindən biri kimi Azərbaycan Respublikası təşkilatın əsas məqsəd və vəzifələrini həmişə dəstəkləmiş və nəqliyyat, enerji, ticarətin asanlaşdırılması və sair sahələrdə regional sinerji və müxtəlif tərəfdaşlıq çərçivələrinin genişləndirilməsi istiqamətində xüsusi fəaliyyətlər formasında əhəmiyyətli töhfə verib.
İqtisadiyyat və ticarət haqqında danışarkən, nəqliyyat və bağlılıq məsələsi göz önünə gəlir. Həm istehsalçı, bazar, həm də nəqliyyat dəhlizi kimi regionun rəqabətliliyinin artırılması məqsədilə regional infrastrukturun inkişafı adekvat şəkildə həll edilməlidir.
Nəqliyyat imkanları İƏT regionunun vacib strateji rəqabət üstünlüyüdür. Ələlxüsus yol və dəmir yolu sektorunda bağlılığımızın genişləndirilməsi istiqamətində əməkdaşlığımız olduqca vacibdir.
Azərbaycan nəqliyyat sistemini və xidmətləri iqtisadiyyatın əsas müqayisəli üstünlüklərindən birinə çevirərək özünün tranzit və logistika potensialını daha da genişləndirmək niyyətindədir. Biz bu vəzifənin artan effektinə qəti şəkildə inanırıq və bu səbəbdən biz bunu regional miqyasda layihələşdirmək istərdik. Bununla yanaşı, Azərbaycan Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin qarşılıqlı əlaqəsinə xidmət edəcək nəqliyyat infrastrukturunun modernləşdirilməsinin və diversifikasiya edilməsinin üzərində işləyir. Bundan başqa, ölkəmizdəki bütün nəqliyyat marşrutlarının konvergensiya nöqtəsi olan yeni Beynəlxalq Dəniz Ticarəti Limanı və onun Beynəlxalq Logistika Mərkəzinin tikintisi, Ələtdə azad iqtisadi zona ilə bağlı qanunun qəbulu region ölkələrinin tranzit qabiliyyətinin və beynəlxalq ticarət dəhlizlərinin rəqabətliliyini əhəmiyyətli dərəcədə artıracaqdır. Biz ticarət imkanları ilə bir-birimizə yardım etməliyik.
Buna görə də, Azərbaycan Şərq-Qərb, Şimal-Cənub və Cənub-Qərb nəqliyyat dəhlizlərinin təşviqi vasitəsilə İƏT regionunun tranzit potensialının artırılmasına töhfə verməkdədir. Azərbaycan və Türkiyə keçən il istifadəyə verilmiş və bütün İƏT üzv dövlətləri faydalanmaqla Çini Avropaya daha da yaxınlaşdıran strateji Bakı-Tbilisi-Qars dəmir yolunun iki vacib son məntəqələridir.
Həmçinin biz strateji məqsədi regionumuzda bir sıra ölkələrin qarşılıqlı şəkildə maraqlarını gücləndirmək olan Lapis-Lazuli nəqliyyat marşrutu vasitəsilə Avropa və Mərkəzi Asiya arasında davamlı logistikanın qurulması məqsədilə Əfqanıstan, Türkmənistan, Gürcüstan və Türkiyədəki tərəfdaşlarımızla işləyirik. Biz inanırıq ki, İƏT dəmiryol şəbəkəsinin əlaqələndirilməsi və bölgənin birgə dəmiryol infrastrukturunun inkişafı üzrə addımların atılması İƏT gündəliyinin prioritet məsələlərindən biri olmalıdır. İnanırıq ki, Şimal-Qənub Nəqliyyat Dəhlizinin çatışmayan və vacib halqası olan Qəzvin-Rəş-Astara (İran)-Astara (İran) layihəsinin erkən başa çatdırılması iqtisadi inkişafa yeni təkan verəcək, cəlb olunmuş ölkələrin, eləcə də bütün regionun nəqliyyat imkanlarını genişləndirəcəkdir.
Hörmətli həmkarlar,
Yenilənmiş İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) infrastrukturu olmadan müasir cəmiyyətlər rəqabətə davamlı ola bilməzlər. İKT qarşılıqlı uzlaşmanın ayrılmaz tərkib hissəsidir və fəxr edirəm ki, Azərbaycan, həmçinin müvafiq regional layihələrin inkişaf etdirilməsinə fəal cəlb olunub. Trans-Avrasiya Super İnformasiya Magistralı (TASIM) bunun bariz nümunəsidir.
Azərbaycan İƏT regionunda İKT əməkdaşlığının inkişafına sadiqdir və bu sektorda regional əməkdaşlığı asanlaşdırmaq istiqamətində səylərinin davamı olaraq Azərbaycan 2017-ci ildə müvafiq nazirlərin görüşünü təşkil etdi. Əminəm ki, nazirlərin müzakirələrinin nəticəsi İKT sahəsində ortaq məqsədlərə nail olunmasına töhfə verəcəkdir.
Enerji əməkdaşlığı regional əməkdaşlıq proseslərinin əsasını təşkil edir. Bütün bunlar Azərbaycan yeni enerji strategiyası və enerji əməkdaşlığına yeni baxışla ortaya çıxdıqda başladı. Azərbaycan daha geniş regionda enerji təhlükəsizliyinin təmin edilməsində vacib tərəfdaş oldu. Biz boru kəməri infrastrukturunun diversifikasiyasının pioneri olduq; biz Xəzər, Qara və Aralıq dənizlərini əlaqələndirdik. Bugün Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum əməkdaşlığın əsl ruhunun simvolu olaraq qalır. Hazırda biz Trans-Adriatik boru kəmərindən (TAP) və Trans-Anadolu boru kəmərindən (TANAP) ibarət Cənub Qaz Dəhlizinin üzərində çalışırıq. Biz 2020-ci ilə qədər Şahdəniz yatağından qazımızı Aİ-yə çatdırmağı planlaşdırırıq. Bu enerji layihələrinin reallaşması enerji resurslarını diversifikasiya edəcək, eləcə də region daxilində və onun hüdudlarından kənarda enerji təminatını və nəqlini artıracaqdır.
Hörmətli həmkarlar,
Təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi uğurlu cəmiyyət və regional əməkdaşlığın qurulması baxımından vacib komponentdir. Təəssüf ki, son görüşümüzdən bəri regionda sabitlik və təhlükəsizlik daha da həssas olmuş, yeni münaqişə ocaqları peyda olmuş və regionun inkişafının perspektivləri ciddi şəkildə pozulub.
Təəssüflər olsun ki, Ermənistan regional təhlükəsizliyi və sabitliyi təhlükə altına almaqla, eləcə də tam miqyaslı regional əməkdaşlığa maneə törətməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin 20 faizinin işğalını davam etdirir. Ermənistan təcavüzkar siyasətində daha da irəli gedərək indi də işğal olunmuş Azərbaycan ərazilərində biznes, ticarət və sərmayələr cəlb etmək vasitəsilə qanunsuz işğala digər ölkələri cəlb etmək cəhdi göstərir.
Əməkdaşlığımız üçün çox vacibdir ki, bütün ölkələr Ermənistanın belə niyyətlərindən xəbərdardırlar və işğal olunmuş Azərbaycan torpaqlarında hər hansı növ sosial, iqtisadi və mədəni cəlbolunmalardan imtina edirlər. Mən bütün İƏT üzv dövlətlərini Azərbaycan Respublikasının işğal olunmuş torpaqlarında və ya oradakı rejimlə ticarət, iqtisadi və sərmayə fəaliyyətlərinə cəlb olunmaq ilə bağlı hər hansı cəhdlərin qarşısını almağa çağırıram.
Erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılması və qaçqınların və məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıdışının təmin edilməsi təkcə Cənubi Qafqaz regionunda sülhə və təhlükəsizliyə töhfə verməyəcək, həmçinin geniş miqyaslı region daxili əməkdaşlığı möhkəmləndirəcəkdir.
Bu nəqliyyat və ticarət məsələlərimizə nə daxildir? Bu vəzifələr üzrə bizi nə istiqamətləndirə bilər? Belə ki, biz İslamabad Sammiti Bəyannaməsini, ən son isə Düşənbə Kommunikesini qəbul etmişik. Çıxışımda qeyd etdiyim bütün məsələlər orada əks olunub. Bizim sadəcə onlara fikir verməyimizə ehtiyac yoxdur, faktiki olaraq biz onları reallığa çevirməliyik.
Daha bir qeyd olunmalı məqam, yeni baş katibimiz Dr. Hadi Süleymanpura katibliyə başçılıq etdiyinə görə ən səmimi təbriklərimi çatdırmaq istərdim. İnanıram ki, təşkilatın nəyə can atmalı olduğu ilə çıxışımda qeyd etdiyim məqamlar sizin baxışınızda ehtiva olundu. Sizin mineral resurslar, biomüxtəliflik və inkişaf məsələləri ilə bağlı mükəmməl biliyə malik olmağınız barədə xəbərdarıq. Nəqliyyat, ticarət, enerji və ya istənilən başqa şey olmasından asılı olmayaraq, sizin bacarıq və bilik sahələriniz İƏT-də daha çox layihələrə və nəticələrə cəlb olunmaq üçün çox vacib olacaqdır.
Sizi əmin etmək istərdim ki, Azərbaycan həmişə Katiblikdə işləməyə mütəxəssisləri cəlb edib və tezliklə də bunu yenidən edəcəyik. Azərbaycan hər zaman üzvlük haqqını vaxtında ödəmiş və düşünür ki, İƏT-də maliyyə qaydaları və intizamı qorunub saxlanılmalıdır. Biz hamımız İƏT-də qardaşlarıq və güclü tərəfdaşlarıq və başa düşürəm ki, bir sıra istisnalar ola bilər, lakin maliyyə nizamı katiblikdə bəzi vəzifələrin yenidən bölüşdürülməsi və ya sövdələşmə məsələsi ola bilməz.
Yekunda sizlərə iclasda uğurlar arzulamaq və bu tədbirin təşkilatçılarına bir daha təşəkkür etmək istərdim.
Təşəkkür edirəm”.