vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
TURİZM, DAŞIMAÇILIQ, NƏQLİYYAT  
20:12 | 30 may 2017 | Çərşənbə axşamı Məqaləyə 2490 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İƏT-dən Azərbaycanı qürurlandırıcı qərar

Bakı və Təbriz İslam dünyasının turizm paytaxtı olacaq

MÖVZU İLƏ ƏLAQƏLİ

Bakı 2019-ci ildə İslam dünyasının turizm paytaxtı olacaq. «Report» xəbər verir ki, bunu Təbriz şəhər bələdiyyəsinin sədri Sadiq Nəcəfi deyib. İslam Əməkdaşlıq Təşkilatının (İƏT) qərarı ilə 2018-ci ildə Təbriz İslam dünyasının turizm paytaxtı olacaq.

Bələdiyyə sədri Təbrizin tarix, mədəniyyət, ədəbiyyat, incəsənət, din elm, alimlər, mübarizlər şəhəri olduğunu vurğulayıb: «Şəhriyar həm Təbrizin, həm də İranın böyük şairidir. Mövlananı Mövlana edən Şəms Təbrizi Təbrizdən çıxıb. Mübarizə sahəsində Təbrizdən çıxan Səttarxan, Bağırxan, şəhid Baqiri İran tarixində nüfuzlu, çox əhəmiyyətli şəxsiyyətlərdir. Zeynəb Bacının İrandakı məşrutə tarixində çox böyük rolu olub. Pərvin Ehtisami də Təbrizin əhəmiyyətli şəxsiyyətlərindən olub».

S.Nəcəfli xatırladıb ki, 2016-cı ildə İslam dünyasının turizm paytaxtı Türkiyənin Konya şəhəri olub, hazırda Səudiyyə Ərəbistanının Mədinə şəhəri bu statusu daşıyır: «2018-ci ildə Təbriz, 2019-cu ildə isə Bakı İslam dünyasının turizm paytaxtı olacaq».