“Hamınız işə gəlin”
Amazon hibrid fəaliyyət sistemini dayandırır
Amazon, gələn ildən etibarən işçilərinin ofisə 5 gün gəlməsini tələb edərək, hibrid iş sisteminin sona çatacağını açıqladı. Şirkətin baş icraçı direktoru (CEO) Endi Cessinin iş siyasətindəki dəyişikliklə bağlı işçilərə göndərdiyi mesajı dərc edib.
Cessi, şirkətin həftədə 3 gün ofis sistemindən işləməsinin ləğv ediləcəyini və “Covid-19” pandemiyasından əvvəl həyata keçirilən siyasətin geri qaytarılacağını bildirib.
2025-ci ilə qədər işçilərin 5 gün müddətində ofisə gəlməsinin məcburi olacağını qeyd edən Cessi, komanda üzvlərinin ofisdə olduqları zaman daha yaxşı əməkdaşlıq etdiklərini bildirib, xəstəlik və fövqəladə hallar kimi bəzi istisnaların olacağını bildirdi.
Cessi yeni iş sisteminin 2 yanvar 2025-ci il tarixindən qüvvəyə minəcəyi barədə məlumat paylaşıb.
Amazon 2023-cü ildə 3 günlük ofis iş sisteminə keçəcəyini elan etdikdən sonra bu qərar şirkət işçiləri tərəfindən etiraz edildi və onlar evdən işləməyə davam etməyi tələb etdilər.