vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 3 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
SAHİBKARLIQ  
23:28 | 27 iyun 2024 | Cümə axşamı Məqaləyə 1489 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yerli vergilərinizi ödəmisiniz?

Bu niyə bu qədər vacibdir?

MÖVZU İLƏ ƏLAQƏLİ

Vergi ödəməyin lazım olmadığına dair ümumi yanlış fikir vardır, çünki siz indi tam müstəqil bir sahibkarsınız və korporativ müəssisədə çalışmırsınız. Bu heç də doğru deyil. QNETPRO olaraq qazandığınız hər gəlirə görə vergi ödəmək vacib şərtdir. Yerli vergilərinizi ödəməyin nə üçün bu qədər vacib olduğunu və yerli qanunların öyrənilməsi sizin görüləsi işlər siyahınızda birinci yerdə olmalıdır.

Vergilərinizlə bəşəriyyəti inkişaf etdirirsiniz

 

Yerli vergiləri ödəməklə siz sosial proqramlar və investisiyaların  maliyyələşdirilməsi üçün ölkənizin istifadə etdiyi davamlı gəlir mənbələrindən biri olursunuz. Sizin vergiləriniz ölkənizin ehtiyacı olan insanlar üçün pulsuz və ya güzəştli səhiyyə, təhsil ilə təmin etməsinə imkan yaradır. Vergiləri ödəmək, cəmiyyətimizin böyüməsi və inkişaf etməsi naminə sizin birbaşa töhfə verməyinizin yoludur. 


Ölkənizə töhfə verirsiniz

 

Vergiləri ödəmək, səs verməkdən başqa, ölkənizə və hökumətinizə töhfə verə biləcəyiniz bir yoldur. Vergilər  sizin ölkəni həyatda saxlayan qandır və onları ödəməklə dövlətinizi həyatda saxlayırsınız. Vergilərinizlə siz dövlətə milli təhlükəsizlik, müdafiə, infrastruktur və hətta institusional sahələrdə yardım edirsiniz. Ayrıca dövlət səviyyəsində hər hansı bir fövqəladə vəziyyət elan olunduqda, siz hökumətin həyata keçirdiyi yardım layihələrinə töhfə verməyə kömək etmiş olursunuz.

 

Ciddi cəzalardan yan keçə bilərsiniz

 

Yerli qanunlarınızı bilmək və onlara riayət etmək, xüsusən də gələcəkdə nə vaxtsa müəmmalı vəziyyətə düşməmək üçün çox vacibdir. Bir çox ölkələrdə vergilərin ödənilməməsi qanun pozuntusu kimi qiymətləndirilir və dövlət, hüquq mühafizə orqanları bu məsələyə çox ciddi yanaşırlar. Dünyanın harasında olmağınızdan asılı olmayaraq buna riayət etməməyin nəticələrinə - ağır cərimələr, qazanılmış əmlakın müsadirəsi və hətta həbs də daxildir. Çıxılmaz vəziyyətə düşməmək üçün yerli qanunlar barədə mütəxəssislə məsləhətləşin və qanunlara əməl edin.

 

Siz fərdi əmək fəaliyyəti ilə vergi üstünlüklərini əldə edə bilərsiniz

 

Hər bir ölkə sahibkarlarına və fərdi işini quran insanlara vergi güzəştlərini təqdim edir. Bu, təkcə vergi güzəştləri ilə məhdudlaşmır. Bəzi ölkələrdə işi inkişaf etdirmək məqsədi ilə istənilən kommersiya xərcləri, işi inkişaf etdirməyə yardım edən aktivlərin alınması kimi məsrəflərdən vergi tutulmur. Ölkənizin özünüməşğulluğa ayırdığı vergi güzəştləri haqqında daha çox məlumat toplayın.

QNET-də Müstəqil Nümayəndələr QNET vasitəsi ilə qazandıqları komissiyaları yerli, əyalət və federal vergilərini ödəməyə cavabdehdirlər  (QNET Məram və Qaydaları 5.13-ü oxuyun). Əgər siz nə qədər vergi borcunuzun olduğunu və bunu hesablamağı və zamanında ödəmək barədə tərəddüdləriniz varsa, komandanızla və əməkdaşlarınızla danışın, bunu planlaşdırın. Sonda yerli vergilərinizi ödəmək Bəşəriyyətə Yardım məqsədilə Ayağa Qalxmağın (RYTHM), cəmiyyətinizin həyat səviyyəsinə müsbət töhfə verməyin başqa bir yoludur.