vaxtlı-vaxtında oxuyun! Cümə, 11 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
BANK, BİRJA, SIĞORTA  
14:56 | 17 sentyabr 2024 | Çərşənbə axşamı Məqaləyə 701 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tramp yeni kriptovalyuta yaradır?

“World Liberty Financial” şirkəti yaxın vaxtlarda “$WLFI” adıyla ictimaiyyətə tanıdılacaq

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasının 2024-cü il prezidentlik yarışında namizədi Donald Tramp kriptovalyuta sənayesinə girməyin zəruriliyini vurğulayaraq, bu sahədə yeni təşəbbüsə başlayacağına işarə edib.

O, oğulları kiçik Donald Tramp və Erik Tramp, həmçinin “World Liberty Financial” layihəsini müştərək idarə edəcəyi sahibkarlar Çeys Herro və Zaxari Folkman ilə birlikdə iştirak etdiyi “X” sosial media platformasında canlı yayımda kriptovalyuta sənayesi ilə bağlı açıqlamalar verib..

Kriptovalyutanın yeni maliyyə sistemini dəyişdirəcəyini vurğulayan Tramp, “Kripto bizim daxil olmağımız lazım olan bir sahədir. İstəsək də, istəməsək də bunu etməliyik”, – deyib.

Trampın yaxın ailə dostlarından olan daşınmaz əmlak maqnatı Stiv Uitkoff verdiyi açıqlamada “World Liberty Financial” layihəsinin 9 ay əvvəl başladığını və Herro və Folkmanı Tramp ailəsi ilə tanış etdiyini söyləyib.

“New York Times”ın məlumatına görə, Tramp və oğullarının iyul ayından etibarən sosial media hesablarında təbliğat apardıqları “World Liberty Financial” şirkəti yaxın vaxtlarda “$WLFI” kriptovalyutası adı ilə ictimaiyyətə tanıdılacaq.

Digər tərəfdən Trampın kripto pul sənayesinə girməsi ABŞ-da bir çox dairələrin reaksiyasına səbəb olsa da, noyabrda seçiləcəyi təqdirdə kriptovalyuta təşəbbüsündə iştirakının ciddi maraqlar toqquşmasına səbəb olacağı bildirilir.

İyul ayında Naşvilledə keçirilən “Bitcoin” Konfransında kriptovalyutalarla bağlı siyasətini dəyərləndirən Tramp ABŞ-ı “planetin kriptovalyuta paytaxtı və dünyanın “Bitcoin supergücü” etməyi planlaşdırdığını açıqlamışdı.