vaxtlı-vaxtında oxuyun! Cümə, 11 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
SƏNAYE - AĞIR, YÜNGÜL, AQRAR  
17:49 | 13 sentyabr 2024 | Cümə Məqaləyə 788 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tətillər bəhrəsini verir

Zavod yenidən işə başlayır, hava limanı isə hələ də bağlıdır

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Bir müddətdir işçilərlə rəhbərlik arasında gərginlik yaşanan “Audi” Brüssel zavodunda istehsal gələn həftə yenidən başlayacaq. Audi Brüssel zavodunun rəhbərliyi həmkarlar ittifaqı nümayəndələri ilə aparılan danışıqlar nəticəsində razılıq əldə olunduğunu açıqlayıb.

Açıqlamada zavodun kuzov və rəngləmə şöbələrində sentyabrın 17-də istehsala başlanılacağı, tamamlanan avtomobillərin distribütorlara göndəriləcəyi, sentyabrın 18-dən isə bütün şöbələrin istifadəyə veriləcəyi qeyd edilib.

Həmkarlar ittifaqları tərəfindən verilən açıqlamada bildirilib ki, müqavilə çərçivəsində işçilər işə qayıtmadıqları 9-13 sentyabr həftəsi üçün əmək haqlarını fasiləsiz alacaqlar.

Alman avtomobil istehsalçısı “Volkswagen Group”a məxsus Audi markası, iyul ayında, tələbin azalması səbəbindən lüks seqmentli elektrikli avtomobil modeli Q8-in istehsal edildiyi və təxminən 3 min insanın işlədiyi Brüsseldəki zavodunu yenidən quracağını bu modellərin istehsalının Meksikada davam etdiriləcəyini açıqlamışdı.

“Audi” rəhbərliyi keçən həftə “Volkswagen” Qrupu tərəfindən Brüsseldəki zavoda istehsal üçün heç bir modelin ayrılmadığını bildirmişdi.

Bu vəziyyət zavod işçilərini və həmkarlar ittifaqını narahat edirdi. İşçilər işə qayıtmamış və hazır avtomobillərin açarlarını müsadirə etmişdilər.

Zavod rəhbərliyi işçilərin istehsalı normal davam etdirmədiyi və müsadirə olunmuş avtomobillərin açarlarını təhvil vermədiyi təqdirdə zavodun bağlı saxlanılacağını və bu müddət ərzində işçilərə maaş verilməyəcəyini açıqlamışdı.

Bundan sonra əməkdaşlar müsadirə etdikləri 300-ə yaxın tamamlanmış avtomobilin açarlarını rəhbərliyə təhvil veriblər.

Digər tərəfdən “Audi” Brussel işçiləri yaşadıqları problemlərə diqqət çəkmək üçün sentyabrın 16-da Brüsseldə əhatəli etiraz aksiyası təşkil edəcəklərini bildirmişdilər. Etirazda müxtəlif sektorlardan olan işçilər də iştirak edəcək və “Audi” işçilərinə dəstək verəcəkdilər.

Şirkətlə rəhbərliyi razılıq əldə olunandan sonra, etiraz aksiyası barədə qərarın taleyi müəmmalı qaldı.

***

Belçikada ikinci fəhlə aksiyası “Charleroi” hava limanında davam edir.

Aeroport işçilərinin dünən başladığı tətilin davam etməsi səbəbindən bu gün də bütün uçuşlar ləğv edilib. “Charleroi” Hava Limanı rəhbərliyi işçilərin bu gün də tətilə çıxdığını, buna görə də bütün gələn və gedən uçuşların ləğv edildiyini açıqlayıb.

Açıqlamada bu gün reysləri olan sərnişinlərdən bilet aldıqları şirkətlərlə əlaqə saxlamaları istənilib.

Hava limanının baqaj, qeydiyyat, yanacaqdoldurma və təhlükəsizlik kimi şöbələrində çalışan işçilər iş şəraitinin yaxşılaşdırılması, həddindən artıq yüklənmənin azaldılması və rəhbərliyin sərt münasibətinin dəyişdirilməsi kimi tələblərlə dünən səhər saatlarında tətilə çıxıblar.

Tətillə əlaqədar dünən bütün uçuşlar təxirə salınıb. Digər tərəfdən, aeroport rəhbərliyi və həmkarlar ittifaqı nümayəndələri problemləri müzakirə etmək və razılıq əldə etmək üçün bir araya gəlirlər.