vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 10 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
TURİZM, DAŞIMAÇILIQ, NƏQLİYYAT  
14:46 | 6 sentyabr 2024 | Cümə Məqaləyə 262 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

EASA “Cathay Pacific” reysindəki insidenti ciddiyə alıb

Müxtəlif avişarkətlərin parkındakı 86 ədəd “Airbus A350-1000” yoxlanacaq

CAVİD

Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (The European Union Aviation Safety Agency – EASA) Honq-Konqda yerləşən “Cathay Pacific” aviaşirkətinin reysində mühərrik nasazlığından sonra “Airbus A350-1000” hava donanmasını yoxlayacaq.

Mərkəzi qərargahı Almaniyanın Köln şəhərində yerləşən EASA, bu həftənin əvvəlində Honq-Konqdan qalxan “Cathay Pacific” təyyarəsində baş vermiş insidentdən sonra ehtiyat tədbiri olaraq “Rolls-Royce Trent XWB-97” mühərrikləri ilə təchiz edilmiş “Airbus A350-1000” parkında yoxlama aparılacağını açıqlayıb.

Açıqlamada, bütün dünyada geniş istifadə olunan 86 “A350-1000” təyyarəsi mühərriklərinin içindəki çevik yanacaq şlanqlarının birləşmələrinin 3 ilə 30 gün arasında araşdırılacağı bildirilib.

“Cathay Pacific” şirkətinin sentyabrın 1-də “A350-1000” təyyarəsi ilə Honq-Konqdan Sürixə uçarkən, havaya qalxdıqdan qısa müddət sonra mühərrik yanmağa başlayıb və təyyarə məcburi olaraq qalxdığı hava limanına qayıdıb.