
Neft yüksəlir
Ticarət danışıqları qara qızılı dəyərləndirir
Ticarət danışıqları qara qızılı dəyərləndirir
Qiymətlər 4 ilin minimumunda çox qalmadı
OPEC+ qərarından sonra neft proqnozları aşağı düşüb
ABŞ prezidentinə ucuz neft niyə lazımdır
Səudiyyə Ərəbistanı aşağı qiymətlərə uzun müddət davam gətirəcəyini deyir
Şirkət günəş elektrik stansiyasının əsas investorudur
Neft son 4 ildə ilk dəfə bu qədər ucuzlaşıb
ABŞ-İran danışıqları qara qızılın qiymətinə mənfi təsir edir
Neft qiymətlərinə bir neçə amil təsir göstərir
Trampın açıqlamaları qiymətləri qaldırıb
Çinin xəbərdarlığı və Yaponiyanın baş nazirinin açıqlaması qara qızıla təsir edir
Ticarət müharibəsi tələbi vurduqca neft geri çəkilir
ABŞ neft ehtiyatları artıb, amma anbarlardakı yanacaqsa azalıb
Amma dünənki maksimuma çatmayıb
Ekspertlər bu il “Brent”i 66 dollar səviyyəsində görür
OPEC qlobal neft tələbi proqnozunu yenidən nəzərdən keçirir
Dünyanın ən böyük neft idxalçısı olan Çin və ən böyük neft istehlakçısı olan ABŞ-dan gələn zəif iqtisadi məlumatların risk qavrayışını artırması nəticəsində “Brent” markalı sentyabrın 10-da 69,52 dollarla başa vuraraq 3 faizdən çox dəyər itirib.
ABŞ-da Təchizat İdarəetmə İnstitutunun (ISM) istehsal sənayesi PMI indeksi (PMI) avqust ayında 47,2-yə yüksəlsə də, “S&P Global”ın istehsal sektoru məlumatları da avqust ayında 47,9 ilə gözləntilər altında qaldı.
Avqust ayında Çinin xarici ticarət profisiti 91 milyard dollarla gözləntiləri aşarkən, ixracat da 8,7 faizlə artımla gözləntiləri üstələyib. İdxal isə yüzdə 0,5 artımla gözləntiləri qarşılaya bilməyib.
Bölgənin ən əhəmiyyətli idxalçısı və ixracatçısı olan ölkədə gözləniləndən daha aşağı gələn idxal məlumatları tənəzzül narahatlıqlarını qidalandırdı.
Sözügedən məlumatlara uyğun olaraq, 2021-ci ilin dekabr ayından bəri ilk dəfə bir barel üçün 70 dolların altına düşən Brent markalı neft, canlanma tendensiyası göstərsə də, təxminən son 2 həftədir 75 dolların altında qalmağa davam edir. Brent markalı neftin bir barelinin qiyməti dünən 72,8 dollara qalxaraq əvvəlki ticarət gününə nisbətən 0,15 faiz dəyər itirərək həftəni 71,71 dollarla başa vurub.
Ekspertlər qlobal bazarlarda zəif makroiqtisadi məlumatların göstərdiyi tələbin azalması və Yaxın Şərqdə atəşkəsə nail olmaq səylərindən sonra qiymətlərin bir müddət 80 dollardan aşağı qalacağını proqnozlaşdırmışdılar.
***
Müstəqil neft bazarı analitiki Qaurav Şarma bildirib ki, qiymətin qısa müddət ərzində də olsa 70 dollardan aşağı düşməsi 2024-cü ilin son rübündə və 2025-ci ilin birinci yarısında təklif profisiti olacağını göstərir.
Şarma, qiymət enişinin bazarda yüksək miqdarda neft olması və qlobal miqyasda, xüsusən də dünyanın ən böyük neft idxal edən ölkəsi olan Çində tələbin azalması ilə bağlı olduğunu bildirib.
Qiymətlərin toparlanmadan əvvəl bir müddət düşə biləcəyini ifadə edən Şarma, “OPEC-dən kənar tədarük indiki kimi güclü qalsa, OPEC qrupunun edə biləcəyi çox şey yoxdur”, – deyib.
***
Beynəlxalq məlumat şirkəti “Primary Vision Network”un enerji və iqtisadiyyat analitiki Osama Rizvi də neft qiymətlərinin enişində aktiv rol oynayan son inkişafın ABŞ iqtisadiyyatının yaxşı vəziyyətdə olmadığını göstərən məlumatlar olduğunu bildirib.
ABŞ-da kənd təsərrüfatı xaricində məşğulluğun avqust ayında 142 min nəfər artmasından və gözləntilərin altında qalmasından sonra vəziyyətin ciddiləşdiyinə diqqət çəkən Rizvi, “Bundan başqa, ABŞ-da istehsal sektoru son 7 aydır davamlı olaraq daralır. Bundan əlavə, Çinin neftə tələbatı da azalıb və ölkə 2000-ci ildən bəri ilk dəfə neft idxalında illik bazda düşmə qeydə alınıb”, – deyib.
Bu səbəbdən OPEC+ qrupunun qiymətlərin enişindən sonra oktyabrda başlaması planlaşdırılan hasilat artımını təxirə salmağa qərar verdiyini deyən Rizvi, “OPEC-ə daxil olmayan ölkələrdən təklif artmaqda davam edərsə və neftə tələbat qeyri-sabit qalsa, 2014-cü ildə gördüyümüz qiymət müharibələri yenidən baş verə bilər”, – deyib.