vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 5 may 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
TURİZM, NƏQLİYYAT  
21 avroya hamburger 19:09 | 5 may 2025 | Bazar ertəsi Məqaləyə 10 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

21 avroya hamburger

Türkiyədə hava limanındakı qiymətlər etiraza səbəb olur

MURAD

MÖVZU İLƏ ƏLAQƏLİ

Hava limanlarında satılan ərzaq və içkilərin qiymətləri xaricdəki oxşar məhsullarla müqayisədə çox vaxt kifayət qədər yüksək olur. Bu, uzun müddətdir, xüsusən də tez-tez səyahət edənlər arasında şikayət mövzusudur. Hava limanlarında seçimlərin məhdudluğu və müəssisələrin monopoliyası qiymətlərin qalxmasına zəmin yaradır. İngilis turistin Antalya hava limanında çəkdiyi son video bu müzakirəni yenidən gündəmə gətirib.

***

TikTok istifadəçisi Kreyq Antalya hava limanında “McDonald's” filialında qarşılaşdığı menyu qiymətlərinin videosunu çəkərək sosial şəbəkədə paylaşıb. Videoda “Big Mac” menyusunun 20,90 avro, “Big Tasty Classic” menyusunun isə 21,90 avroya başa gəldiyi görünür. “Double Cheeseburger” menyusu 20,50 avroyadır. Kreyqin “Bu dəlilikdir” dediyi video qısa zamanda yüz minlərlə insan tərəfindən izlənilib.

Görüntülər sosial şəbəkədə böyük səs-küyə səbəb olub. “Niyə Antalya və İstanbul hava limanları dünyanın ən bahalı hava limanlarıdır?”, “Bu, tam quldurluqdur”, – kimi şərhlər diqqəti çəkib.

Bəzi istifadəçilər bu qiymətlərin yalnız Türkiyədəki hava limanlarında keçərli olduğunu və hələ də çöldə münasib qiymətə yemək tapmaq mümkün olduğunu vurğulayıb.