vaxtlı-vaxtında oxuyun! Cümə, 2 may 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
TURİZM, NƏQLİYYAT  
Qaydalar başdan-ayağa dəyişdi 18:29 | 29 aprel 2025 | Çərşənbə axşamı Məqaləyə 129 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qaydalar başdan-ayağa dəyişdi

Hava limanlarında əvvəllər fikir verilməyən bir çox şey indi tamamilə qadağan oldu

MURAD

MÖVZU İLƏ ƏLAQƏLİ

Böyük Britaniyanın Mülki Aviasiya İdarəsi (CAA) sərnişinlərin təhlükəsizliyini təhdid edən yanğın riski ilə mübarizə aparmaq üçün yeni qaydalar tətbiq edib. Səyahət mövsümünün yaxınlaşması ilə litium batareyaları və portativ şarj cihazlarının çamadanlarda daşınmasının qadağan edildiyi açıqlanıb. Xəbərin təfərrüatları...

Böyük Britaniyanın Mülki Aviasiya İdarəsi (CAA) xəbərdarlıq edib ki, düzgün istehsal və ya istifadə olunmayan litium batareyalar qısaqapanmaya səbəb ola bilər.

Bu, batareyaların həddindən artıq istiləşməsinə və partlamasına, digər batareyaların alışmasına gətirib çıxara bilər. Bu prosesə "termal qaçaq" deyilir. Uçuş zamanı baş verə biləcək belə bir partlayışın ciddi təhlükəsizlik riski yaratdığı qeyd edilib.

Bu səbəbdən səyahət mövsümünün yaxınlaşması ilə litium batareyaları və portativ şarj cihazlarının çamadanlarda daşınmasının qadağan edildiyi açıqlanıb.

***

Mütəxəssislər vurğulayıblar ki, partlayış kabinədən kənarda olan yük anbarında baş verərsə, ekipajın müdaxilə imkanları xeyli azalacaq.

Bu vəziyyətin həm uçuş təhlükəsizliyini, həm də sərnişinlərin həyatını təhlükəyə atdığı vurğulanıb.

***

Yeni tənzimləmə ilə bir çox hava yolu şirkəti də tədbirlərini sərtləşdirib. Bəzi şirkətlər portativ şarj cihazlarının yerüstü şkaflarda və ya nəzarətsiz kabin baqajında ​​daşınmasını qadağan edib. Bildirilib ki, tərkibində litium batareyaları olan cihazların yalnız əl yükündə daşınmasına müəyyən qaydalar çərçivəsində icazə verilir.

***

CAA yanğın təhlükəsi yaradan cihazların da adlarını açıqlayıb. Buna görə sərnişinlərin diqqət etməli olduğu cihazlar arasında aşağıdakı məhsullar var:

“Power bank”lar (portativ şarj cihazları)

Litium batareya ilə işləyən kameralar

Elektrikli skuter batareyaları

Noutbukların ehtiyat batareyaları

Mobil telefonların ehtiyat batareyaları

Vurğulanıb ki, bu cür cihazları yük anbarında deyil, əl yükündə sərnişinlə birlikdə aparmaq lazımdır.

CAA həmçinin sərnişinlərə səyahət etməzdən əvvəl aviaşirkətin daşıma qaydalarını diqqətlə nəzərdən keçirməyi xatırladıb.