
Çinlə Tayvan arasında Vatikan gərginliyi
Pekin Tayvan liderinin dəfn mərasimində iştirakına mane oldu
Pekin Tayvan liderinin dəfn mərasimində iştirakına mane oldu
Vatikanın bacası quruldu, nəzərlər tüstüyə dikildi
Məşhur rejissor Skorseze mərhum Papa haqqında film çəkəcək
Papa öldü, avro sikkələr dəyər qazandı
90 səs toplayan kardinal növbəti Papa elan olunacaq
Trampın Papanın dəfn mərasiminə damğa vurduğu hərəkətləri dünyada etirazla qarşılanıb
Katoliklərin dini liderləri son mənzilə yola salınırkən hansı rituallar yerinə yetirilir?
Yüz minlərlə insan Papanın tabutunu ayaq üstə qarşıladı
Məhkum kardinal seçkiyə qatılmaq istəyir
Kilsə insanlıqdan uzaqlaşan əsrdə insanlığın səsi olacaqmı?
2027-ci ildə dünyanın sonunu proqnozlaşdıran 900 illik kitab yenidən gündəmə gəlib
“Balıqçı üzüyü” məhv ediləcək
Fransisin nəşi bu gün ictimaiyyətə qarşısına çıxarılacaq
Konklavın başlanması üçün Papa Fransisin dəfni gözlənilir
Əsl oyun tamamilə fərqli ssenari üzrə gedə bilər
Papa Fransisin Emmanuel Makronla mürəkkəb münasibətlərinin hekayəsi
Korrupsiyada ittiham olunan kardinal Papa Fransisin varisinin seçilməsi ilə bağlı iclasda iştirak etməyəcək. 2023-cü ildə Vatikanın birinci instansiya məhkəməsi tərəfindən mənimsəmədə təqsirli bilinən kardinal günlərlə davam edən müzakirələrdən sonra yeni Papanın seçilməsi ilə bağlı iclasda iştirak etməmək qərarına gəlib.
Korrupsiyada təqsirli bilinən və uzun müddət mübahisələrə səbəb olan kardinal Ancelo Covanni Beççu Papa Fransiskin varisini təyin edəcək Kardinallar Konklavı ərəfəsində istefa vermək qərarına gəlib.
Vatikanın birinci instansiya məhkəməsi tərəfindən mənimsəmə ittihamı ilə təqsirli bilinən Beççu, verdiyi yazılı açıqlamada, “Mən hələ də günahsızlığıma inanıram və konklavın birliyinə və sülhünə töhfə verərək, sədaqət və sevgi ilə xidmət etməyə davam edəcəyəm”, – deyib.
"Mən həmişə olduğu kimi, Papa Fransisin konklavda iştirak etməmək tələbinə tabe oluram. Mən öz günahsızlığıma inanmaqda davam edirəm, lakin kilsənin yaxşılığı üçün konklava daxil olmayacağam", - Beççu bildirib.
Papa Fransiskin ölümündən sonra, Beççu Vatikanda görünməsi qəzet manşetlərini bəzədi. Kardinal məhkum edilməsinə və Papanın istəklərinə baxmayaraq konklavda iştirak etməyi xahiş etmişdi.
Bir vaxtlar Papa Fransisin ən yaxın məsləhətçilərindən biri olan Beççu Vatikan Dövlət Katibliyində “sostituto” (katibin köməkçisi) vəzifəsində çalışıb. Bu vəzifə, Papa ilə birbaşa görüşmək imtiyazı da daxil olmaqla, yüksək səlahiyyət mövqeyi idi.
Lakin 2023-cü ildə o, Vatikana on milyonlarla avroya başa gələn dəbdəbəli London mülkünə uğursuz sərmayə qoyuluşu ilə bağlı dələduzluqda təqsirli bilinib və beş il altı ay həbs cəzasına məhkum edilib. Bu qərarla Beççu Vatikanın mülki ədalət sistemi çərçivəsində cinayət məhkəməsində mühakimə ediləcək ən yüksək rütbəli katolik din xadimi oldu.
Beççu həmişə təqsirsizliyini iddia edib və hökmdən apellyasiya şikayəti verib. İş hələ də davam edir. Buna baxmayaraq, o, Vatikandakı mənzilində yaşamağa davam edə bilir.
Beççu kardinal kimi hüquq və imtiyazlarını itirsə də, texniki olaraq Kardinallar Kollecindən uzaqlaşdırılmadı.
Mayın 7-də keçiriləcək konklavda iştirak edəcək digər kardinal üzvlər hələlik məsələyə münasibət bildirməyiblər.