

“Uber Technologies” “Trendyol Group”dan Türkiyədəki onlayn qida və ərzaq məhsullarının çatdırılması biznesi olan “Trendyol GO”nun 85 faizlik payını təxminən 700 milyon dollara nağd və borcsuz almağa razılaşıb. Transfer prosesi rəsmi qurumların təsdiqindən sonra yaxın aylarda tamamlanacaq.
Müqavilə başa çatdıqdan sonra “Trendyol GO” tətbiqi müştərilərə, satıcılara və kuryerlərə xidmət göstərməyə davam edəcək, “Uber” isə növbəti illərdə istifadəçilərə qlobal çatdırılma platforması “Uber Eats”in görkəmli xüsusiyyətlərini təklif etməyə başlayacaq.
“Trendyol Group”un prezidenti Çağlayan Çətin, “Qlobal e-ticarət arenasının oyunçusu olaraq, müştərilərimizə qüsursuz bir e-ticarət təcrübəsi təqdim etmək, biznesmenlərimizi və istehsalçılarımızı bizneslərini böyütməkdə dəstəkləmək və ölkəmizin iqtisadi inkişafına töhfə vermək üçün çalışırıq. Biz ürəkdən inanırıq ki, “Trendyol GO” yeni strukturu ilə daha da güclənəcək".
***
“Bu müqavilə Türk texnologiya və e-ticarət sektorlarının və Türkiyə iqtisadiyyatının gücünün göstəricisidir. “Trendyol Group” olaraq indiyə qədər etdiyimiz kimi ölkəmizə sərmayə qoymağa davam edəcəyik və gələcəkdə ortaya çıxa biləcək fərqli böyümə imkanlarını dəyərləndirməyə davam edəcəyik”.
“Uber”in CEO-su Dara Xosrovşahi, ““Uber” və “Trendyol GO”nun bir araya gəlməsi ilə biz Türkiyədə istehlakçılar, kuryerlər və xüsusilə kiçik və ailə biznesləri, eləcə də restoranlar və ərzaq mağazaları üçün çatdırılma sənayesini daha da inkişaf etdirməyi hədəfləyirik. Bu müqavilə Türkiyəyə olan uzunmüddətli öhdəliyimizi nümayiş etdiririk. “Trendyol GO” komandasının bu günə olan uğurundan son dərəcə təsirlənmişik və davam edirik”.
Kuryerləri, müştəriləri, marketləri və restoranları bir araya gətirən “Trendyol Go” platformasına Türkiyənin hər yerindən 19 min kuryer və 90 mindən çox market və restoran daxildir.