vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 6 may 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
SƏNAYE, AQRAR  
Məşhur ayaqqabı brendi satıldı 08:46 | 6 may 2025 | Çərşənbə axşamı Məqaləyə 11 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Məşhur ayaqqabı brendi satıldı

Trampın tarif siyasəti dünya nəhəngini vurdu

XALİDƏ

ABŞ prezidenti Donald Trampın elan etdiyi tariflər ayaqqabı sənayesinə də təsir edib. Amerikanın ayaqqabı və geyim şirkəti “Skechers” hər bir səhmi 63 dollara “3G Capital” investisiya firmasına satılıb. “Skechers” verdiyi açıqlamada şirkətin satınalmanın tamamlanmasından sonra strateji təşəbbüslərini həyata keçirməyə davam edəcəyini bildirib.

Açıqlamada qeyd olunub ki, şirkətin direktorlar şurası tərəfindən yekdilliklə təsdiqlənən əməliyyat “Skechers”in gələcək inkişafı üçün uzunmüddətli tərəfdaşlıq fürsətidir.

***

Açıqlamada “Skechers”in indiki idarə heyəti tərəfindən idarə olunmağa davam ediləcəyi və şirkətin qərargahının Kaliforniyada qalacağı bildirilib.

Bəyanatda, razılaşmaya əsasən, “3G Capital”ın “Skechers”in bütün dövriyyədə olan səhmləri üçün hər bir səhm üçün 63 dollar nağd ödəməyə razı olduğu vurğulanaraq, bu məbləğin şirkətin 15 günlük həcm üzrə orta səhm qiyməti üzərində 30 faizlik mükafat təşkil etdiyi vurğulanıb.

***

Xarici tədarük zəncirlərinə arxalanan ayaqqabı sənayesi də ABŞ prezidenti Donald Trampın açıqladığı tariflərdən zərər görüb.

“Skechers”, qlobal ticarət siyasətlərindən qaynaqlanan makroiqtisadi qeyri-müəyyənlik səbəbindən bu il üçün idarə heyətini azaldıb, çünki şirkətlər ayaqqabı və geyim sənayesinə də təsir edəcək istehlak xərclərinin azalmasına hazırlaşırlar.

Keçən həftə ABŞ-ın əsas ayaqqabı istehsalçıları və pərakəndə satış şirkətləri Trampdan ayaqqabı məhsullarını qarşılıqlı əsasda rüsumlardan azad etməyi xahiş etdilər. “Skechers” də sözügedən şirkətlər arasında idi.