vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 2 mart 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
ENERGETİKA  
8 ildən sonra razılıq 19:15 | 12 sentyabr 2024 | Cümə axşamı Məqaləyə 951 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

8 ildən sonra razılıq

Cənubi Koreya iki yeni nüvə reaktorunun tikintisinə icazə verib

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Cənubi Koreya 8 ildən sonra iki yeni nüvə reaktorunun tikintisi ilə bağlı müraciəti təsdiqləyib. “Yonhap” agentliyinin xəbərlərinə görə, Nüvə Təhlükəsizliyi və Təhlükəsizlik Komissiyası (NSSC) Cənubi Koreyada yeni nüvə reaktorları ilə bağlı açıqlama verib.

Cənubi Koreyanın nüvə enerji şirkəti “Korea Hydro & Nuclear Power” (KHNP) tərəfindən 2016-cı ildə edilən müraciətin qəbul edildiyi bildirilən açıqlamada, Şin-Hanul 3 və 4 reaktorlarının ölkənin Uljin bölgəsində qurulacağı qeyd edilib.

Açıqlamada tikinti sahəsinə baxış keçirildiyi və təhlükəsizliyə təsir edəcək hər hansı geoloji risk aşkar edilmədiyi bildirilib.

Şin-Hanul 3 və 4-ün tikintisi üçün müraciət 2016-cı ilin yanvarında edilib, lakin enerji siyasətinin dəyişməsi səbəbindən layihə 2017-ci ildə dayandırılıb.

Digər tərəfdən, layihə ilə bağlı araşdırmaların 2022-ci ildə yenidən başlayacağı açıqlanıb.

Bu iki yeni nüvə reaktoru üçün verilən tikinti icazəsi, 2016-cı ildən bəri ölkədə nüvə reaktorları üçün verilən ilk razılıqdır idi.