vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 10 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
TURİZM, DAŞIMAÇILIQ, NƏQLİYYAT  
17:44 | 5 sentyabr 2024 | Cümə axşamı Məqaləyə 319 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Overturizm” əndişəsi

Avropanın ən turistik şəhərlərindən biri “Airbnb”ni qadağan edəcək

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Belçikanın Avropanın ən turistik şəhərlərindən biri olan Brügge, qısamüddətli yerləşdirməni təşkil edən “Airbnb” platformasına yeni obyektlər açmağı qadağan etməyi planlaşdırır.

UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil olan və orta əsr memarlığı və kanalları ilə Avropanın ən turistik şəhərlərindən biri olan Brügge “overturizm”lə mübarizə üçün “Airbnb”yə bəzi qadağalar qoymağa hazırlaşır.

Milli mətbuatda yer alan xəbərlərə görə, şəhər bələdiyyəsi turistlərin çoxluğuna görə yerli əhalinin narahatlığı səbəbindən məşhur qısamüddətli yerləşdirmə platforması “Airbnb”nin mövcud obyektlərinə yenilərinin əlavə edilməsinə icazə verməmək qərarına gəlib.

Belçikanın Qərbi Flandriya bölgəsinin paytaxtı Brügge şəhərinin turizm ofisindən alınan məlumata görə, 2023-cü ildə 120 min əhalisi olan şəhərə gündə orta hesabla 27 min 500 turist gəlib.