Tehranda partlayış səsləri
İsrail hücum iddialarını təkzib etdi
00:17 | 18 sentyabr 2024 | Çərşənbə
Məqaləyə 3888 dəfə baxılıb
Şriftin ölçüsü
İsrail hücum iddialarını təkzib etdi
Rubio: “Müzakirələrin əsas məqsədi “Hizbullah”ın təsirinə son qoymaqdır”
İsrail və Livan ABŞ-də danışıqlar aparacaq
İsrail Baş qərargah rəisi əməliyyatların Livan ərazisinin dərinliklərində aparılacağını dedi
Telefon danışığından sonra 10 dəqiqə ərzində 100 hədəf vuruldu
Terrorçuların lideri və qardaşı oğlunun öldürülməsi xəbəri yayıldı
Körpünün uçması nəticəsində ölənin bir hissəsi ilə əlaqə qırıldı
Tramp daimi atəşkəsə nail olsa, Tehranı uzunmüddətli nəzarətdə saxlaya bilər
İran dövlət və xalq olaraq tamamilə məğlub edildi, sındırıldı və təhqir olundu
Amma tanker sahibləri təhlükəsizlikdən əmin deyil
Bəs SEPAH kimin üzərində qalib gəlib?
Nələr var və razılaşma necə əldə olundu?
ABŞ və İsrailin fərqli maraqları
SEPAH Hormuzdə yeni əməliyyat planı hazırlayır
Tehrana hücum zamanı 25 nəfərdən çox insan həlak oldu
Boğaz yaxınlığındakı raket mövqelərinə bomba yağdı
Müharibə bölgədə ciddi fəsadlar törətsə də, İsrailin milli hava yolu şirkəti El Al üçün pul qazandırdı. İspaniyanın “El Pais” qəzeti yeni dərc olunan xəbərlərində bunun arxa plana keçdiyini açıqlayıb.
Oktyabrın 7-də “HƏMAS” terror təşkilatının törətdiyi Əl-Əqsa qətliamından sonra başlayan müharibə ilə İsrail Parlamenti milli hava yolu şirkətləri “El Al”, “Arkia” və “İsrair” üçün 5 milyard dollarlıq müharibə sığortasını təsdiqlədi.
Bir çox aviaşirkət sığorta xərcləri və təhlükəsizlik səbəbi ilə uçuşları ləğv etsə də, “El Al” yeni uçuşlar əlavə etdi və Tel-Əviv sərnişinlərinin 80 faizindən çoxu onları seçdi.
Bu addım xaricdəki ehtiyat əsgərlərin İsrailə gəlməsinə şərait yaratması sayəsində şirkət zərərdən sonra qazanc əldə etdi.
Hazırda Nyu Yorkdan Tel-Əvivə uçuşlar həyata keçirən yeganə şirkət “El Al”dır. Dünya yəhudilərinin 80 faizinin ABŞ və ya İsraildə yaşadığını nəzərə alsaq, bu marşrutun nə qədər populyar olduğu aydın olur.
Bu yaxınlarda 31 ədəd “Boeing 737 MAX” alan şirkətin səhmləri bu il 66 faiz dəyər qazanıb.
Ötən ilin ilk rübündə 34,4 milyon dollar zərər açıqlayan şirkət bu ilin eyni dövründə 80,5 milyon dollar mənfəət əldə edib. El Al öz tarixinin ən yaxşı maliyyə rübünü açıqlayıb.
İkinci rübdə mənfəətin 147,4 milyon dollara yüksəldiyi açıqlananda sərnişinlər üsyan ediblər.
Təyyarələrində raket əleyhinə müdafiə sistemləri daşıyan yeganə hava yolu şirkəti olan “El Al” yüksək qiymətləri ilə də tənqid olunub. 1000 dollara Madrid biletləri, 2 min 500 dollara ABŞ biletləri, 4 min dollara Meksika biletləri var.
Şirkət rəsmiləri sərnişinlərin qiymət sistemini bilmədiyini və faktiki olaraq 2023-cü ildəkindən az ödəniş etdiklərini deyirlər: “Daha ucuz olan uçuşlar üçün daha çox, daha bahalı olan uçuşlar üçün isə daha az ödəyirsiniz. Biz bunu belə təşkil etməsəydik, 3 min dollara ABŞ-a gedəcəkdiniz. Ən yaxşısı, daha az ödəyirsiniz, çünki daha az rəqabət təyyarələrin daha dolu olmasını təmin edir”.
İsrail Rəqabət Şurası etirazlardan sonra “El Al”a qarşı monopoliya araşdırması başlatdığını açıqlayıb.