«Onlar bizim dostumuz ola bilməz»
İlham Əliyevin bəyanatı İslam dünyasında geniş əks-səda yaratdı
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Sülh müqaviləsi 80 faiz razılaşdırılıb”
Prezident İlham Əliyev: “AB Komissiyası Azərbaycanı Avropanın etibarlı tərəfdaş adlandırır”
-
Prezidentin BƏƏ-nə səfəri
BMT TŞ-da dəstək, Makron-Paşinyan cütlüyünə cavab, İran əleyhinə...
-
Qərbi Azərbaycanda dəyişdirilən türk mənşəli toponimlər
Vaxt gələcək, tarixi yer-yurd adlarımız bərpa olunacaq...
-
Hədəf 15 milyarddır
Türk dövlətləri ilə ticarət rekord həddə
-
Sadəcə, İlham...
Səbirli, heç nəyi əvvəldən açıqlamayan və nəyi nə vaxt edəcəyini bilən ...
-
Azərbaycanda lüks hotellərin daha bir brendi
“The Ritz-Carlton Baku” hotelinin açılışı olub
-
270 yaşlı tarixi abidə
Şəki Xan məscidi kompleksi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub
-
Dünya İrsi Siyahısındakı “Yuxarı Baş”
Qoruqdakı təmir-bərpa işləri sayəsində Şəkinin tarixi mərkəzi bütün zənginliyi ilə göz oxşayacaq
-
Aİ ilə Fransanın fərqi ...
Avropa separatizmdən yarasa işıqdan qorxan kimi qorxur
-
Bakı Vaşinqtonu inandıra bilsə, ...
İranın vurulması Zəngəzurdan başlamalıdır
-
Putin narahatdır
Doqquz gündə üçüncü zəng nələrinsə plan üzrə getmədiyini göstərir
-
Prezidentdən mühüm mesajlar
Brüssel görüşündən imtina, İrana gözdağı, Zəngəzur dəhlizi ilə bağlı yekun fikir
-
O tayın və bu tayın lideri
İlham Əliyev Helmut Kolun yolunu gedir – hamını inandırmaq
-
Əliyev açıq danışdı
İran təxribatlarından sonra ilk dəfə hər şeyi öz adı ilə adlandırıldı
-
Gərgin mərhələyə qədəm qoyuruq
“Güney azərbaycanlıların hüquqları məsələsi İranın daxili işidir” dövrü geridə qaldı
-
Görüş baş tutumayacaq
Əliyev Makronu “oyundan kənar vəziyyətdə” saxlayır
Bu gün dünyanın diqqət mərkəzində yer alan hadisələrdən biri də Asiyanın cənub-şərqində yerləşən Myanmada son həftələr ərzində müsəlmanlara qarşı törədilən vəhşiliklərdir.
Ötən günlər ərzində burada yüzlərlə müsəlman qətlə yetirilib, onlara məxsus minlərlə ev yandırılıb. Bu vəhşiliklərin dayandırılması üçün dünya birliyi hələ də lazımi addımlar atmır. Azərbaycan isə baş verənlərlə bağlı artıq öz narahatlığını ifadə edib. Ölkəmiz hesab edir ki, məqsədindən asılı olmayaraq, insanların milli, dini, irqi mənsubiyyətə görə kütləvi şəkildə məhv edilməsi soyqırımıdan başqa bir şey deyil.
Myanmada, konkret olaraq onların məskunlaşdığı Arakanda müsəlmanlara qarşı reallaşdırılan qətliamın dini mənsubiyyət amilinə görə həyata keçirilməsi isə islamofobiyanın bariz nümunəsinin daha bir real təzahürüdür.
İndi burada siyasi ambisiyalar üzərindən meydana çıxan bu cür ksenofobiya hallarına, islamofobiya, dini ayrı-seçkiliyin dəhşətli nümunəsinə qarşı Azərbaycan dünya ictimaiyyətini sərt addımlar atmağa çağırır. Çünki Myanmada baş verənlər nəinki müsəlmanlara, bütün bəşəriyyətə qarşı yönəlmiş cinayətdir. Baş verənlərə Qazaxıstanın paytaxtı Astanada İslam Əməkdaşlıq Təşkilatının (İƏT) elm və texnologiya üzrə birinci Sammitində çıxışı zamanı Prezident İlham Əliyev də xüsusi olaraq toxunub.
Myanmadakı faciənin təkrarlanmaması, ksenofobiya təzahürlərinin, o cümlədən islamofobiyanın qarşısının alınması məsələsində dünya əməli addımlar atmalıdır. Bu fonda islamofobiyanın qarşısının alınması üçün Ermənistana qarşı da ölçü götürülməlidir.
İslam Əməkdaşlıq Təşkilatının elm və texnologiya üzrə birinci Sammitində çıxışı zamanı Prezident İlham Əliyev deyib: «Erməni vəhşiliyi bu gün də davam edir. Bu ilin iyul ayında iki yaşlı azərbaycanlı körpə nənəsi ilə birlikdə ermənilər tərəfindən atılan mərmi nəticəsində həyatını itirmişdir. Bu, vəhşilikdir. Bu, erməni faşizminin növbəti qanlı cinayətidir. İşğal edilmiş torpaqlarımızda Ermənistan rəhbərliyinin göstərişi ilə bütün məscidlərimiz dağıdılıb. Şuşa, Ağdam və digər şəhərlərimizin dağıdılmış məscidlərinin fotoşəkilləri erməni vandalizminin sənədli sübutudur. Ermənistanda islamofobiya pik həddə çatıb. Ermənistan çox çalışır ki, müxtəlif müsəlman ölkələri ilə əlaqələrini genişləndirsin. Onların riyakar və yalan sözlərinə inanmaq lazım deyil. Azərbaycanda müqəddəs məscidlərimizi dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz».
Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər müsəlman dünyasında böyük əks-səda yaradıb. Onlarla informasiya agentliyi, portal, telekanal və qəzet bu mövzuya diqqət ayırıb. Dövlət başçımızın bəyanatına qardaş Türkiyə mediasında da xüsusi yer verilib. Məsələn, «Axşam» qəzeti yazır ki, Prezident İlham Əliyev Ermənistanda islamofobiyanın özünün zirvə nöqtəsinə çatdığını Qazaxıstanda bir daha diqqətə çatdırdı: «Azərbaycan Prezidenti İlham Əliyev qeyd etdi ki, Ermənistan müsəlman ölkələri ilə əlaqələrini genişləndirməyə çalışır, ancaq onların bu sözlərinə inanmaq lazım deyil. Bildirdi ki, məscidləri dağıdan bir ölkədən müsəlmanlara dost olmaz». Qəzet yazır ki, Prezident İlham Əliyev Arakan müsəlmanlarına qarşı törədilən zorakılığa qarşı dünya ictimaiyyətini hərəkətə keçməyə çağırıb.
Türkiyənin «Anadolu» Xəbər Agentliyi də Azərbaycan Prezidentinin Astanadakı sammitdə çıxışına xüsusi yer ayırıb. «Azərbaycan Prezidenti İlham Əliyev: Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz» başlıqlı xəbərdə dövlət başçısının Qazaxıstana səfəri çərçivəsində çıxışına xüsusi diqqət çəkib, İlham Əliyevin çıxışında Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatlarda müsəlman ölkələrini daim dəstəklədiyi vurğulanıb. Agentlik Azərbaycan Prezidentinin «İşğal edilmiş Azərbaycan torpaqlarında Ermənistan rəhbərliyinin göstərişi ilə bütün məscidlər dağıdılıb. Şuşa, Ağdam və digər şəhərlərin dağıdılmış məscidlərinin fotoşəkilləri erməni vandalizminin sənədli sübutudur» fikrini oxuculara təqdim edib.
Qardaş ölkənin nüfuzlu qəzetlərindən biri olan «Sabah» da İlham Əliyevin Astanada İslam Əməkdaşlıq Təşkilatının (İƏT) elm və texnologiya üzrə birinci Sammitində çıxışına geniş yer ayırıb. «Onlar bizim dostumuz ola bilməz» başlığı ilə verilən xəbərdə qeyd olunur ki, Azərbaycan Prezidenti erməni vəhşiliyindən söz açıb, cari ilin iyul ayında ermənilər tərəfindən atılan mərmi nəticəsində iki yaşlı azərbaycanlı körpənin nənəsi ilə birlikdə həyatını itirdiyini diqqətə çatdırıb. Məqalədə daha sonra İlham Əliyevin bu fikirləri oxuculara təqdim olunub: «Ermənistan çox çalışır ki, müxtəlif müsəlman ölkələri ilə əlaqələrini genişləndirsin. Onların bu sözlərinə inanmamaq lazımdır. Müqəddəs məscidləri dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz».
«Türkiyə» qəzeti də Azərbaycan Prezidentinin Astanadakı çıxışına xüsusi diqqət ayırıb. «İlham Əliyev: Ermənistan müsəlmanın dostu ola bilməz» başlıqlı xəbərdə dövlət başçısının «Ermənistanda islamofobiya pik həddə çatıb» fikri ön plana çıxarılıb: «İlham Əliyev müsəlmanları Ermənistanın riyakar və yalan sözlərinə inanmamağa çağırıb».
Eyni fikirlərə Türkiyənin digər media orqanlarında da rast gəlmək olar. «Trthaber.com.tr», «tazehaber.com», «sanalbasin.com», «haberler.com», «sgkrehberi.com», «anadoludabugun.com» və s. saytlar da Azərbaycanın Arakan müsəlmanlarına qarşı törədilən vəhşiliyə qarşı çıxdığını, onlara maddi yardım göndərdiyini yazır, Prezident İlham Əliyevin Qazaxıstanda bu məsələyə xüsusi toxunduğunu vurğulayırlar.
Beləliklə, Türkiyə KİV-də yer alan məlumatlar onu göstərir ki, qardaş ölkə mətbuatı Azərbaycan Prezidentinin sərt və prinsipial etirazını müsəlmanlara ən böyük dəstək kimi qiymətləndirir.