
Pezeşkianın məhdud çərçivəsi
Ən yaxşı halda, mövcud strategiya içində müəyyən taktiki dəyişiklik yarada bilər
Ən yaxşı halda, mövcud strategiya içində müəyyən taktiki dəyişiklik yarada bilər
İlham Əliyev mesajında bölgədə faydalı əməkdaşlığın nələrdən asılı olduğunu xatırlatdı
Güclü jest olsa da birliyə işarə edən addım deyil
... Yaxud Məsud Pezeşkianın Azərbaycana səfəri ilə bağlı tezislər
Türk əsilli siyasətçinin İran prezidenti olmasının faydaları
Azərbaycan-İran münasibətlərində yeni mərhələ
Pezeşkian: “Biz İranı azərbaycanlıların ikinci vətəni hesab edirik”
Nəhayət öz siyasi memimizi yaradırıq
İran prezidentinin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan Qlobal Cənub ilə Qlobal Şimal arasında fəal dialoq mühiti yaradır
Mixail Saakaşvili: “Dövlətlərin öz ləyaqətini qorumaq davranışı prinsipinin yaradıcısıdır”
Diplomatik balans və strateji perspektivlər
Hikmət Hacıyevin iki paytaxt xətti üzrə səfər trafiki də bundan qaynaqlanırdı
Azərbaycan lideri İlham Əliyevin “Yeni dünya nizamına doğru” forumunda verdiyi mühüm mesajlar
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə keçirilən beynəlxalq forum
İlham Əliyev: “Biz Ermənistanın regiondan kənar güclərlə hərbi-siyasi ittifaqına imkan verməyəcəyik”
Prezident İlham Əliyevin ADA Universitetindəki nitqi Almaniyanın birliyinə nail olmuş kansler Helmut Kolun birlikdən əvvəlki çıxışlarına bənzəyir.
O zaman bir kansler üçün birləşmənin qarşısını almaq ona nail olmaqdan daha asan olardı. Fransua Mitteran, Marqaret Tetçer, Rud Lubbers, Culio Andreotti – demək olar ki, Avropa liderlərinin hamısı alman birliyini rədd edirdi. Və xəstə Sovet İttifaqının öz peykindən imtina etməyə hazır olub-olmadığını yalnız təxmin etmək olardı.
Helmut Kol inam yaratmaqda usta olduğunu sübut etmiş bir lider idi. Məhz bu ustalığın sayəsində birləşmədən altı ay əvvəl hamı başa düşdü ki, Almaniyanın dinc yolla birləşməsi Avropa üçün böyük fürsətdir. Qorbaçov bu birliyə yol açmaq müqabilində Koldan milyardlar aldı və beləcə Almaniyanın birliyinin əleyhinə olan qonşular pat vəziyyətində qaldllar.
Türkiyədən başqa qonşularımızın demək olar ki, hamısı Azərbaycanın birliyinin əleyhinə olarlar. Helmut Kolun birlik siyasəti Sosialist Almaniyasında yaşayan almanları himayə etməklə başlayıb. Bundan sonra Kol dünya almanlarının liderinə çevrildi. Nəyi, nə zaman etməyi bacaran kansler Almaniyanın tarixindəki rolu qızıl hərflərlə yazılıb.
Quzeyin bütövləşməsi prosesi bütün Azərbaycanın bütövləşməsi fürsətini gücləndirib. İnam yaratmaq ustası İlham Əliyevə olan inamın sərhədləri artıq ölkə sərhədlərini aşıb. Güneyli-quzeyli Azərbaycanlıların liderinə çevrilməyi bacaran İlham Əliyev artıq güneyimizdə ən çox tanınan və sevilən liderdir.
İndiki ağır şəraitdə güneyli soydaşlarımız intizarda qalmadılar. Çox güman ki, rəsmi Tehran bundan sonra Azərbaycan türklərinin doğal haqqlarını qaytarmağa çalışacaq, ən azından ana dilində təhsil almaq haqqını bərpa edəcək.