vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
21:42 | 16 noyabr 2017 | Cümə axşamı Məqaləyə 3014 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«ABŞ işə ciddi yanaşır»

Elmar Məmmədyarov: «Lakin irəliləyişə mane olan məqamlar var»

MÖVZU İLƏ ƏLAQƏLİ

«ATƏT-in Minsk qrupunun həmsədrləri ilə danışıqların məzmunundan çox razı qaldım. Danışıqlar kifayət qədər konstruktiv keçdi. Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair məsələləri müzakirə etdik».

Minsk qrupunun həmsədrləri ilə Moskva görüşündən sonra xarici işlər naziri Elmar Məmmədyarov belə deyib.

Nazirin sözlərinə görə, görüşdə danışıqların ATƏT-in üzvü olan ölkələrin xarici işlər nazirlərinin dekabrın əvvəllərinə nəzərdə tutulan Vyana görüşü çərçivəsində davam etdirilməsi barədə qərar qəbul edilib.

«Prinsip etibarı ilə ideyalar var. Həmsədrlər bir qədər də irəli getmək üçün bu ideyalar üzərində işləməyi öz üzərlərinə götürüblər. Mənə həmişə sual verirlər ki, hansı plan üzrə işləyirik? Cavab verirəm ki, Praqa prosesindən başlayaraq təklif olunan bütün ideyalar masa üzərindədir. Budəfəki görüş göstərdi ki, biz, yəni, Azərbaycan tərəfi və həmsədrlər bir müddətdir yerində sayan danışıqlar prosesini irəli aparmaqda qətiyyətliyik», - deyən E.Məmmədyarov bildirib.

E.Məmmədyarov vurğulayıb ki, danışıqların irəliləməsinə mane olan məqamlar da var.

«Mən danışıqlarda hansısa irəliləyişin olduğunu deməyə şad olardım. Lakin bu irəliləyişə mane olan məqamlar var. Ancaq ümid həmişə var. Bu gün həmsədrlər işə olduqca ciddi yanaşdılar. Dedilər ki, biz turist deyilik. Bizə ciddi danışıqlar lazımdır, çünki biz ciddi ölkələri təmsil edirik. Mən bunu alqışlayıram. Axı nə qədər bəhanələr gətirmək olar? Gah deyirlər ki, bizdə seçkilər gedir, gah deyirlər ki, polis məntəqəsinə basqın olub. Belə çıxır ki, bu danışıqlar sonsuza qədər davam edəcək? Xeyr. Alternativ hamıya məlumdur. Ancaq bunu heç kim istəmir. Azərbaycan da istəmir ki, toqquşmalar baş versin. Əlbəttə, boş söz-söhbətlər heç kimə lazım deyil və buna heç kim dözməyəcək. Bu gün həmsədrlərlə kifayət qədər ciddi söhbətimiz oldu ki, irəli getmək lazımdır», – nazir bildirib.

E.Məmmədyarov həmsədrlərlə Vyanada keçiriləcək görüşdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün mümkünlüyünün müzakirə ediləcəyini də qeyd edib.

ABŞ-ın ATƏT-in Minsk qrupundakı həmsədrini geri çağırması haqda söhbətlərə toxunan nazir bildirib ki, həmsədrlik formatının dəyişməsinə inanmır.

«Amerikalı həmsədr öz vəzifəsinə çox ciddi yanaşır. Bir müddət əvvəl belə söhbətlər var idi. ABŞ Dövlət Departamentində bəzi vəzifələrin ixtisara salınması barədə müzakirələr gedirdi. Ancaq bugünkü görüşə amerikalı həmsədr tək deyil, öz köməkçisi ilə gəlmişdi. Bu, onu göstərir ki, ABŞ tərəfi işə ciddi yanaşır», – nazir vurğulayıb.

Bu gün, noyabrın 16-sı xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Moskvada görüş keçirib.