vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNDƏM  
18:09 | 9 mart 2019 | Şənbə Məqaləyə 2710 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Həmsədrlər “Yox” dedi

... Həm İrəvana, həm də Bakıya

Elxan ŞAHİNOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

ATƏT-in Minsk Qrupunun son bəyanatı həm Bakıya, həm İrəvana mesaj əhəmiyyəti daşıyır. Birincisi, həmsədrlər bildirirlər ki, iki ölkə liderinin birbaşa dialoqunu dəstəkləyirlər və yeni görüş hazırlayırlar.

İkincisi, həmsədrlər bildirirlər ki, tərəflərdən birinin razılığı olmadan danışıqlar formatının dəyişdirilməsinin əleyhinədirlər. Bu Ermənistanın baş naziri Nikol Paşinyana mesajdır.

Üçüncüsü, həmsədrlər ATƏT sədrinin bölgədəki təmsiliçisinə tam dəstək ifadə etdiklərinin bildirirlər. Bu isə rəsmi Bakıya mesajdır. Çünki, Azərbaycan Nazirlər Kabineti ATƏT sədrinin bölgədəki təmsiliçisi Anjey Kasprçikin fəaliyyətini kəskin tənqid edən hesabat açıqlayıb. Başqa sözlə rəsmi Bakı Kaspçikin dəyişdirilməsini istəyir. Həmsədrlər isə cavab olaraq “yox” deyirlər.

Dördüncüsü, həmsədrlər növbəti dəfə münaqişənin həllinin yolunu göstərirlər:

 

1.Dağlıq Qarabağ ətrafındakı rayonlar Azərbaycana qaytarılmalıdır;

2. Dağlıq Qarabağa özünüidarəetməni və bölgənin təhlükəsizliyini əks etdirən müvəqqəti status verilməlidir;

3. Dağlıq Qarabağ Ermənistanla təhlükəsiz koridoruna malik olmalıdır;

4. Dağlıq Qarabağda referendum keçirilməlidir;

5. Bütün köçkünlər geri qayıtmaq imkanına malik olmalıdırlar;

6. Bölgənin təhlükəsizliyinə beynəlxalq səviyyədə təminat verilməli və sülhməramlı qüvvələr yerləşdirilməldir.

 

Deyəsən həmsədrlər əməlli-başlı əsəbləşiblər. Yoxsa həm Bakıya, həm də İrəvana xəbərdarlıq mesajlarıyla dolu bəyanat göndərməzdilər.Bəyanatda bir məqam da diqqəti çəkir: Əvvəlcə referendum tarixi müəyyənləşməli, ondan sonra köçkünlərin geri qayıdışı təmin olunmalıdır.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)