

Rusiyaya öz üslubunda “tələ” qurublar
Ceyhun Bayramovdan Sergey Lavrova növbəti mesaj
“Minsk Qrupu artıq işləmir”
Sergey Lavrov geyimi ilə narkomaniyanı təbliğ edir?
Rusiya XİN rəhbəri erməni həmkarı ilə delimitasiyanı müzakirə edib
Ermənilərin sözü Rusiyada dövlət rəsmilərinin imzalarından daha çox kəsərliymiş
ABŞ-ın taktiki dəyişikliyinin iki mümkün hədəfi var
Amma Kremlin istəyi ilə işğala “xüsusi əməliyyat” demək mümkün deyil
Rusiya baş diplomatının qovluğunda gizlətdiyi sənədlərin məzmunu
Nüvə sazişi və enerji məsələləri müzakirə olunacaq
Mariya Zaxarova: “Minsk qrupuna düzəlməz ziyan vurulub”
Vaşinqton xülyasından vaz keçməsə bölgədə gərginliyi daha da artıracaq
Rusiyanın Azərbaycandan asılı olduğu bir dövrün şahidiyik
Əsas müzakirə Lavrovun Bakı səfərində olacaq
Yenə də ümumi sözlər deyib geri qayıdacaq
... Yaxud yada düşən Brejnev
Əlahəzrət zaman əvvəl-axır haqqın yolunu açır. Haqsız erməni tərəfin, Qarabağ işğalına illərcə özünün susqunluq, süründürməçiliyi ilə dəstək verən ATƏT-in Minsk Qrupu kimi son ümidi də, məhv oldu. Bu Qrup elə özü, öz içindən dağıldı.
Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün, erməni həmkarı Ararat Mirzoyanla Moskvadakı görüşdən sonra keçirdiyi brifinqdə bu barədə təəssüfünü bildirərək açıqlama verib: “ATƏT-in Minsk Qrupunu digər ABŞ və Fransalı həmsədrlər ləğv etdilər. Səbəbi, onların Rusiya ilə belə formatdakı əməkdaşlıqdan imtinasıdır”.
S.Lavrov bu Minsk Qrupun sonrakı taleyinə də şübhə ilə yanaşıb: “Bu haqda artıq, heç nə deyə bilmərəm, bu qərarı ABŞ və Fransa tərəfi verdi”. Ancaq, S. Lavrov onu qeyd edib ki, Rusiya Bakı və İrəvan arasında münasibətlərin normallaşıb, sülhlə qaydaya düşməsinə tərəfdar olaraq qalır.
ATƏT-in Minsk Qrupunun bu, gözlənilməz ləğvi separatçı ermənilər, “Artsaxa status!” bəhanəsi ilə Azərbaycana başağrısı gətirmək istəyən rəzil qüvvələr üçün ağır zərbə oldu. Çünki, ermənilər üçün “status” söhbətini ortaya atmaq istəyəcək yeganə beynəlxalq ümid bu, Minsk Qrupuna idi.
Aydın olur ki, Qərb, ABŞ və Fransa Ermənistanı, erməniləri, onların “Artsaxın statusu” istəklərini kənara qoymaqla, Qarabağ münaqişəsinin həlli üçün nəzərdə tutulan Minsk Qrupunu ləğv edib. Bununla, həmin münaqişəni bitmiş hesab edib.
İndiki, müasir dünyada ərazi bütövlüyünün həlli 3 şərtlə: beynəlxalq hüquq, siyasi-diplomatik və əgər bunlar da işləməsə, hərbi yolla təmin edilir. Bu 3 şərtin 3-nə də Azərbaycan malik və qadirdir. Ermənilər boş iddiaları buraxıb sülhə gəlməlidir.