Qarabağın havasında barıt qoxusu artır
Ermənistanın son təxribatları sülh əvəzinə müharibəni yaxınlaşdırır
Siyasət şöbəsi
MÖVZU İLƏ ƏLAQƏLİ
-
ATƏT dağılır?!
“Minsk Qrupu artıq işləmir”
-
ATƏT də Ermənistana missiya göndərir?
Ermənistana dəstək verən bu dövlətlər Paşinyanı danışıqlarda arxayınlaşdırır
-
Minsk Qrupu dirilmədi
ABŞ-ın taktiki dəyişikliyinin iki mümkün hədəfi var
-
“Yeni reallıqları nəzərə almaq lazım gələcək”
Mariya Zaxarova: “Minsk qrupuna düzəlməz ziyan vurulub”
-
ABŞ ölünü dirildə bilir?
Vaşinqton xülyasından vaz keçməsə bölgədə gərginliyi daha da artıracaq
-
“Minsk Qrupu fəaliyyətini davam etdirə bilməz”
Metyu Brayza: “On illər ərzində münaqişə haqqında eşitdiyim ən yaxşı xəbərdir”
-
Minsk Qrupu tarix oldu
Dünənə qədər eyni havanı çalan üçlü indi ayrı ayrılıqda Qarabağ üzərindən oyun quracaqlar
-
Qərb münaqişəni bitmiş hesab edir
Lavrov: “ABŞ və Fransalı həmsədrlər ATƏT-in Minsk Qrupunu ləğv etdilər”
-
Bakı cığallığı sevmir
“Gəncə keçidi” geopolitik güclərin enerji arzularını aparan logistik layihələrin mərkəzində durur
-
Vaşinqton görüşü nə ilə nəticələndi?
19 il aradan sonra ...
-
Qarabağda müharibə riski
“Azərbaycan həmin obyektlərin ətrafını vursa…”
-
Vyana görüşündən hansı nəticə çıxdı?
Bakının “Hamının hamıya” prinsipi, İrəvanın isə prinsipsizliyi
-
Həmsədrlər “Yox” dedi
... Həm İrəvana, həm də Bakıya
-
Kaspşikdən çoxdan qurtulmaz lazım idi
Dağlıq Qarabağ münaqişəsinin həlli onu maraqlandırmır
-
“Lavrov planı Bakıda da, İrəvanda da rədd edilib”
Səfir Riçard Hoqland nikbinlik yaratsa da, o, ciddi irəliləyişləri gözləməyi məsləhət görməyib
-
Amerikalı diplomatdan 4 bəndlik Qarabağ mesaji...
İndiki həmsədrlər də Riçard Hoqland kimi oxşar açıqlama verəcəklər
Cəbhə xəttindəki son insident - zabitimizin erməni işğalçı qüvvələri tərəfindən şəhid edilməsi onsuz da kövrək olan atəşkəsi daha həssas hala gətirib, Qarabağa dair sülh danışıqlarına növbəti ciddi zərbəni vurub, bu danışıqları bir az da mənasız edib. Hadisənin ATƏT-in Minsk Qrupu həmsədrlərinin bölgədə olarkən baş verməsi isə işğalçı Ermənistanın atəşkəsi süni surətdə uzatmağa hesablanan təxribatı olduğuna, böyük sülh anlaşmasında maraqlı olmadığına şübhə yeri saxlamayıb.
Azərbaycanın xarici İşlər naziri Elmar Məmmədyarov Avropa Birliyinin (AB) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı ilə Bakıdakı görüşündə bu məqama məxsusi diqqət ayrılıb. Azərbaycan XİN başçısı AB rəsmisinə Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar prosesinin cari vəziyyəti, o cümlədən xarici işlər nazirlərinin Moskva görüşü haqqında məlumat verdikdən sonra həmsədrlərin bölgəyə səfəri zamanı Ermənistan tərəfinin törətdiyi növbəti təxribatı və Azərbaycan hərbi qulluqçusunun Ermənistan silahlı qüvvələrinin açdığı snayper atəşi nəticəsində şəhid olduğunu qarşı tərəfin diqqətinə çatdırıb və bu qanlı əməllərin danışıqlar prosesinə zərbə vurduğunu qeyd edib. Xarici işlər nazirləri səviyyəsində növbəti görüşə razılığın əldə olunduğunu, eyni zamanda reallıqların dəyişilməz olaraq qaldığını söyləyən nazir Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxmalı olduğunu və bölgənin gələcək inkişafı üçün başqa heç bir alternativin olmadığını vurğulayıb. Öz növbəsində Toivo Klaar AB əhalinin sülhə hazırlanması istiqamətində töhfə verməyə hazır olduğunu qeyd edib.
* * *
Ancaq təəssüflər olsun ki, hazırda AB-nin problemin həllinə real təsir imkanları böyük deyil. Çünki Rusiya konfliktin nizamlanmasına başqa böyük oyunçuların cəlb olunmasını istəmir. Digər yandan, Moskva əlində unikal imkanlara, təcavüzkara real təsir vasitələrinə malik ola-ola, problemin həllinə töhfə vermir. Bu da onun işğal ortağı Ermənistanı arxayınlaşdırır, onu yeni-yeni təxribatlara sövq edir.
“Görünür, Ermənistan rəhbərliyinin müştəbehliyindən və həddən artıq arxayınlığındandır ki, həmsədrlərin bölgədə səfərdə olduğu bir vaxtda Azərbaycan ordusunun yüksək rütbəli hərbçisi snayper atəşi nəticəsində həyatını itirib. Bütün bunlar onu göstərir ki, Nikol Paşinyan özündən əvvəlki Ermənistan rəhbərliyinin səhvlərini təkrarlayır”.
Bunu politoloq Qabil Hüseynli konfliktlə bağlı son durumu şərh edərkən bildirib (teleqraf.com). O qeyd edib ki, “təkrarlayır” demək məsələnin kiçik bir hissəsidir: “Paşinyan daha radikal, daha millətçi, daha azğın mövqedədir. Onun hətta Dağlıq Qarabağın hüdudlarından kənarda işğal edilmiş 7 rayonu şübhə altına salan müxtəlif açıqlamaları göstərir ki, bu adam ya dəlidir, ya millətçilik azarı beyninə həddən artıq çox ”vurub". Nəticədə o, mövcud status-kvonu sanki əbədi olacağı kimi qəbul edir. Bəli, onu müdafiə, himayə edən dövlətlər var. Onlar Paşinyanı həmişə müdafiə etdikləri kimi bu gün də müdafiə edirlər”.
Bununla yanaşı, politoloq Ermənistanın daxilində ciddi problemlərin mövcudluğuna diqqət yönəldib: “Qarabağ klanı ilə Paşinyan hakimiyyətinin nümayəndələri arasında ziddiyyət açıq-aşkar hiss olunur. Bu ziddiyyəti Paşinyan bəzən Qarabağ klanının torpaqları Azərbaycana verəcəyi kimi fikirlərlə pərdələməyə çalışır. Baş verənlər göstərir ki, Ermənistan sülh prosesinə hazır deyil, prosesi uzatmağa çalışır. Vaxtın uzanmasından isə həm hərbi potensialını artırmağa, həm də ümumiyyətlə, beynəlxalq aləmdə bu məsələ ilə bağlı Azərbaycanın yaratdığı müsbət meylləri ləngitməyə çalışır. Çünki dünya ölkələri və beynəlxalq təşkilatlar bir-birinin ardınca Azərbaycanın ərazi bütövlüyünü tanıyan, problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində çözülməsini tələb edən bəyanatlar, qətnamələr qəbul edirlər. Bütün bunların qarşısında Paşinyan özünü itirəcək dərəcədə çətin vəziyyətə salıb”.
Həm cəbhədə, həm də danışıqlar prosesində vəziyyətin mürəkkəb olduğunu vurğulayan politoloq həmsədrlərin öz missiyasının öhdəsindən gələ bilmədiyini söyləyib. “Ən başlıcası, məsələnin sülh və danışıqlar yolu ilə həll variantı Ermənistanın ”səyləri" nəticəsində getdikcə öz əhəmiyyətini itirir və məsələnin hərbi yolla həlli variantı gündəmə gəlir”, - deyə o əlavə edib.
* * *
Yaranmış durumda Azərbaycanın öz hərbi və döyüş hazırlığını daha da artırmasından, paralel surətdə işğalçı Ermənistanın blokadasını gücləndirməkdən savayı yolu qalmır. Bu xüsusda qardaş Türkiyə ilə hərbi sahədə əməkdaşlıq, intensivləşən ortaq hərbi təlimlər mühüm önəm daşıyır. Yeri gəlmişkən, bu arada Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyət və hərbi texnikaları Naxçıvana gəlib. Əlahiddə Ümumqoşun Ordudan verilən məlumata görə, məqsəd iki gün sonra - iyunun 7-dən 11-dək bölgədə keçiriləcək “Sarsılmaz qardaşlıq-2019" Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təliminə qatılmaqdır.
Bu münasibətlə Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində təntənəli qarşılanma mərasimi keçirilib. Mərasimdə çıxış edənlər günü-gündən inkişaf edən Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərindən, hərbi-texniki əməkdaşlıqdan və artıq ənənə halını almış döyüş atışlı birgə təlimlərin əhəmiyyətindən danışıblar. Sonda təlimə cəlb edilmiş Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində yerləşiblər.
* * *
Azərbaycan şübhə yox ki, həm də “Sülh istəyirsənsə, müharibəyə hazır ol!” məntiqindən çıxış edir. Gerçəklik belədir ki, Ermənistanın yeni rəhbərliyinin addımları da münaqişə zonasında sülhü yox, müharibəni yaxınlaşdırır. Qarabağ səmasında barıt qoxusu getdikcə artır və indi heç vaxt olmadığı qədər güclü hiss olunmaqdadır. Bu, ən əvvəl həmsədr ölkələrə xəbərdarlıqdır ki, nə qədər gec deyil, bölgədə böyük müharibənin alovlanmaması üçün təsirli tədbirlər görsünlər, işğalçını, nəhayət, ağla gətirmək üçün imitasiya xarakterli yox, real addımlar atsınlar. Söhbət təbii ki, ən əvvəl Rusiyadan gedir...