“İrəliləyiş üçün əsas yoxdur”
Sabiq xarici işlər nazirindən ATƏT sədrinin çıxışına reaksiya
Namidə BİNGÖL
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Faşist diktatorun liberal nəvəsi
Reyçel Mussolini insan haqlarına görə baş nazir Meloninin partiyasını tərk edib
-
4 alpinistin cəsədi tapılıb
Mont Blan dağına qalxarkən itkin düşmüşdülər
-
“Şiddət problemi endemik hala gəlib”
İtaliyada tibb işçilərinə qarşı zorakılıq xəstəxanaların təhlükəsizliyini şübhə altına alır
-
Fırtına və leysan İtaliyada fəlakət törədib
Binaların damı uçub, ağaclar qırılıb, 4 alpinist itkin düşüb ...
-
8 saatlıq tətil
İtaliyada ictimai nəqliyyat işçilərinin etirazı insanları yağışlı havada yollarda qoyub
-
AES-lə bağlı üçüncü referendum
İtaliya nüvə enerjisinə qayıtmağı müzakirə edir
-
Siciliya sahillərində 6 cəsəd tapılıb
Meyitlərin 21 nəfər itkin düşənlərə aid olduğu güman edilir
-
Meloni və Zelenski görüşdü
Soyuq qış aylarında Ukraynanın təcili ehtiyacları danışıqlarda gündəm olub
-
Nazirin “başını yeyən” məşuqə
İtaliyanın mədəniyyət naziri sosial media fenomeni ilə münasibətinə görə istefa verdi
-
“Sülh müqaviləsi 80 faiz razılaşdırılıb”
Prezident İlham Əliyev: “AB Komissiyası Azərbaycanı Avropanın etibarlı tərəfdaş adlandırır”
-
75 faizi ölümü üçün 1000 avro ödəyib
Aralıq dənizində qayığın batması nəticəsində 21 miqrant itkin düşüb
-
... Mafiya liderinin oğlu öldürülüb
İtaliyada “İnter” azarkeşləri arasında dava düşüb ...
-
İfrat sağ və irqçiliyin fəsadları
Tarixdə bəşəriyyətin törətdiyi ən böyük fəlakət – İkinci Dünya müharibəsi
-
Torpaq sürüşmələrində 2 nəfər itkin düşüb
İtaliyada güclü yağışın səbəb olduğu sel və daşqınlara səbəb olub
-
İntellektual oğru
Romada qarət üçün girdiyi evdə kitab oxuyan şəxs həbs olunub
-
Ölümündən iki ay əvvəl ev dustağı idi
Siciliyada batmış super lüks yaxtada itkin düşənlərin müəmmalı ortaq nöqtəsi
Bir neçə gün bundan əvvəl ATƏT-in fəaliyyətdə olan sədri, İtaliya xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Enzo Moavero Milanesi təşkilatın Daimi Şurasının iclasında çıxış edib. O, çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinə toxunaraq deyib.
“Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar prosesində irəliləyiş var”.
O həmçinin bildirib ki, ATƏT Şərq və Qərb arasında konstruktiv dialoq üçün meydança rolunu oynamalıdır.
Maraqlıdır, ATƏT sədri münaqişənin həllində irəliləyiş olduğunu deyərkən nəyi nəzərdə tutub?
Cənubi Qafqaz regionu üçün Qarabağ münaqişəsinin bitməsi gözlənilirmi?
Modern.az saytı ATƏT sədrinin açıqlmasına münasibət öyrənməyə çalışıb. Sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov saytımıza açıqlamasında deyib ki, irəliləyiş üçün heç bir əsas yoxdur.
“Əvvəla, bu adamın təşkilatda rolu, həmçinin təşkilatın nüfuzu və təsiredici qüvvəsinin nədən ibarət olduğunu bilməliyik. O zaman başa düşəcəyik ki, bu cür bəyanatlar məzuniyyət mövsümü bitəndən sonra daimi şurada keçirilən iclas zamanı baş verir. Orada müxtəlif məsələlər müzakirə olunur. Təbii ki, ümumi siyasi məsələlər də müzakirə predmetinə daxildir. Bu cür bəyanatlar əsasən həmsdərlərin verdiyi məlumat əsasında baş verir. Onlar elə hesab edirlər ki, bəzi məsələlərdə guya irəliləyiş mövcuddur. Hətta onlar üçün Paşinyanın bəzi populist bəyanatları, xüsusilə xanımının bəyanatları münaqişənin həllində irəliləyiş deməkdir. Biz hesab etməliyik ki, irəliləyiş üçün heç bir əsas yoxdur. ATƏT təşkilat olaraq BMT-nin mandatını alıb vasitəçilik rolunu oynayır. Təşkilat olaraq isə region saziş təşkilatı adlı termin var. Onun heç bir nüfuzu yoxdur ki, kimisə sülhə məcbur eləsin. Sadəcə olaraq onlar danışıqlar üçün şərait yaradırlar”.
Sabiq xarici işlər nazirinin sözlərinə görə, bu cür bəyanatları çox görmüşük.
“25 il ərzində onlar o qədər təkliflər irəli sürüb, danışıqlar üçün fikirlər səsləndiriblər ki, heç biri demək olar Ermənistan tərəfindən qəbul olunmur. Bu zaman ortaya sual çıxır. Əgər bu təkliflərin heç biri qəbul olunmursa, BMT-nin adından alınmış o mandata cavab vermək lazımdır ki, Ermənistan bu təklifləri qəbul etmir. BMT-yə məruzə olunmalıdır. Bu, baş vermir. Hər il bu cür bəyanatlar səsləndirib deyirlər ki, filan məsələdə irəliləyiş mövcuddur. Bilirsiz, bu məsələlərə bir qədər fərqli rakursdan baxmaq lazımdır. Kimsə kiməsə salam verib, yaxud da səmimi görüntü olaraq əlini sıxıb. Bundan dolayı bu cür bəyanatlar meydana çıxır. Əslində bu cür bəyanatları çox görmüşük. Ona görə də heç bir əsası yoxdur”.