vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 16 sentyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
AVROPA  
23:20 | 27 avqust 2024 | Çərşənbə axşamı Məqaləyə 200 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Torpaq sürüşmələrində 2 nəfər itkin düşüb

İtaliyada güclü yağışın səbəb olduğu sel və daşqınlara səbəb olub

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

İtaliyanın şimal və mərkəzi bölgələrində 2 gündür davam edən leysan yağışlar cənubdakı bəzi əyalətlərdə sel və daşqınlara səbəb olub. ANSA agentliyinin xəbərinə görə, Campania bölgəsindəki San Felice a Cancello'nun Talaniko qəsəbəsində dünən günortadan sonra başlayan şiddətli yağışdan sonra torpaq sürüşməsi baş verib və 2 nəfər itkin düşüb. İtkin düşənlərin bir nəfər və onun yaşlı anası olduğu bildirilib.

Yanğınsöndürənlər və təhlükəsizlik qüvvələri itkin düşənlərin axtarışını davam etdirir.

Sosial mediada yayılan görüntülərə görə, Kampaniya bölgəsində bəzi evlər və iş yerləri su altında qalıb, bir çox sürücülər maşınları ilə yollarda qalıb, bəzi nöqtələrdə torpaq sürüşməsi baş verib.

Mətbuatda yer alan xəbərlərdə Avellino və İrpinia şəhərlərində yağan şiddətli yağış səbəbilə şəhər mərkəzinin küçələrində çaylara bənzəyən daşqınların yaşandığı bildirilib.

Bildirilib ki, Avellinoda yanğınsöndürənlər daşqınlar səbəbindən itkin düşmüş 12 yaşlı uşağı xilas ediblər, bəzi sakinləri evlərindən təxliyə ediblər.

Şəhərlərdə maddi ziyan baş verərkən, yerli əhalinin palçığı təmizləməyə və suyu boşaltmağa çalışdığı mətbuatda yer alıb.

Baş nazirlik Mülki Müdafiə İdarəsi də ötən gün 10 vilayət üçün risk xəbərdarlığı etmişdi.

Avqustun 26-da ölkədə Milan Malpensa hava limanının bəzi terminallarını su basıb və təxminən 27 reys başqa hava limanlarına yönəldilib.