vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
AVROPA  
17:12 | 20 avqust 2024 | Çərşənbə axşamı Məqaləyə 491 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ölümündən iki ay əvvəl ev dustağı idi

Siciliyada batmış super lüks yaxtada itkin düşənlərin müəmmalı ortaq nöqtəsi

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Avqustun 19-da İtaliyanın Siciliya adası sahillərində fırtına zamanı 56 metrlik super lüks yaxta batıb. Yaxtada olan 22 nəfərdən biri həlak olarkən, 15 nəfər xilas edilib. Lakin itkin düşən 6 nəfərin axtarışları hələ də nəticə verməyib. Axtarılan şəxslərin adlar aydınlaşdıqca hadisə ilə bağlı müxtəlif şübhələr və müzakirələr gündəmə gəlib.

Batma hadisəsi ərazidə lövbər salmış digər yelkənli qayıqlara heç bir şey olmadığı üçün diqqət çəkib. Batan qayığın dirəyinin qırılmasına səbəb olan vəziyyətin yaxtanın lövbər salması ilə bağlı olduğu bildirilib. Lakin itkin düşən çəxslərin adlar açıqlandıqca suallar da artıb.

***

Həmin 6 nəfər arasında İngiltərənin “Bill Qeyts”i kimi tanınan Mayk Linç və onun 18 yaşlı qızı da var. Linç özünün proqram şirkəti “Autonomy”ni Amerika texnologiya nəhəngi “Hewlett-Packard”a 11 milyard dollara satdıqdan sonra illərdir məhkəmə çəkişməsi ilə mübarizə aparırdı. Onun şirkətə ziyan vurmaqda ittiham olunduğu iş 13 ildir ki, davam etdiyi üçün Linç bir müddət ev dustaqlığında saxlanılıb. İyunda bəraət qazanan Linçin bəraətini qeyd etmək üçün mavi dəniz səyahətinə çıxdığı iddia edilir.

Batan qayıqda itkin düşənlər arasında milyarderin vəkili Kris Morvillo və Amerika investisiya bankı Morgan Stanleyn və beynəlxalq departamentinin rəhbəri Conatan Blumer də var. Linç ilə eyni davada mühakimə olunan ortağı Stiven Çemberlenin qayıqda olduğu gün avtomobilin vurması nəticəsində ölməsi bu itkin adlarla bağlı şübhələri daha da artırıb.

***

Digər diqqət çəkən detal kimi batmış yaxtanın adı önə çıxır. Qayığın Linçin doktorluq dissertasiyasının və proqram təminatı şirkətinin əsasını təşkil edən “Thomas Bayes” nəzəriyyəsindən ilhamlanaraq “The Bayesian” adlandırıldığı düşünülür. Yaxta dənizin 49 metr dərinliyində batıb. Mütəxəssislər qeyd edirlər ki, yelkənli qayığın fırtınada bu qədər dərinliyə batması demək olar ki, mümkün deyil.