

İtaliyada Siciliya mafiyasına qarşı əməliyyat 130 şübhəli həbs olunub
Venesiya turist vergisini ikiqat artırıb
Reyçel Mussolini insan haqlarına görə baş nazir Meloninin partiyasını tərk edib
Cənubi Koreya iki yeni nüvə reaktorunun tikintisinə icazə verib
Mont Blan dağına qalxarkən itkin düşmüşdülər
İtaliyada tibb işçilərinə qarşı zorakılıq xəstəxanaların təhlükəsizliyini şübhə altına alır
Fukusima Atom Elektrik Stansiyasında nüvə tullantılarının çıxarılmasına başlanılıb
Binaların damı uçub, ağaclar qırılıb, 4 alpinist itkin düşüb ...
İtaliyada ictimai nəqliyyat işçilərinin etirazı insanları yağışlı havada yollarda qoyub
Meyitlərin 21 nəfər itkin düşənlərə aid olduğu güman edilir
Soyuq qış aylarında Ukraynanın təcili ehtiyacları danışıqlarda gündəm olub
İtaliyanın mədəniyyət naziri sosial media fenomeni ilə münasibətinə görə istefa verdi
Prezident İlham Əliyev: “AB Komissiyası Azərbaycanı Avropanın etibarlı tərəfdaş adlandırır”
Aralıq dənizində qayığın batması nəticəsində 21 miqrant itkin düşüb
İtaliyada “İnter” azarkeşləri arasında dava düşüb ...
Tarixdə bəşəriyyətin törətdiyi ən böyük fəlakət – İkinci Dünya müharibəsi
Giorgia Meloni sağçı koalisiya hökumətinin nazirləri dünən qatıldıqları Ambrosetti Forumunda 1990-cı ildən nüvə enerjisi istehsalının qadağan edildiyi ölkədə nüvə enerjisinə qayıdışla bağlı müzakirələri gündəmə gətiriblər. İtaliya baş nazirinin müavini və nəqliyyat-infrastruktur naziri Matteo Salvini ölkəsinin artıq nüvə enerjisinə “yox” deyə bilməyəcəyini və hökumətin vəzifələrindən birinin bu dəftəri yenidən açmaq olduğunu bildirib.
Salvini çıxışında, "Düşünürəm ki, yeni referendumla italyanların çoxu nüvə enerjisinə “Bəli” deyəcək. Mənim Nazirliyim İtaliyanı sənayeləşmiş ölkələr sırasına qaytarmaq üçün çalışır. Bu vacibdir. İtaliya artıq nüvə enerjisinə “Xeyr” deyə bilməz. Hökumətin vəzifələrindən biri də bu işi yenidən başlatmaqdır. Enel kimi İtalyan şirkətləri təkcə İtaliyada deyil, bir çox ölkədə nüvə enerjisi üzərində işləyirlər,”, – deyib.
İtaliyada iqtisadi inkişaf və əməkdaşlıqdan məsul olan müəssisələr (“Made in İtaly”) naziri Adolfo Urso da eyni forumda ölkəsində üçüncü nəsil nüvə reaktorları istehsal etməyə imkan verəcək xarici texnologiya tərəfdaşlığı üzərində çalışdıqlarını söyləyib.
İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri Gilberto Piçetto Fratin sentyabrın 7-də verdiyi açıqlamada nüvə enerjisi istehsalı ilə bağlı üçüncü referendumun keçirilə biləcəyini istisna etmədiyini və ölkəsi üçün ilin sonuna qədər nüvə enerjisi istehsalına qayıtmaq barədə qanun layihəsi hazırlamağa çalışdıqlarını bildirib.
İtaliya Avropanın nüvə enerjisi istehsal etməyən əsas iqtisadiyyatlarından biridir.
İtaliyada 1963-1990-cı illərdə nüvə enerjisi istehsal edilərək istifadə olunduğu halda, 1987-ci ildə Çernobıl faciəsindən sonra keçirilən referendum nəticəsində ölkədəki atom elektrik stansiyaları 1990-cı ildə bağlanıb.
Ölkədə nüvə enerjisi istehsalına qoyulan qadağanın aradan qaldırılması üçün 2011-ci ildə keçirilən referendumda qadağanın davam etdirilməsinə qərar verilib.