vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
AVROPA  
12:12 | 11 sentyabr 2024 | Çərşənbə Məqaləyə 239 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Şiddət problemi endemik hala gəlib”

İtaliyada tibb işçilərinə qarşı zorakılıq xəstəxanaların təhlükəsizliyini şübhə altına alır

XALİDƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

İtaliyada son həftələrdə tibb işçilərinə qarşı zorakılıq hadisələrinin artması xəstəxanalarda təhlükəsizliklə bağlı suallara səbəb olub və bu hadisələrə qarşı sərt tədbirlərin görülməsinə çağırılıb.

Ölkədə keçən həftə Foggia şəhərində əməliyyat zamanı həyatını itirən gənc qadının qəzəbli yaxınları xəstəxanada əməliyyat edən həkim və tibb bacılarını qovub, tibb işçiləri özlərini bir otağa bağlayaraq qorunmağa çalışıb. Bundan başqa Foggia, Lecce və Turində bir neçə həkim və tibb bacısı öldürülüb.

Foggiadakı bir otaqda özlərini kilidləyən həkim və tibb bacılarının görüntüləri sosial mediada ən çox müzakirə edilən mövzular arasında idi.

İtaliya mətbuatında çıxan xəbərlərə görə, ölkədəki xəstəxanalardakı təhlükəsizlik problemi fövqəladə vəziyyətə çevrilib.

Foggiadakı poliklinikada xəstə yaxınlarının davam edən hücumlarına görə istefa verən tibb işçilərinin olduğu, əyalət səhiyyə müdirinin istefaların artacağı təqdirdə vətəndaşlara xidmət təmin edə bilməyəcəyindən narahat olduğu qeyd edilib.

İtaliya Milli Cərrahlar və Stomatoloqlar Federasiyasının (FNOMCEO) prezidenti Filippo Anelli, son zorakılıqla bağlı RAI kanalına verdiyi açıqlamada, “Düşünürəm ki, hökumət səhiyyə işçilərinə qarşı zorakılığa qarşı fövqəladə fərmanlarla tədbirlər görməlidir”, – deyib.

Xəstəxanalara girişin də nəzərdən keçirilməli olduğunu ifadə edən Anelli, “Vəziyyət getdikcə pisləşir. Şiddət problemi endemik hala gəlib və mütəxəssisləri bir şəkildə qorumaq lazım olacaq”, – dedi.

Tibb işçilərinin hücuma məruz qalmaması üçün təhlükəsizlik tədbirləri tələb edən Anelli, “Polis bunu edə bilmirsə, ordu işə qarışmalıdır. Resursları artırmaqla yanaşı, bu müddət ərzində itmiş kimi görünən həkimlərin etibarını bərpa edəcək bir strategiya hazırlamağın vaxtıdır”, – deyib.

Milli Tibb Bacıları Federasiyasının prezidenti Barbara Mangiacavalli, “Il Messaggero” qəzetinə verdiyi açıqlamada, “Biz xəstəxanalarda dözümlülük istəyirik. İstəyirik ki, ordu həm vətəndaşlara, həm də həkimlərə onların qorunduğunu başa salsın”, – deyib.

Sərt tədbirlər görməyə çağırılan sağçı koalisiya hökumətinin səhiyyə naziri Orazio Şillaci son vaxtlar səhiyyə işçilərinə qarşı zorakılıq hadisələrini “utanc verici” adlandırıb.

Digər tərəfdən, hücumların tez-tez baş verdiyi Foggia'da səhiyyə işçilərinin 16 sentyabrda həmkarlar ittifaqının çağırışı ilə etiraz yürüşü keçirəcəyi də mətbuatda yer alıb.