Bakı cığallığı sevmir
“Gəncə keçidi” geopolitik güclərin enerji arzularını aparan logistik layihələrin mərkəzində durur
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Aldadılan Putin və fərsiz Lavrov...
Rusiyaya öz üslubunda “tələ” qurublar
-
Rusiya Azərbaycanın müttəfiqidirmi?
Ceyhun Bayramovdan Sergey Lavrova növbəti mesaj
-
ATƏT dağılır?!
“Minsk Qrupu artıq işləmir”
-
Eynəyi gözündə, şortiki əynində ...
Sergey Lavrov geyimi ilə narkomaniyanı təbliğ edir?
-
Lavrovun qeydləri var?
Rusiya XİN rəhbəri erməni həmkarı ilə delimitasiyanı müzakirə edib
-
Daşnak “bülbül”ü
Ermənilərin sözü Rusiyada dövlət rəsmilərinin imzalarından daha çox kəsərliymiş
-
Minsk Qrupu dirilmədi
ABŞ-ın taktiki dəyişikliyinin iki mümkün hədəfi var
-
Bakının Moskvadan tələbləri var
Amma Kremlin istəyi ilə işğala “xüsusi əməliyyat” demək mümkün deyil
-
Lavrov yolunu Bakıya salır
Rusiya baş diplomatının qovluğunda gizlətdiyi sənədlərin məzmunu
-
Lavrov İrandadır
Nüvə sazişi və enerji məsələləri müzakirə olunacaq
-
“Yeni reallıqları nəzərə almaq lazım gələcək”
Mariya Zaxarova: “Minsk qrupuna düzəlməz ziyan vurulub”
-
ABŞ ölünü dirildə bilir?
Vaşinqton xülyasından vaz keçməsə bölgədə gərginliyi daha da artıracaq
-
Lavrov Bakıda hansı cavabı eşitmək üçün gəlir?
Rusiyanın Azərbaycandan asılı olduğu bir dövrün şahidiyik
-
XİN rəhbərləri telefonla danışdı
Əsas müzakirə Lavrovun Bakı səfərində olacaq
-
Lavrov yenə niyə gəlir?
Yenə də ümumi sözlər deyib geri qayıdacaq
-
Lavrovun yanlışlıqları ...
... Yaxud yada düşən Brejnev
Minsk Qrupunun dağılması Cənubi Qafqaz üçün yeni çağırışlar yaradacaq. ABŞ və Fransanın Moskva ilə bu formatda əməkdaşlıqdan imtina etməsi barədə Sergey Lavrovun bəyanatı çox ciddi məsələdir.
Azərbaycan Qafqazda həlledici dövlətdir.
1988-ci ildə SSRİ-nin siyasi elitası sovet Azərbaycanının maraqlarını kobud şəkildə tapdalayaraq Dağlıq Qarabağdakı separatçı hərəkatı dəstəklədi. O zaman da dünya həlledici geopolitik dəyişiklər ərəfəsində idi. Pribaltikanın müstəqilliyini elan etməsi ABŞ və Qərbi Avropanın bir nömrəli mövzusuna çevrilmişdi.
Qorbaçovun Qərblə əl-ələ verərək elan etdiyi “Vankuverdən Vladivostoka qədər” yeni əməkdaşlıq tezisi son nəticədə SSRİ-nin dağılmasına, Dağlıq Qarabağda müharibəyə gətirdi.
Belə görünür ki, Moskva yeni dünya düzəni uğrunda başlanmış savaşda SSRİ-nin Qarabağ səhvini təkrar etmək istəmir.
Minsk Qrupunun dağılması Moskvanın ürəyindəndir. Bu format Rusiyaya Qafqazda tam hərəkət etməyə imkan vermirdi.
Amma burada bir incə məqam var. Regionda ABŞ Gürcüstanın, Fransa Ermənistanın “xaç atası”na çevrilib. Bakı isə Türkiyə ilə müttəfiqliyi Cənubi Qafqazda başlanacaq yeni çağırışlara hazır olduğunu nümayiş etdirir.
Rusiya belə şəraitdə Azərbaycanın strateji maraqlarına dəstək verməyə məcburdur. 44 günlük müharibə ilə Bakı 1991-cı illərdəki inzibati sərhədlərinə çıxıb. “Hər bi yeni, yaxşı unudulmuş köhnədir” aforizmini nəzərə alsaq burada Moskvanın Qarabağla bağlı siyasi tacirlik cəhdi qaçılmaz görünür.
Azərbaycan geopolitik güclərin enerji arzularını Mərkəzi Asiyaya və Avropaya aparan “Gəncə keçidi” ilə logistik layihələrin mərkəzində durur. 44 günlük savaşdakı qələbə milyardlar gətirəcək geopolitik enerji dəhlizləri üçün yeni fürsətlər açıb.
Moskva bütün bunları çox gözəl anlayır. Odur ki, İrəvandan gələn etiraz çığırtıları Moskvanın vecinə də deyil.
Əsas məsələ Bakı ilə “böyük oyun”da düzgün oynamaqdır. Qalibləri mühakimə etmək isə səfehlik sayılır.
Çox maraqlı dövr gəlir.