vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
10:51 | 22 fevral 2019 | Cümə Məqaləyə 2135 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Ancaq karlar və korlar görməyə bilər”

Qarabağ məsələsində “bəzi pozitiv dəyişikliklər” nədir?

MÖVZU İLƏ ƏLAQƏLİ

ATƏT-in Minsk Qrupu həmsədrlərinin İrəvanda və Bakıda apardıqları məsləhətləşmələrin nəticəsi olaraq Azərbaycan və Ermənistan rəhbərliyi arasında ilk rəsmi danışıqların təşkil ediləcəyi gözlənilir. Doğrudur, hələlik bu danışıqların mümkün vaxtı və məkanı barədə proqnozlar yoxdur. Hərçənd erməni mənbələrində iddia etmişdilər ki, baş nazir Nikol Paşinyanla prezident İlham Əliyevin ilk rəsmi danışıqları ABŞ-da baş tuta bilər.

“Nezavisimaya qazeta” bu mövzuda məqaləsində qeyd edir ki, həmsədrlərin ardınca regiona ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak səfər edəcək. Onun martın birinci yarısında İrəvana, Bakıya və “ola bilsin Xankəndinə” səfər edəcəyi bildirilir. Hərçənd ATƏT-in fəaliyyətdə olan sədrinin həmsədrlərdən fərqli olaraq separatçı bölgəyə səfəri diplomatik baxımdan mümkün olmayan məsələdir, Bakı belə səfərə qətiyyən razılıq verə bilməz.

Layçak Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşündən sonra jurnalistlər qarşısında deyib ki, Ermənistandakı hakimiyyət dəyişikliyi ilə bağlı regionda yeni situasiya yaranıb. Ermənistan hökuməti son seçkilərdən sonra çox güclü mandat əldə edib və dünya ictimaiyyətində Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına müəyyən ümidlər yaranıb.

Lakin qəzetin yazdığına görə ekspertlərin əksəriyyəti Qarabağ nizamlanmasında hansısa irəliləyişin əldə olunacağı ilə bağlı optimist deyillər. Danışıqlar masasında heç bir yeni ideya yoxdur, müzakirələr həmin Madrid prinsipləri ətrafında aparıla bilər. Hansı ki, illərlə davam edən müzakirələr nəticəsiz qalıb.

Bu, həmin Madrid prinsipləridir ki, ətraf rayonların Bakının yuridiksiyasına qaytarılmasını, qaçqınların geri qayıtmasını, Dağlıq Qarabağa aralıq statusun verilməsini nəzərdə tutur. Qəzetin yazdığı kimi Bakı israr edir ki, münaqişə mərhələli həll edilsin və Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsi daha sonraya təxirə salınsın. Erməni tərəfi isə bəri başdan Dağlıq Qarabağın yekun statusuna dair referendumda israr edir.

Qəzet yazır: “Bununla belə münaqişənin nizamlanması baxımından bəzi pozitiv dəyişikliklər hər halda var. Nikol Paşinyanla İlham Əliyev arasında görüşdən sonra təmas xəttində gərginlik xeyli azalıb. Tərəflər xalqları sülhə hazırlamaq və qarşılıqlı etimad yaratmaq barədə razılaşma əldə ediblər. Ən başlıcası budur ki, tərəflər bacardıqları qədər öz vədlərinə sadiq qalmağa çalışırlar. “Nezavisimaya qazeta”nın Bakıdakı mənbələri hakimiyyətin Ermənistanın ünvanına hərbi ritorikanı azaltdığını, antierməni istiqamətli televiziya proqramlarının və məqalələrin sayının azaldığını qeyd edirlər. “Kardinal dəyişiklik haqda deyə bilmərəm, amma dəyişikliklərin olduğunu ancaq karlar və korlar görməyə bilər”, - mənbə deyib”.

İrəvandakı mənbə də müəyyən dəyişikliklərin olduğunu, azərbaycanlılarla ermənilərin yaxın keçmişdə normal dostluq münasibətləri barədə telekanallarda filmlərin nümayiş etdirildiyini deyirlər.