vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
GÜNDƏM  
21:32 | 24 fevral 2019 | Bazar Məqaləyə 2069 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Lavrov planı Bakıda da, İrəvanda da rədd edilib”

Səfir Riçard Hoqland nikbinlik yaratsa da, o, ciddi irəliləyişləri gözləməyi məsləhət görməyib

MÖVZU İLƏ ƏLAQƏLİ

“Uzun zamandan bəri ilk dəfə Ermənistanın lideri Dağlıq Qarabağdan deyil, buna görə də, o, çox ehtiyatlı olmalı, Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində radikal addımlara getməməlidir”. Bunu “Amerikanın səsi” radiosuna müsahibəsində danışıqlar prosesi ətrafında vəziyyəti şərh edərkən ATƏT-in Minsk qrupunun ABŞ tərəfindən keçmiş həmsədri, səfir Riçard Hoqland deyib.

Səfir əminliyini bildirib ki, Ermənistanın baş naziri Nikiol Paşinyan üçün Qarabağ münaqişəsi çox mürəkkəb problemdir.

“Qarabağ münaqişəsinin tənzimlənməsində ən yaxşı strategiya kiçik addımlarla irəliləməkdir”, - diplomat qeyd edib.

O vurğulayıb ki, dövlət xidmətini tərk edib və hazırda şəxsi mövqeyini bildirir.

Bu yaxınlarda baş vermiş hadisələr, o cümlədən tərəflər arasında davam edən dialoq və təmas xəttində qarşıdurmaların kəskin şəkildə azalması Hoqlandda nikbinlik yaratsa da, o, ciddi irəliləyişləri gözləməyi məsləhət görməyib.

Keçmiş diplomat qeyd edib ki, Lavrov planını heç bir tərəf bəyənməyib. Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə Sergey Lavrovun təklif etdiyi sənəd bəzi düzəlişlərlə Madrid prinsipləri əsasında qurulub.