«Ermənilər bizim məscidləri, məzarları dağıdıb...»
İlham Əliyev Malaziyalı baş naziri təşəkkür etdi
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Sülh müqaviləsi 80 faiz razılaşdırılıb”
Prezident İlham Əliyev: “AB Komissiyası Azərbaycanı Avropanın etibarlı tərəfdaş adlandırır”
-
Prezidentin BƏƏ-nə səfəri
BMT TŞ-da dəstək, Makron-Paşinyan cütlüyünə cavab, İran əleyhinə...
-
Qərbi Azərbaycanda dəyişdirilən türk mənşəli toponimlər
Vaxt gələcək, tarixi yer-yurd adlarımız bərpa olunacaq...
-
Hədəf 15 milyarddır
Türk dövlətləri ilə ticarət rekord həddə
-
Sadəcə, İlham...
Səbirli, heç nəyi əvvəldən açıqlamayan və nəyi nə vaxt edəcəyini bilən ...
-
Azərbaycanda lüks hotellərin daha bir brendi
“The Ritz-Carlton Baku” hotelinin açılışı olub
-
270 yaşlı tarixi abidə
Şəki Xan məscidi kompleksi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub
-
Dünya İrsi Siyahısındakı “Yuxarı Baş”
Qoruqdakı təmir-bərpa işləri sayəsində Şəkinin tarixi mərkəzi bütün zənginliyi ilə göz oxşayacaq
-
Qatara bombalı hücum
15 vaqondan 11-i reysdən çıxıb ...
-
Aİ ilə Fransanın fərqi ...
Avropa separatizmdən yarasa işıqdan qorxan kimi qorxur
-
Bakı Vaşinqtonu inandıra bilsə, ...
İranın vurulması Zəngəzurdan başlamalıdır
-
Putin narahatdır
Doqquz gündə üçüncü zəng nələrinsə plan üzrə getmədiyini göstərir
-
Prezidentdən mühüm mesajlar
Brüssel görüşündən imtina, İrana gözdağı, Zəngəzur dəhlizi ilə bağlı yekun fikir
-
O tayın və bu tayın lideri
İlham Əliyev Helmut Kolun yolunu gedir – hamını inandırmaq
-
Əliyev açıq danışdı
İran təxribatlarından sonra ilk dəfə hər şeyi öz adı ilə adlandırıldı
-
Gərgin mərhələyə qədəm qoyuruq
“Güney azərbaycanlıların hüquqları məsələsi İranın daxili işidir” dövrü geridə qaldı
«Mən Malayziyaya minnətdarlığımı bildirirəm ki, bu ölkə Dağlıq Qarabağ məsələsində çox qətiyyətli mövqe tutur və Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini daim müdafiə edir». Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Malayziya baş naziri Mohammad Najib Tun Abdul Razakla görüşdən sonra mətbuata bəyanatında bildirib.
Azərbaycan prezidenti qeyd edib ki, bu, beynəlxalq hüquqa uyğun olan mövqedir və Azərbaycan-Malayziya əməkdaşlığını, qardaşlığını əks etdirir.
«Təəssüflər olsun ki, uzun illərdir Dağlıq Qarabağ və ətraf 7 rayon erməni işğalı altındadır. Ermənistan beynəlxalq hüququn normalarını açıq-aşkar pozur. Dünyanın ən mühüm beynəlxalq təşkilatı olan BMT-nin Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib ki, o qətnamələrdə Ermənistan dərhal və qeyd-şərtsiz torpaqlarımızı azad etməyə çağırılır. Amma Ermənistan buna məhəl qoymur. Bizim ölkənin ərazisinin 20 faizi işğal altındadır. Ermənilər azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparıblar. Burada Xocalı soyqırımını qeyd etmək istərdim. Yüzlərlə günahsız insanın qətlə yetirilməsi faktı mövcuddur. Bizim məscidlər, məzarlıqlar dağıdılıb. Buna heç bir bəraət qazandırmaq olmaz, bu, vandalizmdir» - deyə İ.Əliyev vurğulayıb.
Prezident İlham Əliyev qeyd edib ki, Xocalıdakı zorakılığı və soyqırımı bu gün Ermənistan rəhbərliyində olan kriminal ünsürlər törədiblər: »Biz bu məsələni daim diqqətdə saxlayırıq. Bu münaqişə tezliklə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Bu, regional sülh və sabitliyə töhfəsini vermiş olacaq. Cənab baş nazir, bu məsələ ilə bağlı ölkənizin qətiyyətli mövqeyinə görə sizə bir daha təşəkkür edirəm».
«Mənim Azərbaycana səfərimi həqiqətən də tarixi səfər adlandırmaq olar. Çünki bu, Malayziya baş nazirinin Azərbaycana ilk səfəridir. Mən təyyarədən endiyim ilk andan çox təsirləndim. Təkcə inkişafın özü deyil, keyfiyyəti də məni valeh etdi. Sizin gələcəyə olan baxışlarınız məndə böyük təəssürat yaratdı. Təbii ki, ölkəmə qayıdandan sonra həmvətənlərimə Azərbaycana səfər etməyi tövsiyə edəcəyəm» - bunu isə Malayziyanın baş naziri Mohammad Najib Tun Abdul Razak Bakıda prezident İlham Əliyevlə görüşdən sonra mətbuata bəyanatında deyib.
Baş nazir əmin olduğunu bildirib ki, bizim birgə irsimiz, hətta oxşar dəyərlərimiz var: «Biz haqq-ədalətin tərəfdarı olan ölkəyik. Bu səbəbdən də biz hər yerdə Azərbaycanın mövqeyini müdafiə edirik, xüsusilə də ərazi bütövlüyü məsələsində... Biz bundan sonra da qətiyyətli mövqe nümayiş etdirəcəyik. Haqq-ədalət sizin tərəfinizdədir və biz hər zaman sizinlə olacağıq. Eyni zamanda mən Azərbaycana təşəkkür edirəm ki, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyü məsələsində bizim ölkəmizi dəstəkləyib.
Bu gün təkbətək və geniş tərkibdə çox gözəl görüşümüz oldu və hər iki görüşün nəticəsi çox müsbətdir. Qeyd edə bilərəm ki, enerji, neft və qaz sahələri diqqət mərkəzində olacaq. Bildiyiniz kimi, Malayziyanın, xüsusilə «Petronas» şirkətinin bu sahədə böyük təcrübəsi var. Zənnimcə, bu şirkət Azərbaycan ilə neft və qaz sahəsində yaxından əməkdaşlıq edə bilər. Eyni zamanda təkcə neft-qaz sektorunda deyil, artıq istifadədən çıxarılmış neft və qaz sahələrinin reabilitasiyası məsələsində bizim böyük təcrübəmiz var.
Digər tərəfdən, qeyd etmək istərdim ki, Azərbaycan qazının Avropaya nəqli xüsusi strateji əhəmiyyətə malik olan məsələdir. Bu baxımdan Azərbaycan çox strateji mövqeyə malikdir. Sizi əmin edə bilərəm ki, Malayziya Azərbaycan üçün etibarlı tərəfdaş olacaq. Mən bütün sahələri nəzərdə tuturam və əminəm, biz əlimizdən gələni edəcəyik ki, gələcək nəsillərə də bir növ çox dəyərli bir irs qoya bilək».
Qonaq qeyd edib ki, Azərbaycan rəsmilərinin müvafiq peşəkarlıq səviyyəsinin artırılması üçün müxtəlif təlimlər də təşkil edə bilərlər: «Əminəm ki, bu səfərin çox gözəl nəticələri olacaq. Cənab prezident qeyd etdi, bu gün biznes forum keçiriləcək, iş adamları və sahibkarlar öz aralarında fikir mübadiləsi aparacaqlar. Malayziya şirkətlərinin xüsusilə infrastruktur layihələrinin həyata keçirilməsində böyük təcrübəsi var. Tikinti, emal sənayesi, elektronika avadanlığı istehsalı sahələrində böyük təcrübəyə malik olan şirkətlərimiz var.
Mən qəti əminəm ki, gələcəyimiz çox uğurlu olacaq. Müzakirə etdiyimiz məsələlər bu səfərdən sonra qısa müddətdə praktiki nəticələrini verəcək və ümid edirəm ki, bunun çox gözəl nəticələri olacaq. Mən zati-aliləri İlham Əliyevi öz ölkəmə dəvət etdim. Biz çalışacağıq ki, həmin səfər zamanı cənab prezidentə öz nailiyyətlərimizi nümayiş etdirək.
Mənim bu səfərdən böyük gözləntilərim var. Cənab prezident, ümid edirəm ki, siz bizim ölkəyə səfər edəndə biz də sizə eyni dərəcədə qonaqpərvərlik nümayiş etdirəcəyik. Bu gözəl imkana görə bir daha təşəkkür edirəm. Gözəl ölkənizdə olmaqdan çox məmnunam. Əminəm ki, görüşlərimiz çox səmərəli olub».