“Qiymətlər elə qalxıb ki, adam az qalır dəli olsun...”
Müharibə istəyən ruslar bahalaşmadan və qıtlıqdan narazıdır
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Rusiya Bakıda verdiyi sözü 3 gün sonra pozdu
Qarabağda müharibə başlayır?
-
Putinin ciddi problemləri
Postsovet məkanındakı canlanma nələrə işarədir?
-
Üç Vladimirin davası
Doğrudanmı Zelenskinin bu qələbəsi də təsadüfdür?...
-
İldırımsürətli savaş planı
Türkiyədəki azərbaycanlı politoloqdan sensasion təklif: “Ermənistan, faktiki, müttəfiqsiz qalıb...”
-
“Böyük biabırçılıqdır”
Rusiyadan Putinin “Rustavi 2” telekanalında təhqir edilməsinə reaksiya
-
Müraciətin gücü
Saakaşvilinin çağırışı gürcü polisini hərəkətləndirdi
-
“Azərbaycana verməyə hazırlaşmırıq”
Çavuşoğludan “S-400” açıqlaması ...
-
ABŞ-da məhşər günü
Tramp Putinə işləyir, ya yox?
-
Separatizmə dəstəyə yox!
Rusiya Azərbaycanla hansı sazişi imzalamaqdan çəkinir?
-
Krımın işğalı nələri dəyişdi?
Rusiyanın siyasətində separatizmə dəstəyin davam edəcəyi sübut olundu
-
“Başdan-ayağa şüar yığını”
Rusiya ekspertləri Vladimir Putinin 2019-cu il ismarıcını analiz edirlər
-
Boltonun zəngi...
Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşünümü yaxınlaşdırır?
-
Azərbaycanda Krımı Rusiya ərazisi kimi göstərən mallar satılır
Bu ilhaqa haqq qazandırmaq deməkdir
-
Azov yeni müharibəyə səbəb olacaqmı?
“Son təxribatının” arxasında dayanan güclər ...
-
“Onlarda alınmayacaq”
Putin Zaxarçenkonu öldürənləri hədələdi
-
Moskva və İrəvan ənənəvi Qarabağ kursunu dəyişəcəkmi?
Ermənistandakı siyasi böhran işğalçı ölkənin Azərbaycanla münasibətlərində və konfliktin taleyində mühüm iz qoya bilər, əgər...
Bu günlərdə Rusiyada keçirilən müstəqil rəy sorğularından biri ölkə əhalisinin az qala 70 faizinin Ukraynaya qarşı hərbi təcavüzü dəstəklədiyini ortaya çıxarmışdı. Ola bilsin total təbliğatın təsiri altında keçirilən bu rəy sorğusu da rusiyalıların mövqeyini tam obyektiv ortaya qoymur, amma hər halda danılmaz faktdır ki, onlar qonşu ölkənin ərazilərini işğal etməyə yönəlmiş müharibəyə qarşı deyillər, əks halda küçələrə çıxıb öz etirazlarını bildirməli idilər. Başqa sözlə, klassiklərin “Ruslar müharibə istəyirmi” sualına indi əminliklə “hə” cavabı vermək olar. Amma məsələ bundadır ki, ruslar məhz bu təcavüzkar müharibənin nəticəsi olaraq ölkələrində üzləşdikləri bahalıq və qıtlıqdan narazılıq edirlər.
Müharibəni istəyib onun yaratdığı nəticələrdən narazı olmaq məntiqli görünmür, amma yenə də klassiklərə müraciət etsək Rusiya ağılla, məntiqlə dərk ediləsi ölkə də deyil. Fakt isə bundan ibarətdir ki, Qərbin tətbiq etdiyi və tətbiq etməkdə olduğu total iqtisadi sanksiyaların və rublun dəyərsizləşməsinin fonunda Rusiyada total bahalaşma başlayıb. virtualaz.org xəbər verir ki, Rusiya Mərkəzi Bankının məlumatına görə, ölkə şirkətlərinin 40 faizdən çoxu yaxın üç ayda öz məhsullarını bahalaşdırmalı olacaqlar. Bu, tarixi rekorddur. Piştaxtalarda qiymətlərin kəskin artmasını isə rusiyalılar artıq neçə həftədir müşahidə edirlər. “Azadlıq” radiosunun rus xidmətinin layihəsi olan “Sibir.Reallıqlar” öz reportajında göstərir ki, Omsk, Tümen, Krasnoyarsk və Saxalin vilayətlərində insanlar kəskin artan qiymətləri görəndə dəli olmaq həddinə çatdıqlarını deyirlər.
“Son vaxtlar xəstə yatırdım, bir aydan çox idi heç yana çıxmırdım. Bütün ərzaqları ərim alırdı. Dünən isə biz nəhayət birlikdə mağazaya getdik, qiymətlərə baxdım, bağışlayın məni, sadəcə olaraq ağzım açıq qaldı. Tərəvəzlər və meyvələr elə bahalaşıb ki, adam az qalır ağlını itirsin. 350 rubldan aşağı pomidor yoxdur, nə Çin pomidoru, nə istixana pomidoru. Nisbətən yaxşısını 400 rubla satırlar. Azərbaycan pomidoru isə daha bahadır”, - Krasnoyarsk sakini İrina Levaşova deyir.
Mart ayında təzə pomidor-xiyar yeməsən də olar, bunsuz ruslar acından ölməzlər. Amma məsələ bundadır ki, kartof, soğan, kələm, yerkökü kimi gündəlik işlənən tərəvəzlər də kəskin bahalaşıb. İndi kartofun ən ucuzu 66 rubldur, yerkökü 156 rubldan aşağı deyil, ən ucuz çuğundur isə 105 rubla qalxıb. Ən ucuz kələm isə 125 rubladır. Bütün bunlar Rusiyanın özündə yetişdirilən tərəvəzdir, idxal tərəvəz isə xeyli bahadır. Krım soğanı 260 rubla, Çin sarımsağı 396 rubladır. “Bizim evin yanında mağazada göyərti dəstini-yaşıl soğan, “petruşka”, şüyüd üçünü bir yerdə 450 rubla verirlər. Elə qiymətlərdir ki, heç yaxın düşmək olmur”, - sakin bildirir.
İdxal məhsulların qiymətləri də fantastik ölçülərdə artır. Banan əvvəl Krasnioyarskda 74 rubla idi, indi 180 rubladır. Braziliya qozunun kiloqramı 1000 rubldan 1600 rubla qalxıb. Ən ucuzu Moldova qozudur ki, onu da 1200 rubla almaq olar. Təmizlənmiş balqabaq tumunun qiyməti isə 180 rubldan 770 rubla qalxıb.
“Dünən baxdım, adamlar palçıqlı, zədəli kartofun kiloqramını 66 rubldan necə alırdılar. Bir az torbaya yığıb çəkdirirlər, bir kiloqramdan çox olmamaqla, çəkəndə də diqqətlə tərəziyə baxırlar...İndi kələmi bütöv alan yoxdur, kəsdirib alırlar. Kim alacaq, bir halda ki, bütöv kələm 2-3 kiloqram gəlir, ən ucuzunun isə kiloqramı 125 rubladır? Bu borş neçəyə başa gələcək? Əvvəllər Çin kələmini yarıya kəsdirib alırdılar, indi adi kələmi də kəsdirirlər, adam buna baxıb dəli olur. Mən iki sutkadır ki, özümə gələ bilmirəm”, - sakin bildirir.
Yarmaların da qiyməti fantastik ölçüdə artıb. Ən ucuzu buğda yarması idi ki, əvvəllər kiloqramı 35-30 rubldan çox deyildi, indi isə 91 rubladır. “Üstəlik 1 kiloqramlıq qutusu yox, 900, yaxud 800 qramlığı. Yaşıl noxud aldım dünən, şorbaya atmaq üçün-800 qramı 92 rubla. Mannı yarması 15-20 rubl idi, indi olub 66 rubl. Düyü və qarabaşaq yarmasının kiloqramı 200 rublu keçib. Qəndi adambaşına 2 kiloqramdan artıq satmırlar, üstəlik kiloqramı 84 rubla. Kim daha çox almaq istəyirsə gərək daha çox ödəsin. Qatılaşdırılmış süd əvvəl 70-80 rubl idi, indi 156 rubldur. Bunlar hələ Rusiyanın özünün istehsal etdiyi məhsullardır.
Omsk mağazalarında da belə vəziyyət hökm sürür. Bu şəhərdə mağazalardan əvvəlcə şəkər tozu yoxa çıxıb, indi isə adambaşına 5 kiloqramdan çox satmırlar, qiymət isə iki dəfə artıb. Sakinlər şəkər tozunun bahalaşmasının səbəbini yaranmış ajiotajda görürlər, amma digər mallar niyə bahalaşıb, bu haqda açıq danışmaq istəmirlər. Məsələn, indi nisbətən keyfiyyətli tualet kağızının rulonu 100 rubldan bahadır, təzə pomidoru isə 690 rubla satırlar. Kələmin kiloqramı 130-150 rubldur. “Tərəvəzi də okeanın o tayından gətirirlər? 90 rubldan aşağı yumurta tapmaq olmur. Toyuq yumurtasıdır e, dəvəquşu yumurtası deyil! Xalqı nə vaxta qədər belə ələ salacaqlar? Mən bilmirəm, yuxarılar nə fikirləşir: nə vaxt xalqın səbri tükənəcək?”, - Yelena İvanovna adlı qadın deyinir.
Saxalində də hamı bahalıqdan narazılıq edir. Burada hər şeyin qiyməti qalxıb. “Mağazaya girməkdən qorxuram. Bilmirəm, hökumət 2 faizlik inflyasiyanı harada görüb, məndə tamam ayrı rəqəmlər var. Məsələn, Yeni Zelandiya kərə yağı. Mən onu həmişə kiloqramını 700 rubldan alırdım, Belarus və Rusiya kərə yağından xeyli yaxşıdır. İndi isə 1200 rubldan yuxarıdır. İndi hesablayın, inflyasiya neçə faizdir. Artıq bu yağı almağa gücüm çatmır. Satıcılar deyirlər ki, heç olmasa Belarus yağı alın, ehtiyat saxlayın. Hələlik nisbətən ucuzdur, 900 rubladır, yeni partiya isə daha baha olacaq”, - Qalina adlı pensiyaçı deyir.
Mağazalarda satıcılar da qiymətləri yeniləməyi çatdıra bilmirlər. Alıcılardan biri deyir ki, vitrində çayın qiyməti 110 rubl idi, amma kassaya yaxınlaşanda məlum oldu ki, bahalaşıb, 168 rubl olub...