Rusiya çökdürülür
Bir gün içində Rusiya səhmlər bazarı 10 faiz gerilədi, şirkət kapitalları 2 trilyon rubl aşağı düşdü
Azər RƏŞİDOĞLU, musavat.com
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
“Müasir hərbi təhdidlər nəzərə alınacaq”
Putin: “Rusiya və Belarusa qarşı hücum olacağı təqdirdə nüvə silahından istifadə etmək hüququnu özümüzdə saxlayırıq”
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Terrorçulara rus raketləri
İran Husilərə Rusiyanın “Yakhont” dəniz raketlərinin çatdırılmasında vasitəçilik edir
-
Müharibə qaçılmazdır?
Azərbaycanın hərbi gücünü artırmasının səbəbləri
-
“Məğlubedilməz şeytanı” məğlub oldu
“Satan II” havada partlayıb
-
11 saatdan çox uçub
Rusiya bombardmançıları ABŞ yaxınlığında görülüb
-
“Nüvə fəlakəti qapının astanasındayıq”
“Kubadakı raket böhranından bəri göründüyündən daha böyük risklə üz-üzəyik”
-
Pentaqon qoşun göndərdi
Arktikada ABŞ-Rusiya rəqabəti güclənir
-
Rusiyada şiddətli partlayışlar
Ukrayna nəhəng silah anbarına zərbə vurub
-
Sanksiyalara qarşı əməkdaşlıq
Pezeşkiandan Kremlə çağırış
-
Kiyev üçün ölüm-qalım dilemması
Rusiya-Ukrayna müharibəsində ölən və yaralananların sayı 1 milyona çatıb
Bu belə də olmalı idi. Rusiyanın işğalçılıq siyasəti bu ölkənin tam siyasi-iqtisadi təcridinə səbəb olmaya bilməzdi. Hazırda bu proses baş verir. Moskva «Krım avantürası» ilə özünü tələyə saldı. Artıq bunun ilkin işartıları görünməkdədir.
Krımın işğalının Rusiya üçün doğurduğu ilkin nəticələrə nəzər salaq. Cəmi bir gün içində Rusiya səhmlər bazarı 10 faiz gerilədi, Rusiya şirkətlərinin kapitalları 2 trilyon rubl aşağı düşdü. 1 ABŞ dolları bir günün içində 40 rubla çatdı, 1 avro isə 55 rubl. oldu. Proqnozlara görə, rublun öldürülməsi prosesi davam edəcək. Bir günün işğal siyasəti nəticəsində RF Mərkəz Bankı təkrar maliyyələşmə dərəcəsini 7 faizə çıxartdı. Yəni kreditlər, o cümlədən istehlak kreditləri xeyli dərəcədə bahalaşacaq. Rusiya G-8-dən qovulmaq üzrədir. Artıq Rusiya məmurlarına Qərb ölkələrinə viza almağı çətinləşəcək. Yaxın zamanlarda hətta bir çox nüfuzlu ölkələr öz səfirlərini Rusiyadan geri çağıra bilərlər.
Rusiya
Krımdakı avantürasına milyardlarla rubl vəsait ayırdı. Bu, hələ başlanğıcdır.
Rusiyanın səfalət içində olan yoxsul bölgələrinin payından qopardılaraq Krımın
işğalına sərv edilən məbləğ yaxın günlərdə daha da artacaq. Bu isə Rusiya
bölgələrinin dilənçi vəziyyətinə salınması deməkdir. İndi hamını bir sual
düşündürür - gələcəkdə rusları nələr gözləyir? Əsasən bahalaşma, gəlirlərin
azalması, rublun dollara və avroya məzənnəsinin aşağı düşməsi qaçılmazdır.
Birmənalı
şəkildə ehtimal edə bilərik ki, daha çox ərzaq və benzin bahalaşacaq. Bunun nə
demək olduğunu isə əlavə şərh etməyə ehtiyac yoxdur. Durğunluq əvəzinə böyük
iqtisadi böhran, iş yerlərinin əldən çıxması yaxın vaxtlarda Rusiyanı dağıda
bilər. Putin belə bir suala cavab verməlidir - orta statistik Rusiya vətəndaşı
Putinin Krımı işğal siyasətinə, hikkəsinə görə maaşların, təqaüdlərin, iş
yerlərinin azalmasına razılaşacaqmı?
Göründüyü
kimi, Soçi Olimpiadasına 500 milyard rubl xərcləyən Moskva artıq 3 gün ərzində
2 trilyon itirib.
Lakin
ağlını itirmiş Putin yarı yolda dayanmaq fikrində olana oxşamır. Ehtimal edə
bilərik ki, Krımın ardınca Putin Şərqi Ukraynada da eyni ssenarilərə quruluş
vermək istəyəcək. Bunun ardınca isə Kreml yeni Ukrayna hakimiyyətini dəyişmək
və Yanukoviçi tank belində hakimiyyətə qaytarmaq cəhdində bulunacaq.
Rusiyanın
Ukraynaya hərbi müdaxiləsi MDB məkanına da transfer edə bilər.
Növbəti
hədəfdə Azərbaycan, Gürcüstan, Orta Asiya ola bilər. Qərb mətbuatının «ikinci
Hitler» adlandırdığı Putin işğalçılıq siyasətini davam etdirməkdə israrlıdır.
Yalnız
Krım işğalına cəhdə görə bir günün içində milyardları göyə sovurub, rəzil
vəziyyətə düşən Rusiya daha irimiqyaslı işğalçılığa sövq olunarsa, iqtisadi
baxımdan çökə bilər.
Lakin
burada yalnız iqtisadi təzyiqlərdən söhbət getmir. NATO Rusiyanın dünyaya hökm
etmək, Putinin isə Hitlerin «rus variantına» çevrilmək cəhdlərinə seyrçi qala
bilməz. Bu baxımdan, Vaşinqton analitikləri, o cümlədən Zbiqnev Bzejinski
dərhal Ukraynanın yeni iqtidarını tanımaq çağırışları edirlər. Hətta belə
fikirlər də səslənir ki, NATO tezliklə Ukraynaya qoşun da yeridə bilər.
Burada
bir məqama diqqət yetirmək lazım gəlir.
Rusiyanın
Ukraynaya müdaxiləsi belə bir ehtimal yaradır ki, ruslar Azərbaycana da hərbi
müdaxilə edə bilərlər. Rus təhlükəsinə qarşı yeganə çıxış yolu kimi NATO
qoşunlarının Azərbaycana dəvət olunması görünür. Lakin burada NATO qoşunları
adı altında Azərbaycana hansı ölkənin hərbiçilərinin gəlişi önəm kəsb edir. Bu
baxımdan, Türkiyə qoşunlarının ölkəmizə dəvəti ən optimal yol kimi
qiymətləndirilə bilər.
Lakin
bunu realizə etmək üçün qanunverici bazaya ehtiyac var. Bu məsələdə yubanmaq
olmaz. Odur ki, qısa bir zamanda NATO (Türkiyə - red.) qoşunlarının Azərbaycana
yeridilməsinə qanunverici baza hazırlamaq lazım gəlir.
Əks
təqdirdə, rus işğalının qarşısına Azərbaycan təkbaşına çıxa bilməyəcək. Burada
bir məqama da diqqət yetirmək lazım gəlir. Rusiyanın Krımı işğalı Azərbaycan
üçün yalnız hərbi təhlükə kəsb etmir.
Görünən odur ki, ABŞ Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq edəcək. Bunun isə Azərbaycana da ciddi təsiri ola bilər. Əgər neftin kəskin ucuzlaşması baş versə, xam neftin satışı üzərində qurulan Azərbaycan iqtisadiyyatında ciddi təlatümlər yaşana bilər. Nəzərə almaq lazım gəlir ki, hazırda Azərbaycan neftinin bir bareli dünya bazarında 106-107 dollara satılır. Büdcədə isə neftin baza qiyməti 100 dollar hesablanıb. Əgər neftin qiyməti 15-20 dollar ucuzlaşarsa belə, bu, Azərbaycan iqtisadiyyatını silkələyə bilər. Bu isə o deməkdir ki, böyük büdcə kəsiri yarana bilər. Eyni zamanda bir sıra dövlət layihələri dayandırıla bilər. Bu dəfə iqtisadi böhran 2008-ci ildən də ağır bir situasiya yarada bilər. Ən azı ona görə ki, 2008-ci ildə neft hasilatı artan xətlə inkişaf edirdi və buna görə hökumət hasilatın artımı hesabına neftin ucuzlaşmasını ört-basdır etməyi bacardı. İndi isə neftin hasilatı azalmağa doğru gedir və qiymətin ucuzlaşması iqtisadiyyata öldürücü təsir göstərə bilər. Bütün bunlar iqtisadiyyatı geriləyən Azərbaycana yaxşı heç nə vəd etmir...