vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
REGİON  
14:10 | 6 aprel 2022 | Çərşənbə Məqaləyə 731 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Jirinovski öldü

Qalmaqallı deputat fevralın əvvəlindən Moskva xəstəxanasında müalicə alırdı

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin qalmaqallı açıqlamaları ilə ad çıxarmış siyasətçi Vladimir Jirinovskinin 75 yaşında vəfat etdiyini deyir. O, ultramillətçi Rusiya Liberal Demokratik Partiyasının (LDPR) lideri idi.

Volodin Jirinovskinin uzun çəkən ağır xəstəlikdən öldüyünü təsdiqləyib.

Siyasətçi fevralın əvvəlindən Moskva xəstəxanasında müalicə alırdı. Onda COVID-19 və pnevmoniya aşkarlanmışdı. LDPR də Jirinovskinin ölümünü təsdiqləyib.

Qazaxıstanda doğulmuş Jirinovski millətçi, qəribə ritorikası ilə tanınırdı. Məsələn, o, dekabrın sonunda dövlət televiziyasında təklif eləmişdi ki, Rusiya ordusu Yeni ildə Ukraynanı bombalasın.

Yaxud 1990-cı illərdə 2-ci Çeçen müharibəsi vaxtı Çeçenistanda nüvə silahından istifadəni təbliğ edirdi.

Jirinovski Alyaskanı ABŞ-dan güclə geri almağa, keçmiş sovet ölkələri üzərində Moskvanın nəzarətini bərpa etməyə, Qazaxıstanı Rusiyaya birləşdirməyə çağırırdı.

Ötən ilin avqustunda Jirinovski Rusiyanın Qafqaza müharibə ilə getmədiyini, bunu ermənilərin xahiş etdiyini demişdi. O, Azərbaycan Prezidenti İlham Əliyevə müraciətlə demişdi ki, “onda orda diktaturadır, orda müxalif qüvvələri doludur, əgər Bayden istəsə onu iki həftəyə devirərlər. Paşinyanı xilas etdiyimiz kimi onu da yalnız biz xilas edə bilərik...”. XİN Azərbaycan rəhbərliyi barədə bu “qərəzli, təhqiramiz fikirlər”lə bağlı Rusiyanın Azərbaycandakı müvəqqəti işlər vəkilinə nota vermiş, “ciddi narahatlıq, etiraz” bildirmişdi.