Körfəz ölkələrində siyasi böhran
Səudiyyə Ərəbistanı, Bəhreyn və Birləşmiş Ərəb Əmirliklər Qətərdən səfirliklərini geri çağırdı
KƏNAN
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Varlı olsa da mühüm problemi həll edə bilmir
Dünyanın ən zəngin ölkələrindən birində xalq elektrik enerjisinin kəsilməsindən bezib
-
“Bütün səyləri baltalayır”
Yəmən Silahlı Qüvvələrinin generalı ABŞ-ın Husilərin raket sistemini vurmasından narazı qalıb
-
“Qətiyyət paytaxtı olaraq qalacaq”
Əl-Alimi Husilərin mühasirəsində olan Taizə gedib
-
Mişel Qətərdə nə axtarır?
AB Körfəz ölkələri ilə münasibətləri yaxşılaşdırır
-
Bayden düşmədən qərarı qüvvədən düşdü
ABŞ Səudiyyə Ərəbistanına 2,8 milyard dollarlıq hərbi satışa razılıq verib
-
Şahzadə Salmandan inqilabı yenilik
Səudiyyə Ərəbistanında ilk dəfə çimərlik geyimi nümayişi keçirilib
-
İranda timsah həyəcanı
Sel nəticəsində 8 nəfərin ölümü təsdiqlənib
-
26 pozuntu “aysberqin görünən hissəsidir”
Dünya Çempionatı zamanı Qətərdə miqrant işçilərə qarşı zorakılıq davam edir
-
Kök salmış ideoloji “alaq”lar
Onlar üçün azərkeşlərin coşdurduğu tribunalar, həsrətlə gözlədikləri böyük futbol önəmli deyil
-
Dünyanın gözü zillənən zirvə
ABŞ Çinin sərhədlərinə yaxınlaşarkən, Pekin Vaşinqtonun oylağında at oynadır
-
Bin Salmanın barədə açılan iddia rədd edildi
Şahzadənin toxunlmazlığına görə Qaşıqçının ölümündəki şübhəli şəxslər barədə cinayət işinə işə xitam verilib
-
ABŞ-ın yaratdığı boşluq Çini cəlb edir
Si Tsinpin Səudiyyə Ərəbistanına tarixi səfəri ilə Qərbə meydan oxuyur?
-
Argentinada futbol qadağası
Kimlərə matça getmək yasaqlandı?
-
Qətərdə panika
Azarkeşlərin yerləşdiyi ərazidə yanğın baş verdi
-
Ər-Riyad sözünü tutmur
Səudiyyə Ərəbistanında 12 nəfər edam edilib
-
Qətərə hücum gözlənilir
“İrana təzyiq artdıqca, daha da aqressivləşir”
Səudiyyə Ərəbistanı, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri Qətərdəki səfirliklərini geri çağırıb. «Əl-Cəzirə» telekanalının məlumatına görə, bu barədə hər 3 ölkənin ortaq bəyanatında məlumat verilir. Körfəz ölkələri bu qərara səbəb kimi, Qətərin Körfəz Ölkələri Əməkdaşlıq Şurasının (KƏŞ) prinsiplərinə zidd fəaliyyət göstərdiyini qeyd ediblər. (musavat.com)
Birgə bəyanatda KƏŞ üzvlərini bir-birinə bağlayan prinsiplərin olduğu və əməkdaşlığı inkişaf etdirmək üçün səy göstərildiyi, ancaq Qətərin həmin prinsiplərə imza atmasına baxmayaraq, bu öhdəliklərə reallıqda riayət etmədiyi vurğulanır. Eyni zamanda 2013-cü il noyabrın 23-də qurumun ər-Riyadda qəbul etdiyi qərarların üzərindən 3 aydan artıq vaxt keçməsinə baxmayaraq, hələ də icra olunmadığı bəyan edilib. Hər üç ölkə Qətərə siyasətini tez bir zamanda yenidən gözdən keçirmək barədə çağırış edib.
Qeyd edək ki, Qətər və Səudiyyə
Ərəbistanı bir sıra məsələlərdə bir-birinə zidd siyasi xətt yürüdür. Xüsusən də
ötən il Misirdə baş verən hərbi çevrilişi Səudiyyə Ərəbistanı və BƏƏ dəstəkləsə
də, Qətər bunun əksinə olaraq, axıra qədər «Müsəlman Qardaşları» hökumətini
dəstəkləyib, Mursinin devrilməsini hərbi çevriliş adlandırıb. Qətər
hakimiyyətinin «Müsəlman Qardaşları» hərəkatına xüsusi bağlılığının olduğu sirr
deyil. Bundan başqa, ötən ilin yayında Qətərdə baş verən hakimiyyət
dəyişikliyindən sonra bu kiçik Körfəz ölkəsinin xarici siyasətində ciddi
dəyişiklik qeydə alınmağa başlayıb. Qeyd edək ki, 1995-ci ildə atasını
devirərək, hakimiyyətə gələn Şeyx Hamid bin Xəlifə əs-Saninin hakimiyyəti
dövründə Qətər xeyli dərəcədə fəal xarici siyasət yürüdüb. Regional
problemlərin, münaqişələrin həllində vasitəçi kimi çıxış edib. Eyni zamanda «əl-Cəzirə»
telekanalı vasitəsilə dünyada ərəb dilində nəhəng informasiya şəbəkəsi yaradıb.
Ancaq ötən il qəflətən Xəlifə Sani postunu 33 yaşlı oğlu Təmim bin Hamid
əs-Saniyə təhvil verdi.
BDU-nun dosenti, tarixçi-alim Aida
Bağırovanın fikrincə, bu vəziyyətin yaranması ərəblər arasındakı ziddiyyətlərin
bir xəttidir. Ekspertin qənaətinə görə, Qətər və Səudiyyə Ərəbsitanı arasında
bölgədəki problemlərə yanaşmada fərqlər özünü göstərir: «Ərəblərin, Körfəz
dövlətlərinin region ölkələrindəki problemlərin çözülməsində müxtəlif
yanaşmaları var. Körfəz Ərəb Ölkələri Əməkdaşlıq Təşkilatı 1981-ci ildə
yaradılıb. Burada Səudiyyə Ərəbistanı hegemonluq edib. Son illərdə bir sıra
ölkələr onun hegemonluğunu qəbul etmirdi. Küveyt, Oman hakimiyyətlərinin
Səudiyyənin ifrat hegemonluğuna qarşı çıxışları olub. İndi isə Qətər və
Səudiyyə Ərəbistanı arasında ziddiyyətlər meydana çıxıb. Misirdə hakimiyyət
dəyişib, «ixvan» hakimiyyətə gələndə Qətər onlara yardım edirdi. Amma düşünürəm
ki, Qətər öz gücünü və imkanlarını nümayiş etdirməyə çalışır».
A.Bağırova deyir ki, bu ziddiyyətlər bu
günün məhsulu deyil. Onun fikrincə, xüsusən də son illərdə Qətərin
nəzərəçarpacaq aktiv diplomatiya aparması Səudiyyə Ərəbistanı hakimiyyətini
narahat edir: «Bir neçə il əvvəl Qətər kiçik ölkə olmasına baxmayaraq, regionda
aparıcı vasitəçi dövlət kimi ad çıxarmışdı. Hətta Afrika qitəsində müəyyən
ziddiyyətli məsələlərdə Qətər vasitəçilik edirdi. Bu məsələdə ölkənin özünün sabit
olması mühüm faktordur. Qətər son dövrlərdə ərəb ölkələri arasında ən stabil
ölkə idi. Son illərdə bu ölkədə stabil hakimiyyət və iqtisadi inkişaf qeydə
alındı. Bu isə Qətərə irəli çıxmaq imkanı yaratdı. Səudiyyə Ərəbistanının
problemləri Qətərdən çox idi. Həm daxili, həm də xarici və regional
müstəvidə... Qətər ilk region dövlətlərindəndir ki, İsraillə münasibətləri
mövcuddur. İsraillə iqtisadi və enerji, siyasi əlaqələri vardı. Amma Qətər
hakimiyyəti siyasi əlaqələri qabartmasa da, ərəb-İsrail müzakirələrində Qətər vasitəçi
kimi iştirak edirdi».
A.Bağırova deyir ki, bu gün Qətər öz strukturuna, daxili və xarici siyasətinə görə Səudiyyə Ərəbistanından daha müasir ölkə kimi görünür. «Ərəb baharı» hadisələri baş verəndə hər iki ölkənin bu proseslə bağlı fərqli mövqedən çıxış etdiyini xatırladan ekspert Qətərin özünün müstəqil siyasi xətt yürütdüyünü qeyd etdi. Onun fikrincə, bu vəziyyətə Səudiyyə Ərəbistanı qısqanclıqla yanaşır, eyni zamanda Qətərin nüfuzunun artmasından narahatdır. Bu isə Körfəz Ölkələri Əməkdaşlıq Şurası daxilində belə fərqlər kimi özünü büruzə verir.
A.Bağıova münasibətlərin pisləşməsinə İrana faktorunun təsirini də istisna etmir: «Qərbin İranla yumşalma siyasəti bu və ya digər formada müttəfiqlərinə də təsir edəcək. Bir yerdə hərəkət edəcək və ya ən azından fəaliyyətlərini uzlaşdıracaqlar. Qərbin münasibəti mülayimləşdikdən sonra Səudiyyə Ərəbistanı İrana qarşı sərt çıxmayacaq. Amma bu yumşalma Səudiyyə Ərəbistanındakı rejimi daxildən zəiflədə bilər».