vaxtlı-vaxtında oxuyun! Şənbə, 5 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
DƏB  
09:17 | 20 may 2024 | Bazar ertəsi Məqaləyə 3597 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Şahzadə Salmandan inqilabı yenilik

Səudiyyə Ərəbistanında ilk dəfə çimərlik geyimi nümayişi keçirilib

XALİDƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

Səudiyyə Ərəbistanı ölkə tarixində sürətli dəyişikliklərinə bir yenisini əlavə edib. Ölkədə bir çox qaydalar və anlayışlar vəliəhd şahzadə Salmanın de-fakto hakimiyyəti altında dəyişsə də, ən son yenilik “çimərlik geyimləri nümayişi” oldu. Dünən axşam ölkə tarixində ilk dəfə təşkil edilən podium barədə danışan dizayner Qənzal “Ərəb dünyasını təmsil edən çimərlik geyimi sərgisi təşkil etməyə çalışdıq”, – deyib.

Mərakeşli dizayner Yasmina Qənzalın əl işlərinin nümayiş olunduğu hovuz kənarında təşkil edilən moda nümayişində daha çox qırmızı və mavi tonlarda geyimlər nümayiş etdirilsə də, əksər modellərin çiyinlərinin açıq olması, bəzilərinin göbəklərinin qismən görünməsi diqqət çəkib.

“Düzdür, bu ölkə çox mühafizəkardır, lakin biz ərəb dünyasını təmsil edən zərif çimərlik geyimlərini nümayiş etdirməyə çalışdıq. Bura gələndə Səudiyyə Ərəbistanında çimərlik geyimi nümayişinin tarixi bir an olduğunu anladıq”, – Qənzal Frans-Press Agentliyinə bildirib.

Qənzal əlavə edib ki, bu tədbirdə iştirak etmək “qürurvericidir”.

Moda nümayişi Səudiyyə Ərəbistanının qərb sahilindəki “St Regis Red Sea Resort”da keçirilən “Qırmızı Dəniz Moda Həftəsi”nin ikinci günündə baş tutub.

Moda nümayişləri vəliəhd şahzadə Məhəmməd bin Salmanın rəhbərlik etdiyi “Səudiyyə Ərəbistanının Vision 2030” Sosial və İqtisadi İslahat Proqramının mərkəzində yer alan və “nəhəng layihələr” adlandırılan “Qırmızı Dəniz Qlobalı”nın bir hissəsidir.

Nümayişə qatılan suriyalı modelyer Şouq Məhəmməd Səudiyyə Ərəbistanının dünyaya açılmaq, moda və turizm sektorlarını inkişaf etdirmək səylərini nəzərə alsaq, bunun təəccüblü olmadığını söyləyib.

Moda nümayişinə qatılan fransalı məşhur modelyer Raphael Simacourbe tədbirin Səudiyyə Ərəbistanı kontekstində böyük uğur olduğunu bildirib. “Bu gün bu tədbiri təşkil etmək onlar üçün çox cəsarətli addımdır. Ona görə də mən hadisədə iştirak etdiyim üçün çox xoşbəxtəm”, – deyib.