vaxtlı-vaxtında oxuyun! Bazar, 11 may 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
DÜNYA  
Ər-Riyad sözünü tutmur 19:27 | 25 noyabr 2022 | Cümə Məqaləyə 823 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ər-Riyad sözünü tutmur

Səudiyyə Ərəbistanında 12 nəfər edam edilib

MÖVZU İLƏ ƏLAQƏLİ

Dünyanın gözü Qətərdə keçirilən 2022 Dünya Çempionatına çevrildiyi bir vaxtda Səudiyyə Ərəbistanında 12 nəfərin edam edildiyi məlum olub.

Son iki həftədə 12 nəfər narkotikə görə ölüm cəzasına məhkum edilib.

“Reprieve” insan haqları təşkilatı Səudiyyə rəhbərliyinin dünyanın Qətərdə keçiriləcək 2022-ci il Dünya Çempionatına diqqət mərkəzində olmasından istifadə edərək edamları həyata keçirdiyini bildirib.

Xatırladaq ki, Ər-Riyad ötən il zorakılıq olmayan cinayətlərə görə ölüm hökmü tətbiq edilməyəcəyinə söz vermişdi. Amma buna baxmayaraq, 2022-ci ildə ölkədə gizli edam edilənlərin sayı əvvəlki illərlə müqayisədə xeyli çoxdur. Mart ayında Səudiyyə Ərəbistanı bir gündə 81 nəfərin edam edilməsi beynəlxalq ictimaiyyətinin etirazlarına səbəb olmuşdu.