vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
BÖHRAN  
18:53 | 6 mart 2014 | Cümə axşamı Məqaləyə 1636 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«100 mini borclara verdik»

Özünü yandıran Qarabağ qazisinin atası danışdı

MÖVZU İLƏ ƏLAQƏLİ

İntihar etmiş Qarabağ müharibəsi əlili Zaur Həsənovun atası Həsən Həsənov martın 6-da «Media forum» saytına danışıb.

Həsən Həsənov oğlunun intiharı ilə bağlı araşdırmanın gedişindən xəbərsiz olduğunu deyib: «İfadə vermək üçün heç yerə dəvət almamışam. Yalnız xeyli müddət əvvəl prokurorluğa dəvət edəcəklərini bildirmişdilər».

Beş uşaq atası olan 42 yaşlı Zaur Həsənov ötən il dekabrın 25-də Bakıda, Həmkarlar İttifaqları Konfederasiyasının binası önündə üstünə benzin tökərək özünü yandırıb. O, 1995-ci ildən bəri paytaxtın Bibiheybət qəsəbəsində işlətdiyi kafenin Həmkarlar İttifaqları Konfederasiyasının iddiası ilə sökülməsinə etiraz edib. Məsələ böyük rezonans doğurduğundan ölkə prezidenti işə qarışıb və dekabrın 27-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Zaur Həsənovun ailəsinə ayda 1500 manat yardım vermək qərarı çıxarıb. Sökülmüş obyektinə görə isə Zaur Həsənova 100 min manat ödənilib. Zaur Həsənov dekabrın 28-də xəstəxanada dünyasını dəyişib.

Martın 6-da «Media forum» saytına danışan Həsən Həsənov bildirib ki, hadisədən sonra bir neçə dəfə Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri, deputat Səttar Mehbalıyevin qəbulunda olub: «Onunla söhbətlərimdən belə başa düşürəm ki, Zaurun vaxtilə işlətdiyi obyekt bizə verilməyəcək. Evdə nəvələrim isə hər gün mənə deyir ki, niyə atamın obyektini qaytarmırlar. Obyekt verilməyəcəksə, nəvələrim nə ilə dolansın? Hamı elə bilir ki, bizə pul verildisə, demək, hər şey yaxşıdır. Ancaq belə deyil. Sökülmüş obyektə görə verilən 100 min manatı borclara ödədik. Çünki xeyli borcumuz vardı. Hazırda hər ay 1200 manat yardım alırıq. Böyük nəvəmin 18 yaşı tamam olduğu üçün ona yardım verilmir».