Ohanyan girovu qətldə günahlandırdı
17 yaşlı erməninin ölümünü Dilqəm Əsgərovun üstün atmaq istəyirlər
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Separatçılar üçün “soyuq düş”
Yaxud diplomatik cəbhədə “əsəb müharibəsi”
-
Diplomat yalan danışırsa ...
Bu millətdə normal insan olmayacaq?
-
Öz xoşlarıyla çıxmayacaqlar
Humanitar yardım adıyla silah daşınır
-
Oskanyan dövrəyə girdi
Ermənilər Xankəndidə Azərbaycana qarşı yeni təxribat hazırlığına başladılar
-
Rusiya çıxmaq istəmir
Fransa isə qoşun yeritmək fikrində
-
“The Game is Over!”
Ən azı bitmək üzrədir...
-
Fransanın zibillədiyi yol ...
Azərbaycan artıq Rusiya ilə də hesablaşmaq istəmir
-
Blinkenin Bakıya zəngi...
... Və Ağdamdan Xankəndiyə qaz kəməri qərarı
-
Orduya tapşırıq verildi
Azərbaycan Xankəndi yolunu bağlayır ...
-
Təxribatdan əvvəlki təbliğat
Putinin ehtimal olunan səfəri fonunda Ermənistanın başı qaşınır
-
Xankəndi şeytan yuvası olmayacaq!
Ermənilərə gələn silah karvanının sahiblərinə ...
-
Əliyev Kremllə razılaşmır
Azərbaycan Rusiyanın oyununu pozur
-
... Ermənilərin taleyi necə olacaq?
Azərbaycan Qarabağda vəziyyəti tamamilə dəyişməyə hazırlaşır ...
-
Paşinyan “qaşınır”
Erməni baş nazir müharibə istəyir?
-
Ermənistan çox tələsir
İldırım sürətlilə üstünlük əldə etmək cəhdləri
-
Paşinyan özünü ağıllı sayır ...
Qarabağda demilitarizasiya zonası ideyasını ancaq axmaqlar düşünə bilər
Ermənistanın müdafiə naziri Seyran Ohanyan Kəlbəcərdə girov götürülən Azərbaycan vətəndaşı, əslən bu rayondan olan məcburi köçkün Dilqəm Əsgərovub 17 yaşlı ermənini «xüsusi qəddarlıqla qətlə yetirməkdə» ittiham edib. Virtualaz.org saytı xəbər verir ki, Ohanyan «Azadlıq» radiosunun erməni xidmətinə müsahibəsində «ilkin versiyaya görə» 17 yaşlı Smbat Tsakanyanın «tutulan ikinci diversant» tərəfindən öldürüldüyünü deyib.
Kəlbəcərdə qanunsuz yaşayan erməni iyulun 4-də itkin düşüb, onun cəsədini iyulun 16-da Kəlbəcər kəndlərinin birində, azərbaycanlıların qəbiristanlığında tapıblar.
Erməni tərəfi iddia edir ki, S.Tsakanyanın bədənində çoxsaylı güllə yerləri və digər xəsarət izləri olub. Onun cəsədi 5-6 gün günün altında qaldığı üçün iylənib və ermənini bağlı tabutda basdırıblar.
Ohanyan Tsakanyanın «xüsusi qəddarlıqla öldürüldüyünə» dair sualdan yayınıb. Bildirib ki, bu barədə «hüquq-mühafizə orqanlarından» soruşmaq lazımdır.
Ermənistanın müdafiə naziri «azərbaycanlı diversantların» Kəlbəcərdən keçərək uzun müddət Ermənistan ərazisində qaldıqları, Vardenisdə evləri gəzdikləri barədə şayiələrə də münasibət bildirib.
«Bizdə belə informasiya yoxdur. Şübhəsiz ki, Kəlbəcərə keçən qrup müxtəlif istiqamətlərdə hərəkət edib... Onlar ərazilərdə irəliləyiblər. Ancaq Vardenisdə evlərə giriblərmi - bunu istintaq aydınlaşdıracaq. İllərlə belə məlumatlar yayılırdı ki, təmas xəttinin bu hissəsini qruplar keçir. Və Allaha şükür ki, bu dəfə dəqiq fəaliyyət nəticəsində onların hamısı yaxalandı» - deyə Ohanyan danışıb.
Ohanyanın sözlərinə görə, 3-4 gün ərzində Kəlbəcəri tam axtarmaq və qrupun üzvlərinin hamısını tutmaq ciddi nailiyyətdir.
Ermənistan müdafiə naziri erməni cəmiyyətində Kəlbəcərdə tutulan azərbaycanlıların diversant olmadığına dair fikirlərdən narazılıq edib.
Onun sözlərinə görə, əgər başqa cəmiyyətdə belələrini diversant kimi təqdim etsəydilər, cəmiyyət onları elə belə də qəbul edərdi: «Ancaq bizdə ictimaiyyət, həmçinin bizim keçmiş döyüş yoldaşlarımız deyirlər ki, onlar diversant deyil. Bu, bizim ictimaiyyətə nə verəcək? Bu diversantları aşkar edən, zərərsizləşdirən əsgərlərə nə verəcək? Biz bu əsgərlərə dəstək vermək istəyirik, yoxsa onları məyus etmək?»
«Qraparak» qəzeti isə «qapalı mənbələrə» istinadən yazır ki, Kəlbəcərdə tutulan azərbaycanlı «diversantların» üzərində qızıl və avro olub.
«Çox güman ki, onlar qızılı və pulu rüşvət vermək üçün saxlayırmış. Belə məlumat da var ki, diversantların birində 2007-ci ildə Stepanakertdə (Xankəndi - red.) alınmış erməni pasportu da olub» - deyə qəzet yazır.
Qondarma «Dağlıq Qarabağ müdafiə naziri» Movses Akopyan isə bu şayiələri təkzib edib.