

Yaxud diplomatik cəbhədə “əsəb müharibəsi”
Bu millətdə normal insan olmayacaq?
Ermənilər Xankəndidə Azərbaycana qarşı yeni təxribat hazırlığına başladılar
Fransa isə qoşun yeritmək fikrində
Ən azı bitmək üzrədir...
Azərbaycan artıq Rusiya ilə də hesablaşmaq istəmir
... Və Ağdamdan Xankəndiyə qaz kəməri qərarı
Azərbaycan Xankəndi yolunu bağlayır ...
Putinin ehtimal olunan səfəri fonunda Ermənistanın başı qaşınır
Ermənilərə gələn silah karvanının sahiblərinə ...
Azərbaycan Rusiyanın oyununu pozur
Azərbaycan Qarabağda vəziyyəti tamamilə dəyişməyə hazırlaşır ...
Erməni baş nazir müharibə istəyir?
İldırım sürətlilə üstünlük əldə etmək cəhdləri
Qarabağda demilitarizasiya zonası ideyasını ancaq axmaqlar düşünə bilər
10 Noyabr Bəyanatı: İcra edilməyən üç bənd
Qarabağda separatçı rejimə “humanitar yardım” adı ilə silah daşınması faktı bəllidir. DTX rəsmisinin açıqlaması prosesin davam etdiyini yenidən gündəmə gətirdi.
Hazırda baş verənlər isə prosesin daha da təhlükəli miqyas aldığını göstərir:
– Erməni qoşunların qalıqlarının çıxarılması öhdəliyi icra edilmir və belə görünür ki, xoşluqla icra edilməyəcək də;
– Separatçı-terrorçular davamlı təxribatlar törədir;
– Vardanyan kartı işə düşəndən sonra qondarma “statusdan” daha çox danışmağa başlayıblar;
– Bölgəyə müvəqqəti nəzarət edən Rusiya sülhməramlıları bütün bunlara nəinki şərait yaradır, hətta təşkilatçısı rolunda çıxış edir: hərbi yükləri Laçın dəhlizindən keçirir, separatçı-terrorçuların postlar qurmasına şərait yaradır, erməni əhalisinin Bakıya inteqrasiyasının qarşısını bütün yollarla alır.
Zamanın uzanması Azərbaycanın ziyanınadır, çünki geosiyasi şərtlərin dəyişməsi regiondakı proseslərə də təsir edə bilər və bu vəziyyət Bakının müəyyən addımlar atması zərurətini artırır:
– Separatçıların qurduğu hərbi postlarının ləğv edilməsi;
– Qeyri-siyasi və qeyri-hərbi müstəvidə separatçı-terrorçu rejimi erməni əhalisi arasında çətinə sala biləcək addımlar;
– Laçın dəhlizinin qeyri-humanitar məqsədlər üçün istifadə edildiyi faktının aktuallaşdırılması, Moskva qarşısında bu tələblərin qaldırılması və s. .
İndiyə qədərki proseslər diplomatiyanın praktiki nəticələrə gətirib çıxarmadığına nümunədir.