Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
17:48 | 24 noyabr 2022 | Cümə axşamı
Məqaləyə 1420 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Rusiya əhalisinin azalması sürətlənib. Rusiya Statistika İdarəsinin (Rosstat) məlumatına görə, yanvar-avqust aylarında uşaq doğuşunun sayı 6 faiz azalaraq 872,4 minə düşüb. Nisbi doğum səviyyəsi – hər 100 min nəfərə 9 uşaq – 2000-ci ildən bəri ən aşağı göstərici olub.
Demoqraflar əmindirlər ki, belə davam etsə, gələnilki statistika 1990-cı illərin sonundakı postsovet iqtisadi xaosundan sonrakı doğum səviyyəsinə düşəcək. Keçən il 1,3 milyon doğulan uşaqların sayı bu il 1,2 milyona, 2024-cü ildə isə 1 milyona düşəcək ki, bu da ölkənin müasir tarixində (İkinci Dünya Müharibəsindən bəri) mütləq minimum olacaq. Doğum nisbətinə əsas zərbə dolayı yolla olacaq, çünki əksər ailələrin planlaşdırma üfüqü məhv edilib. Son 2,5 ildə Rusiya, əhalinin təbii azalması nəticəsində 2 milyondan çox əhalisini itirib. Pandemiyanın pik nöqtələrindən sonra ölüm nisbəti azalmağa başlasa da, 2022-ci ilin yanvar-avqust aylarında azalma daha 424,9 min nəfər olub. Demoqrafik uçurumları dolduran miqrant axını isə yerini əhalinin xaricə axınına verib.
Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Məsələlər Departamenti daha qaranlıq mənzərəni proqnozlaşdırır. Yaxın üç onillikdə Rusiyanın məhv olmasının sürəti gündə demək olar ki, 1000 nəfərə çatacaq və Rusiya əhalisinin sayına görə dünyanın ilk 10 ölkəsini tərk edəcək. BMT-nin hesablamalarına görə, indi 145 milyon nəfər olan Rusiya Federasiyasının əhalisi 2050-ci ilə qədər 133 milyona - 1970-ci illərin əvvəllərindəki RSFSR-in (130 milyon) və ya 1897-ci ildə bütün Rusiya İmperiyasının səviyyəsinə (129 milyon) qədər azalacaq.