vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
QARABAĞ  
08:36 | 20 noyabr 2022 | Bazar Məqaləyə 1254 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“The Game is Over!”

Ən azı bitmək üzrədir...

MÖVZU İLƏ ƏLAQƏLİ

1992-1993-cü illərdə Azərbaycanın BMT-dəki Daimi nümayəndəsi olmuş Həsən Həsənovun BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 məşhur qətnamənin tarixinə işıq salan “Top gurultuları altında diplomatiya" kitabının Azərbaycan nəşri hazırlanır. Kitabda tez-tez çox “maraqlı” siyasi bəyanatlara rast gəlmək olur. Məsələn, ermənilərin Laçını işğal etmələrindən bir neçə gün sonra Rusiya XİN-nin verdiyi aşağıdakı bəyanat kimi:

“22 may 1992-ci il. Moskva. Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi Dağlıq Qarabağla sərhəddə yerləşən Laçın şəhəri ətrafında və Naxçıvanda yeni insan tələfatına, döyüş əməliyyatlarının genişlənməsinə gətirib çıxaran, bütün bölgədə əlavə gərginliyə səbəb olan son hadisələrlə bağlı dərin təəssüfünü və ciddi narahatlığını bildirir. Heç bir təsadüfi vəziyyət bir dövlətə digərinin ərazisini zəbt etmək hüququ vermir. Heç kim Rusiyanın bu cür qanunsuz hərəkətlərə dəstək verəcəyinə ümid edə bilməz...”

Dağlıq Qarabağ kimə məxsusdur? Laçın şəhəri, yaxud Naxçıvan haradadır? İşğalçılıq əməllərini törədən kimdir?  Ünvansız bəyanatda bütün bunlar barədə heç nə deyilmir. Şimal qonşumuz 30 il ərzində bizimlə belə mübhəmlik, qeyri-müəyyənlik oyununu oynadı.

Amma Vardanyan adlı bir pivə çəlləyini çox aydın "proqramla" üstümüzə dığırlada bilirlər.

Bir məsələ var ki, “The Game is Over!” – Oyun bitib!

Ən azı bitmək üzrədir...