

Yaxud diplomatik cəbhədə “əsəb müharibəsi”
Bu millətdə normal insan olmayacaq?
Humanitar yardım adıyla silah daşınır
Ermənilər Xankəndidə Azərbaycana qarşı yeni təxribat hazırlığına başladılar
Fransa isə qoşun yeritmək fikrində
Ən azı bitmək üzrədir...
Azərbaycan artıq Rusiya ilə də hesablaşmaq istəmir
... Və Ağdamdan Xankəndiyə qaz kəməri qərarı
Azərbaycan Xankəndi yolunu bağlayır ...
Putinin ehtimal olunan səfəri fonunda Ermənistanın başı qaşınır
Ermənilərə gələn silah karvanının sahiblərinə ...
Azərbaycan Rusiyanın oyununu pozur
Azərbaycan Qarabağda vəziyyəti tamamilə dəyişməyə hazırlaşır ...
Erməni baş nazir müharibə istəyir?
İldırım sürətlilə üstünlük əldə etmək cəhdləri
10 Noyabr Bəyanatı: İcra edilməyən üç bənd
Üçtərəfli Bəyanat ilə Ermənistan üzərinə öhdəliklər götürüb. Müvafiq dövlətlər ya İrəvanı vadar etməlidirlər, ya da rəsmi Bakı özü bildiyi kimi hərəkət edəcək.
Bu arada, məlum olub ki, Paşinyan nəinki Ermənistan-Azərbaycan sərhədində, eyni zamanda Qarabağ ətrafında demilitarizasiya zonası yaratmağı təklif edir.
1. Azərbaycan – Ermənistan sərhədində heç bir demilitarizasiya zonası yaradılmayacaq. Ordumuz olduqları yerdə qalacaqlar. Paşinyan belə hiylə ilə özünü aldatsın.
2. Qarabağda demilitarizasiya zonası yaratmaq təklifi o deməkdir ki, Ermənistan Xankəndi və ətraf şəhərlərdən erməni hərbi birləşmələri çıxartmaq istəmir.
Paşinyanın fikrincə Qarabağın dağlıq hissəsində yerləşən silahlılar Ermənistan ordusunun üzvləri deyil. O, bunu Praqada bildirib. Burada da, Nikolun işbazlıqla məşğul olduğunu görürük. Xankəndidəki erməni silahlılarını bölgədə yaşayan ermənilərin Azərbaycan tərəfindən soyqırıma məruz qalmaması üçün vacib hesab edən və onları “özünümüdafiə ordusu” adlandıran Ermənistan yeni müharibəni tezləşdirir. Yaxşı olar ki, Paşinyan və Vaşinqtonda, Brüsseldə, Praqada, Soçidə iştirak edən vasitəçilər açıb Üçtərəfli Bəyanatda “erməni hərbi birləşmələri” və ya Ermənistan hərbi birləşmələri yazıldığına diqqətlə baxsınlar.
Son addımlar Azərbaycanı radikal addımlar atmağa sövq edə bilər! Görünən odur ki, 4 dövlətdən müəyyən siyasi, mənəvi və hərbi dəstəyi alacağına ümid edən Nikol danışıqlar prosesində sözünü tutmayan gədə statusunu möhkəmləndirmək istəyir. Elə isə, saqqalından yapışacaq erməni vətəndaşlarını gözləsin.