
9 may gəldi...
Biz faşizmlə 35 il döyüşdük
Biz faşizmlə 35 il döyüşdük
Tofiq Zülfüqarov: “Moskvaya düşmən olmaq təhlükəlidir, dost olmaq isə ölümcül”
Mayın 9-da Həzi Aslanovun heykəlinə çələng qoymaq Moskvada olmaqdan daha əhəmiyyətlidir
... Yaxud ermənilərin fantaziyası, rusların populistliyi
Strateji tərəfdaş anlayışı tam mənasızlaşır
Azərbaycan 1000 illik türk hakimiyyətinin varisidir
Baş nazirin müavini Suriyada rəsmi səfərdədir
Tel-Əviv münasibətləri düzəltmək üçün Bakıya imkan verməlidir
Azərbaycan geosiyasi sərhədlərin harada başlayıb, harada bitəcəyini bilir
Təkcə torpaq deyil yaddaş, xatirələr, uşaq gülüşləri, şəhid səslərin işğal olunmuşdu
Ən yaxşı halda, mövcud strategiya içində müəyyən taktiki dəyişiklik yarada bilər
Bakı, Ankara və London üzərlərinə düşəni etməyə çalışır
İlham Əliyev mesajında bölgədə faydalı əməkdaşlığın nələrdən asılı olduğunu xatırlatdı
Güclü jest olsa da birliyə işarə edən addım deyil
... Yaxud Məsud Pezeşkianın Azərbaycana səfəri ilə bağlı tezislər
Türk əsilli siyasətçinin İran prezidenti olmasının faydaları
Ermənistan və Rusiya sülhməramlılarının nəzarəti altında olan Azərbaycan ərazilərindəki qanunsuz erməni dəstələri son günlər Azərbaycan ordusunun mövqelərini atəşə tutur. Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, noyabrın 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca kəndindən Ordumuzun Kəlbəcər rayonunun Bəzirxana yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Bundan başqa, noyabrın 11-i saat 01:45-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri atəşə tutulub.
Ermənistan informasiya təxribatları da həyata keçirir. Bir neçə gün əvvəl Ermənistan ordusunun hərbi qulluqçusunun guya Azərbaycan ordusunun atəşi nəticəsində yaralanması barədə saxta məlumat yayılıb. Müdafiə Nazirliyi dərhal məlumatı təkzib edib. Ermənistan adətən öz təxribatlarından əvvəl belə təbliğat aparır.
Sərhədlərində Avropa İttifaqının (Aİ) müşahidəçiləri olan Ermənistanın Baş naziri Nikol Paşinyan üçtərəfli Soçi Bəyannaməsinin güc tətbiq etməkdən və ya güc tətbiq etmək hədəsindən çəkinmək prinsipini pozur. Üstəlik onu da qeyd edək ki, bu təxribatlar Rusiya Prezidenti Vladimir Putinin KTMT sammitində iştirak etmək üçün Ermənistana ehtimal olunan səfəri fonunda edilir. Bir neçə gün əvvəl Putin və Paşinyan KTMT sammitinə hazırlıq üçün telefon danışığı aparıb.
Putinin səfərindən cəsarətlənən Ermənistanın təxribatları yolverilməzdir. Ancaq burada başqa faktı da diqqətdən qaçırmaq olmaz. Sentyabr ayında baş verən toqquşma zamanı Ermənistan Xarkov ətrafında rusların məğlub olmasından sonra təxribata cəhd etmişdi. Təxribatın nəticəsi Ermənistan üçün çox ağır oldu. İndi isə Rusiya Xersonda məğlub olur və Ermənistan bu məğlubiyyətdən faydalanmaq istəyir.
Noyabrın 7-də Mirzoyan və Ceyhun Bayramov arasında görüş təşkil edən və vasitəçilik missiyası kontekstində güc tətbiqinin qarşısını almaq məsuliyyətini öz üzərinə götürən Vaşinqton bu barədə nə düşünür?