Tehranda partlayış səsləri
İsrail hücum iddialarını təkzib etdi
19:12 | 4 may 2025 | Bazar
Məqaləyə 196 dəfə baxılıb
Şriftin ölçüsü
İsrail hücum iddialarını təkzib etdi
Mavi yanacaq satdığımız 16 ölkənin 10-u Aİ üzvüdür
Rubio: “Müzakirələrin əsas məqsədi “Hizbullah”ın təsirinə son qoymaqdır”
İsrail və Livan ABŞ-də danışıqlar aparacaq
Azərbaycan dizeli və Rusiya gübrəsi yüklənmişdi
İsrail Baş qərargah rəisi əməliyyatların Livan ərazisinin dərinliklərində aparılacağını dedi
Telefon danışığından sonra 10 dəqiqə ərzində 100 hədəf vuruldu
Sərhəd dəyişiklikləri xəritə servislərində görünməyə başladı
5 ay əvvəl Azərbaycandan Türkiyəyə uçarkən qəzaya uğrayan təyyarə ilə bağlı yeni kritik detal
Terrorçuların lideri və qardaşı oğlunun öldürülməsi xəbəri yayıldı
Körpünün uçması nəticəsində ölənin bir hissəsi ilə əlaqə qırıldı
Tramp daimi atəşkəsə nail olsa, Tehranı uzunmüddətli nəzarətdə saxlaya bilər
İran dövlət və xalq olaraq tamamilə məğlub edildi, sındırıldı və təhqir olundu
Amma tanker sahibləri təhlükəsizlikdən əmin deyil
Bəs SEPAH kimin üzərində qalib gəlib?
Nələr var və razılaşma necə əldə olundu?
Pezeşkianın və Ərdoğanın səfərləri arasında Benyamin Netanyahunun da Azərbaycana uzunmüddətli (5 günlük) səfər etmək planı nəinki Azərbaycan, Türkiyə və İranda, elə İsrailin özündə də həqiqətən də ciddi rezonans doğurmuşdu.
Yəhudi müxalifətçiləri və İsrail mediası ölkənin müharibə vəziyyətində olduğu və HƏMAS-ın girovların bir hissəsini hələ də buraxmadığı belə kritik bir dönəmdə Baş nazirin Bakıya 5 günlük səfər etmək istəyini sərt şəkildə qınayırdı.
Eləcə də dünya mediası və bir çox əcnəbi ekspertlər də Netanyahunun 5 gün ərzində Azərbaycanda nə işlə məşğul olacağını ciddi şəkildə çək-çevir edir, onun səfər proqramı barədə cürbəcür ehtimallar irəli sürürdülər. Bəzi ekspertlər isə hətta Netanyahunun Bakıda Ərdoğanla gizli danışıqlara hazırlaşdığını da iddia edirdilər.
Açığı, biz özümüz də İsrail baş nazirinin Bakıya səfəri zamanı Türkiyə prezidenti ilə görüşə biləcəyini ehtimal edirdik. Ancaq söhbət əcnəbi ekspertlərin iddia etdikləri kimi hansısa gizli görüşdən yox, açıq formatda keçiriləcək publik görüşdən gedirdi. Lakin deyir, sən saydığını say, gör əlahəzrət fələk nə sayır. Bütün nəzərlər Netanyahunun yaxın günlərdə Bakıya gerçəkləşəcək səfərinə dikildiyi bir məqamda sürpriz bir hadisə baş verdi, səfər birdən-birə təxirə salındı.
Səfərin qəfil təxirə salınmasının səbəbi nədir?
Axı bu səfər Netanyahu üçün həyati əhəmiyyətli səfərlərdən biri sayılırdı. Bəs, belə olan halda, o, nə üçün qərarını dəyişdi? Səfərin təxirə salınmasının nə kimi gizlinləri ola bilər?
İsrail Baş nazirinin ofisinin ötən gün bununla bağlı yaydığı məlumatda bildirilib ki, “Qəzza zolağında və Suriyada baş verən hadisələr, eləcə də siyasi hadisələrin gərgin qrafiki və təhlükəsizlik tədbirləri səbəbindən Baş nazir Benyamin Netanyahu Azərbaycana səfərini başqa tarixə təxirə salmaq qərarına gəlib”.
Bu açıqlama müəyyən dərəcədə həqiqəti əks etdirir. Əsas səbəblərdən biri doğrudan da məhz Suriyada baş verən son hadisələr və Türkiyə-İsrail münasibətlərinin yenidən gərginləşməsidir.
Bəs, Türkiyə-İsrail münasibətlərinin yenidən gərginləşməsinin əsas səbəbkarı (və ya günahkarı) kimdir?
Bu dəfə günahkar İsraildir. Druzların Suriyanın yeni keçid hökumətinə qarşı etirazlarının İsrail tərəfindən açıq şəkildə dəstəklənməsi və Netanyahunun Suriyaya hərbi güc yeritməsi artıq Türkiyənin səbir kasasını daşırmaqdadır. Suriyada sabitliyin bərqərar olması, terror dəstələrinin (o cümlədən kürdlərə aid PYD-YPG örgütlərinin) neytrallaşdırılması, mərkəzi hakimiyyətin güclənməsi Türkiyənin “qırmızı xətti”dir. İsrail isə bu xətti tapdamağa və Suriyanın zəiflədilərək federativ dövlətə çevrilməsinə, bu ölkənin özünümüdafiə qabiliyyətinin tamamilə sıfırlanmasına çalışır. Bu isə Ankara ilə Tel-Əvivi yenidən üz-üzə qoydu və nəticə etibarilə Bakı səfərinin təxirə salınmasına səbəb oldu.
Onu da nəzərə almalıyıq ki, Suriyada sabitliyin bərqərar olması və Əhməd əş-Şaraa hökumətinin güclənməsi Azərbaycanın da maraqlarına cavab verir. Azərbaycan Türkiyə ilə birlikdə yeni Suriyanın qurulması prosesində yaxından iştirak etməyi planlaşdırır. Bu isə öz növbəsində yaxın gələcəkdə bir sıra digər geosiyasi və geoiqtisadi hədəflərimizin gerçəkləşməsinə öz müsbət təsirini göstərə bilər. Bu baxımdan, İsrailin Suriyaya aktiv şəkildə müdaxiləsi həm Türkiyə, həm də Azərbaycanın maraqlarına toxunur. Odur ki, belə bir eskalasiya və psixoloji gərginlik fonunda Netanyahunun Bakıya səfəri mümkünsüz hala gəldi. Sözügedən səfər psixoloji diskomfortla müşayiət oluna bilərdi. Hal bu ki, rəsmi Bakı aylardır ki, Türkiyə ilə İsrailin münasibətlərinin normallaşdırılması üçün səy göstərir.
Görünən budur ki, Suriyada yaşanan son proseslər Bakının bu səylərinin bir qədər təxirə salınmasını labüd etdi. Müvəqqəti taym-aut götürmək zərurəti yarandı. Netanyahunun Azərbaycana səfəri də başqa tarixə təxirə salındı.
İsrail liderinin ölkəmizə səfərinin təxirə salınması yaxşı, ya pisdirmi, bunu zaman göstərəcək. Hazırda əsas məsələ budur ki, Türkiyə və İsraili Suriyada toqquşmaqdan necə yayındırmaq olar. Türkiyə və İsrail qırıcılarının Suriya səmasında üz-üzə gəlməsi proseslərin kritik nöqtəyə çatdığını göstərir. Mayın 2-də İsrailin Suriya ərazilərinə genişmiqyaslı hava zərbələri endirməsi Ankara ilə Tel-Əviv arasında onsuz da gərgin olan münasibətlərin daha da pisləşməsinə və regionda potensial hərbi qarşıdurma ehtimalının artmasına səbəb olub.
Lakin İsrail prosesləri bu cür məqsədli şəkildə gərginləşdirmək ssenarisindən əl çəkməli və Türkiyənin Suriyadakı əsas aktor rolunu qəbul etməlidir. Əlbəttə, İsrail İrana, Səudiyyə Ərəbistanına meydan oxuya bilər, lakin Türkiyə ilə kəllə-kəlləyə gəlmək isə heç də ağıllı addım deyil. İndi zaman toqquşmaq yox, münasibətləri normallaşdırmaq və qarşılıqlı faydalı əməkdaşlıqlar qurmaq zamanıdır. Köhnə stereotipləri qırmaq, yanaşmaları dəyişmək lazımdır. İsrail Türkiyəni qıcıqlandırmaq əvəzinə, Bakıya imkan verməlidir ki, vasitəçilik səylərini davam etdirsin.