Blinkenin Bakıya zəngi...
... Və Ağdamdan Xankəndiyə qaz kəməri qərarı
ELXAN
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Separatçılar üçün “soyuq düş”
Yaxud diplomatik cəbhədə “əsəb müharibəsi”
-
Diplomat yalan danışırsa ...
Bu millətdə normal insan olmayacaq?
-
Öz xoşlarıyla çıxmayacaqlar
Humanitar yardım adıyla silah daşınır
-
Oskanyan dövrəyə girdi
Ermənilər Xankəndidə Azərbaycana qarşı yeni təxribat hazırlığına başladılar
-
Rusiya çıxmaq istəmir
Fransa isə qoşun yeritmək fikrində
-
“The Game is Over!”
Ən azı bitmək üzrədir...
-
Fransanın zibillədiyi yol ...
Azərbaycan artıq Rusiya ilə də hesablaşmaq istəmir
-
Orduya tapşırıq verildi
Azərbaycan Xankəndi yolunu bağlayır ...
-
Təxribatdan əvvəlki təbliğat
Putinin ehtimal olunan səfəri fonunda Ermənistanın başı qaşınır
-
Xankəndi şeytan yuvası olmayacaq!
Ermənilərə gələn silah karvanının sahiblərinə ...
-
Əliyev Kremllə razılaşmır
Azərbaycan Rusiyanın oyununu pozur
-
... Ermənilərin taleyi necə olacaq?
Azərbaycan Qarabağda vəziyyəti tamamilə dəyişməyə hazırlaşır ...
-
Paşinyan “qaşınır”
Erməni baş nazir müharibə istəyir?
-
Ermənistan çox tələsir
İldırım sürətlilə üstünlük əldə etmək cəhdləri
-
Paşinyan özünü ağıllı sayır ...
Qarabağda demilitarizasiya zonası ideyasını ancaq axmaqlar düşünə bilər
-
İrəvanın ikibaşlılığı ...
10 Noyabr Bəyanatı: İcra edilməyən üç bənd
Prezident İlham Əliyevin təsdiqlədiyi “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda əksini tapan sənəddə 2025-ci ilə qədər Ağdamdan Xankəndiyə qaz kəmərinin çəkilməsi, onun üzərində qaztənzimləyici məntəqələr quraşdırmaqla kəmərin qollarının tikintisi planlaşdırması nəzərdə tutulub.
Doğru qərardır. Tikinti işlərini Dövlət Neft Şirkəti icra edəcək. Xankəndinə elektrik və internet xətləri də Ermənistandan deyil, Azərbaycan ərazisindən çəkilməlidir. Ermənistan 1990-cı illərdə torpaqlarımızı işğal etdikdən sonra ərazimizdən Qarabağa qanunsuz olaraq qaz boru və elektrik xətləri çəkib. Bu boru xətti ilə Rusiya və İran qazı ərazimizə ötürülür. Bu beynəlxalq hüquqa ziddir, bununla əlaqədar Azərbaycanla imzalanan heç bir dövlətlərarası saziş yoxdur.
Qarabağdakı ermənilər anlamalıdırlar ki, qazın, suyun, elektrikin və internetin kənardan alınması dövrü başa çatmaq üzrədir. Bu separatçılarla yanaşı onların havadarlarına da mesajdır. Ancaq Azərbaycanın digər vətəndaşları kimi ermənilər də kommunal xidmətlərə görə dövlətə pul ödəməli olacaqlar. Bundan əvvəl isə Azərbaycan qanunları ilə yaşamağı qəbul etməlidirlər. Bundan imtina edənlər Azərbaycanı tərk etməli olacaqlar.
***
Bu arada ABŞ dövlət katibi Entoni Blinken İrəvana zənginin sabahısı Bakıya da zəng edir. Blinken dünən Ermənistanın baş naziri Nikol Paşinyanla, bu gün isə Azərbaycan prezidenti ilə telefonla danışıb. ABŞ dövlət katibi Fransa prezidenti Emmanuel Makrondan fərqli olaraq tərəfsizliyini pozmur, çünki balansı ermənilərin xeyrinə pozsa rəsmi Bakı Vaşinqtonun vasitəçiliyinə ehtiyac duymayacaq. Bu isə ABŞ-ın regional maraqlarına ziddir. Vaşinqton Cənubi Qafqazda Kremllə rəqabət aparmaq istəyirsə, bölgə ölkələrinin tamamı ilə yaxşı əlaqələrə malik olmalıdır. Paris isə Ermənistanı və Qarabağ separatçılarını seçib. Ona görə də ABŞ-dan fərqli olaraq Fransanın ermənipərəst mövqeyini davam etdirdiyi indiki mərhələdə Cənubi Qafqazda mövqelərini möhkəmləndirməsi mümkün olmayacaq.