İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
21:42 | 23 iyun 2025 | Bazar ertəsi
Məqaləyə 504 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
İranın ABŞ-ın Qətər və İraqdakı bazalarına qarşı hərbi əməliyyata başladığı bildirilib. İranın dövlət televiziyası IRIB bildirib ki, “Fəthin müjdəsi” adı verilən hücum ABŞ-ın Qətərdəki Əl-Udeid bazasına yönəlib.
İranın Ali Milli Təhlükəsizlik Şurasının Katibliyinin bəyanatında deyilir: “ABŞ-ın İranın nüvə obyektlərinə qarşı təcavüzkar və təkəbbürlü hərəkətinə cavab olaraq, Qətərdəki Əl-Udeyd ABŞ Hərbi Hava Bazası bir neçə saat əvvəl İranın güclü silahlı qüvvələri tərəfindən məhv edilib”.
Açıqlamada, hücumda istifadə edilən raketlərin sayının ABŞ-ın İranın nüvə obyektlərinə hücumunda istifadə etdiyi bombaların sayı ilə eyni olduğu bildirilib.
Bazanın Qətərdəki obyektlərdən və yaşayış məntəqələrindən uzaqda yerləşdiyi və bazadan kənarda heç bir əraziyə ziyan dəymədiyi bildirilən bəyanatda bu ifadələr yer alıb: “Bu hərəkət dost və qardaş ölkəmiz Qətər və onun xalqı üçün heç bir təhlükə yaratmır və İran Qətərlə səmimi və tarixi əlaqələrini davam etdirmək əzmindədir”.
***
Qətər İranın Əl-Udeyd aviabazasına zərbə endirməsini pisləyib, cavab tədbirləri ilə hədələyib.
Qətər Xarici İşlər Nazirliyi SEPAH-ın Əl-Udeyd aviabazasına raket hücumunu qətiyyətlə pisləyib və bunu suverenliyin qəbuledilməz pozulması adlandırıb. Bəyanatda vurğulanıb ki, Doha İranın təcavüzündən sonra cavab tədbirləri görmək hüququnu özündə saxlayır.
Al-Arabia xəbər verir ki, Qətərə atılan 10 raketdən 9-u vurulub. Biri isə açıq əraziyə düşüb.
Qeyd edək ki, Qətərlə bərabər İraq və Bəhreyndəki ABŞ bazalarına da ballistik raketlər atılıb.