İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
16:09 | 1 iyul 2025 | Çərşənbə axşamı
Məqaləyə 236 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
İslam Respublikası heç vaxt əvvəlki vəziyyətinə qayıtmayacaq. Münaqişənin müvəqqəti atəşkəslə bitməsi rejimin dəstək bazasından gələn sonsuz suallar seli ilə qarşıdurmasının başlanğıcıdır. İslam Respublikası tərəfdarlarının özünə inamı, xalqın qorxusu və rejimin nüfuz pərdəsi çöküb.
İsrail “qeyd-şərtsiz təslim olmaq”dan başqa heç nəyi qəbul etməyəcək. Müharibə davam etdiyi üçün İslam Respublikasının qeyd-şərtsiz təslim olması mümkün olmadı; Əli Xameneyi və İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandirlərinə gizləndikləri yerdən çıxıb təslim müqaviləsini imzalamaq şansı verilməli idi.
Sabahdan etibarən İslam Respublikası yenidən MAQATE-nin qətnamələri, işin Təhlükəsizlik Şurasına göndərilməsi, tətik mexanizmi və ən dəhşətlisi ABŞ-la yenidən danışıqlarla üzləşəcək. Xameneyi bu oyunlarla tanışdır, lakin bu dəfə o, oyunu tənzimləyən yeni qaydaları qəbul etməyə məcbur olur: qeyd-şərtsiz təslim olmaq və ya yeraltına əbədi qayıdış.
İranın tarixi böyük hadisələrlə doludur. Üç ildən az müddətdə İslam Respublikası üç böyük məğlubiyyətə uğradı və ardıcıl geri çəkilməyə məcbur oldu:
1. Aksiyaların ortasında hicab qanunundan geri çəkilmək məcburiyyətində qaldı;
2. “Hizbullahı”, “HƏMAS” və digər proksi qruplarını itirdi və biabırçı şəkildə Suriyadan qovuldu;
3. İsraillə 12 günlük müharibədə ən yüksək səviyyəli komandirlərini itirdi, nüvə infrastrukturu məhv edildi və nüfuzu çökdü.
İsrail İrana ayağı açılıb və hücumları davam edəcək. İsrail, şübhəsiz ki, İslam Respublikasının müdafiə, raket, nüvə və proksi imkanlarını yenidən qurmasına icazə verməyəcək.
İslam Respublikası tarixində ilk dəfə olaraq oyun qaydalarını bilən rəqiblə qarşılaşıb. Rejimin Hacıbazar diplomatları ilk dəfə Mali, Blinken və Bayden kimilərin əvəzinə oyun oynamaq sənətinə yiyələnmiş insanlarla qarşılaşıblar.
ABŞ prezidenti də duada dəlik tapıb. Sabahdan etibarən Tramp “zor gücünə sülh doktrinası”nı, Netanyahu isə tam əminliklə İslam Respublikası ilə bağlı “Dahiya doktrinasını” (bu doktrina düşmən hökumətlərə təzyiq göstərmək üçün mülki infrastrukturun geniş şəkildə məhv edilməsini və ya mülki əhalinin soyqırımını nəzərdə tutan İsrailin hərbi strategiyasıdır) davam etdirəcək.
Rejimin geri çəkilmələrinin domino effekti davam edəcək və onun süqut vaxtını xalq müəyyən edəcək.