vaxtlı-vaxtında oxuyun! Bazar, 22 iyun 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
ANALİZ  
Üzsüz riyakarın maskası 22:26 | 21 iyun 2025 | Şənbə Məqaləyə 36 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Üzsüz riyakarın maskası

Cenevrədə sülhpərvərlik və dialoqdan, İstanbulda isə İslam həmrəyliyindən dəm vuran iranlı

Bəybala MİRZƏYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

İyunun 20-də Böyük Britaniya, Almaniya və Fransanın xarici işlər nazirləri və Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas İranın xarici işlər naziri Abbas Araqçı ilə İsveçrənin Cenevrə şəhərində ekstren görüş keçirdilər.

Görüşün əsas məqsədi Tehranın son hadisələrdən sonra yeni nüvə sazişi ilə bağlı danışıqlara hazır olub-olmadığını müəyyənləşdirmək idi.

Lakin Abbas Araqçı isə bu görüşdə eynən “əzabkeş” ermənilər kimi hərəkət edərək öz çıxışını Avropanın və dünya birliyinin mərhəmətini qazanmaq hiyləsi üzərində qurdu. Çox riyakar çıxış idi.

O, əsl fars bicliyi ilə avropalı həmkarlarından dəstək umur, mərhəmət dilənirdi. Və bacardıqca da görüş iştirakçılarının yumşaq damarına basmağa çalışırdı. Ona görə də açıq yalanlara yol verirdi, İsrailin guya İran şəhərlərində universitetləri, xəstəxanaları, mülki yaşayış evlərini vurduğunu iddia edirdi. Hal bu ki, Tel-Əvivi, Hayfanı və İsrailin digər şəhərlərini raketlərlə vuran, xəstəxanalarını və yaşayış binalarını dağıdan İrandan fərqli olaraq, İsrailin zərbə qüvvələri İran şəhərlərində dəqiq nöqtə atışları ilə yalnız hərbi hədəfləri, nüvə obyektlərini, SEPAH-ın mərkəzlərini vururlar. Ancaq Araqçı isə Cenevrədəki görüşdə həqiqətləri və faktları qəsdən təhrif edilmiş şəkildə təqdim etdi.

Beləliklə, ötən gün Araqçı Cenevrədə böyük yalançı rolunda çıxış etdi.

Bu gün isə Abbas Araqçı İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyası çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Hakan Fidanla görüşdü, İslam dünyasının həmrəylik və birlik nümayiş etdirməsinin vacibliyindən danışdı.

Yeri gəlmişkən, bu, həmin İrandır ki, İsrailin iyunun 13-də başlatdığı bombardmanlardan əvvəlki dönəmlərdə fars-molla rejimi bütün fəaliyyətləri ilə İslam dünyasının birliyini, həmrəyliyini daim zəiflətməyə çalışıb. Ona görə də bu gün Türkiyə və Pakistandan başqa müsəlman ölkələrindən heç biri İranı real şəkildə dəstəkləməyə tələsmir.

Əslində, Türkiyə və Pakistan da fars-molla rejiminin aqressiv və dağıdıcı siyasətini qəbul etmir. Lakin bu ölkələr qlobal geosiyasi gerçəkliklərdən və öz milli maraqlarından çıxış edərək, İsrailin İrana hücumlarını sərt şəkildə qınamağa davam edirlər.

Azərbaycan da regiondakı son gərginliklərdən narahatlığını hər fürsətdə dilə gətirir. Belə ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının İstanbul şəhərində keçirilən 51-cı sessiyasında çıxışı zamanı Yaxın Şərqdə gərginliyin coğrafiyasının genişlənməsinin və İran İslam Respublikasına qarşı İsrail tərəfindən həyata keçirilmiş hərbi əməliyyatların narahatlıq doğurduğunu bir daha bəyan etdi.

Bu da Azərbaycan tərəfindən real həmrəylik nümunəsidir. Və sözün açığı, İran kimi nankor bir ölkə üçün hətta həmrəyliyin bu qədəri də çoxdur.

Çünki Ermənistanın torpaqlarımızı işğal altında saxladığı 30 il ərzində Azərbaycanla həmrəylik nümayiş etdirmək, bizə dəstək vermək molla rejiminin yadına düşməyib. Və ən dəhşətlisi isə, hətta 44 günlük İkinci Qarabağ müharibəsi zamanı İran Cəbrayıl istiqamətindən Ordumuzun irəliləməsinə mane olmağa çalışıb.

Lakin Abbas Araqçı isə bu gün utanmadan həm Azərbaycan və Türkiyədən, həm də digər müsəlman ölkələrindən həmrəylik dəstəyi istəyir. SEPAH isə həmişəki iyrənc mövqeyindən çıxış edərək, Azərbaycanı yumşaq mövqe tutmaqda ittiham edir.

Görünür, Azərbaycanı Ermənistanın işğalçı siyasətinin qarşısında meydanda tək qoyan fars-molla rejiminin heç ağlına da gəlməzdi ki, nə vaxtsa günün birində İran da İsrailin və ya hər hansı başqa bir ölkənin (misal üçün ABŞ-ın və ya Səudiyyə Ərəbistanının) hücumuna məruz qala və təklənə bilər. Necə deyərlər, nə tökərsən aşına, o da çıxar qaşığına.

P.S. İlahi ədalət və ya “bumeranq effekti” əvvəl-axır öz sözünü deyir...


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)